Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1384/2023 15.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 9975.97 (doqquz min doqquz yüz yetmiş beş manat doxsan yeddi qəpik) manat əsas borc, 1034.17 (bir min otuz dörd manat on yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 11010.14 (on bir min on manat on dörd qəpik) manat borcun, həmçinin ödənilmiş 123.43 (yüz iyirmi üç manat qırx üç qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 11000 (on bir min manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2022-ci il tarixli 1070266/26886 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək Zaminlər, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixinə əsas borcu 9975.97 (doqquz min doqquz yüz yetmiş beş manat doxsan yeddi qəpik) manat, faiz borcu 1034.17 (bir min otuz dörd manat on yeddi qəpik) manat, cəmi 11010.14 (on bir min on manat on dörd qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh1 götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər, Krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin, krеdit müqaviləsinə əsаsən «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 11010.14 (on bir min on manat 14 qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 20 iyun 2023-cü il tarixdə məhkəməyə elektron ərizə göndərərək bütün məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, həqiqətən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank ona 48 ay müddətinə 11000 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə onun yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. O, həmin kredit müqaviləsinə əsasən krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin maddi imkanı yaxşı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Bildirmişdir ki, onun anası xəstə olduğu üçün banka olan borcunu ödəyə bilməmişdir. Onun başqa banklara da borcları vardır. Onun borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Ayda 100-150 manat olmaqla borcunu hissə-hissə ödəyə bilər. O, hazırda banka olan borcunu qəbul edir. Məhkəmə qətnamə çıxarlandıqdan sonra borcunu hissəhissə ödəyəcəkdir. Məhkəmə qətnaməsi çıxarılmasına etiraz etmir. Qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh2 iddianı qəbul edərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixli ******* saylı krеdit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icrasını təmin еtmək məqsədilə onunla İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli 1070266/26886 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 vaxt verilsə banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 mart 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 48 ay müddətinə, illik 16% olmaqla 11000 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 mart 2022-ci il tarixli, 1070266/26886 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 19 mart 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 götürdüyü 11000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 48 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə "Azər-Türk Bank” ASC arasında bağlanmış 19 mart 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinə əsasən "Azər-Türk Bank” ASC-yə 9975,97 manat əsas, 1034,17 manat faiz borcu olmaqla cəmi 11010,14 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 29 mart 2023-cü il tarixli, 6-3/0/08-2092 saylı pretenziya məktubundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların xx.xx.2023-cü il tarixinə banka gecikdirilmiş 917.78 manat vaxtı keçmiş əsas və 679,96 manat vaxtı keçmiş faiz borcunun olması, vaxtı keçmiş borcuna görə illik 16% hesablanması bildirilmiş, 5 iş günü ərzində 1597.74 manat məbləğində gecikdirilmiş borcunu ödəmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə banka olan 9975,97 manat əsas və ona hesablanmış faizlərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19 mart 2022-ci il tarixli, ******* nömrəli “Kredit” müqaviləsinə əsasən bank cavabdehlərə 48 ay müddətinə, illik 16% olmaqla 11000 manat məbləğində kredit vermişdir. Həmçinin bankla Cavabdeh2 arasında bağlanmış 19 mart 2022-ci il tarixli, 1070266/26886 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehlərə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin və Cavabdeh2 zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 mart 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 9975.97 manat əsas borc, 1034.17 manat faiz borcu olmaqla, cəmi 11010.14 manat borc və ödənilmiş 123.43 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 mart 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilsin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada İddiaçı ASC-nin xeyrinə 9975.97 manat əsas borc, 1034.17 manat faiz borcu olmaqla, cəmi 11010.14 manat borc və ödənilmiş 123.43 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1384/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1384/2023
15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver