Məhkəmə qərarları › İş №e-2(075)-1383/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1383/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1383/2022 27.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə , İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7889,84 manat əsas borcun, 23,45 manat faiz borcunun, cəmi 7913,29 (yeddi min doqquz yüz on üç manat 29 qəpik) manat borc məbləğin və ödənilmiş 99,13 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə Şəki şəhər sakini Cavabdeh1 ilə 08 may 2020-ci il tarixli RB-057 saylı X5 bağlanmışdır. Həmin müqavilə üzrə 7993,37 manat məbləğində güzəştli kredit müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətədək uzadılmışdır. X5 üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə Şəki rayon sakinləri Cavabdeh2 arasında 08 may 2020-ci il tarixli Z-1 (RB-057) saylı, Cavabdeh3 arasında 08 may 2020-ci il tarixli Z-2 (RB-057) saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu 103,53 manat əsas borcdan, 132,47 manat faiz borcundan ödəmişdir. Bununla da cavabdeh X5nin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış 08 may 2020-ci il tarixli, RB-057 saylı X4 əsasən Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 7889,84 manat, faiz borcu 23,45 manat, cəmi borcu 7913,29 (yeddi min doqquz yüz on üç manat 29 qəpik) manat təşkil etmişdir. Cavabdeh1 ilə bağlanmış X5nin 1.3-cü bəndinə əsasən, güzəşt olunan kredit borcuna hesablanan illik 1%-lə faiz hesablanır və ödəniş cədvəlinə uyğun olaraq cavabdeh tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə gecikdirilmiş borc qalığına illik 1,1%-lə faiz hesablanır. Borclu Cavabdeh1, zaminlər Cavabdeh2, Cavabdeh3 ilə bağlanmış zaminlik və kredit müqavilələrindən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdəliklərinə götürmüşlər. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zaminlərinə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən 08 may 2020-ci il tarixdə 7993.37 manat əsas borc məbləği restrukturizasiya olunmuşdur. Kreditin təminatı kimi Cavabdeh2, Cavabdeh3 zamin durmuşlar. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və ödənişlərdə gecikmələr yaranmışdır. Beləliklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 7889.84 manat əsas, 23.45 manat faiz borcu olmaqla, cəmi 7913.29 manat borcun və ödənilmiş 99.13 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, həqiqətən də onunla İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı arasında 08 may 2020-ci il tarixli RB-057 saylı X5 bağlanmışdır. Həmin müqavilə üzrə 7993.37 manat məbləğində güzəştli kredit müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətədək uzaldılmışdır. O, borcunun olduğunu qəbul edir. Lakin heç bir yerdə işləmədiyindən və maddi vəziyyətinin aşağı olduğundan kredut borcunu ödəyə bilməmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 08 may 2020ci il tarixli, RB-057 saylı Güzəştli Kredit müqaviləsindən görünür ki, Cavabdeh1 60 ay müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla 7993.37 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 7993.37 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 08 may 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısında 08 may 2020-ci il tarixli, Z-1 (RB-057) saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 08 may 2020ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 Cavabdeh1 bank qarşısında 08 may 2020-ci il tarixli, Z-2 (RB-057) saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının surətindən görünür ki, həmin Fərmanın icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlu kredit müqaviləsi və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 471, 472-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 7889.84 manat əsas, 23.45 manat faiz borcu olmaqla, cəmi 7913.29 manat borc və 99.13 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7889.84 manat əsas, 23.45 manat faiz borcu olmaqla, cəmi 7913.29 manat borc və 99.13 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar