Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1386/2025 23.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlu, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qızına qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qızına qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, L-BK-0049913-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas məbləğ üzrə 2684,20 (iki min altı yüz səksən dörd manat 20 qəpik) manat, faiz borcu üzrə 12,75 (on iki manat 75 qəpik) manat olmaqla cəmi 2696,95 (iki min altı yüz doxsan altı manat 95 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 47 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qızına qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixli Fərmanına uyğun olaraq Cavabdehilə BOKT "xxxx" MMC-nin Bakı Filialı (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-BK-0049913-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 3518,89 (üç min beş yüz on səkkiz manat 89 qəpik) manat məbləğində güzəştli kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 834,69 (səkkiz yüz otuz dörd manat 69 qəpik) manat, faiz borcu üzrə 165,31 (bir yüz altmış beş manat 31 qəpik) manat olmaqla cəmi 1000 (bir min) manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 2684,20 (iki min altı yüz səksən dörd manat 20 qəpik) manat, faiz borcu üzrə 12,75 (on iki manat 75 qəpik) manat olmaqla cəmi 2696,95 (iki min altı yüz doxsan altı manat 95 qəpik) manat məbləğində kredit borcu var. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər aAzərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh qızından 2684,20 (iki min altı yüz səksən dörd manat 20 qəpik) manat əsas, 12,75 (on iki manat 75 qəpik) manat faiz, cəmi 1565.12 AZN borc, BRCB8277990B299 saylı kredit müqaviləsinə əsasən 2000.88 AZN əsas, 395.50 AZN faiz, cəmi 2696,95 (iki min altı yüz doxsan altı manat 95 qəpik) borcun və ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh qızından RGRR9555014B299 saylı kredit müqaviləsinə 2684,20 (iki min altı yüz səksən dörd manat iyirmi qəpik) manat, faiz borcu üzrə 12,75 (on iki manat yetmiş beş qəpik) manat olmaqla cəmi 2696,95 (iki min altı yüz doxsan altı manat doxsan beş qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 23 may 2025-ci il tarixdə Şəki şəhərində Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qızına qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 17:20-də başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 17:30-da qurtardı. Şəki Rayon Məhkəməsinin hakimi: Elşən Vəliyev. Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-1386/2025 23 may 2025-ci il Hakim Vəliyev Elşən Yaşar oğlu, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qızına qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh qızından RGRR9555014B299 saylı kredit müqaviləsinə 2684,20 (iki min altı yüz səksən dörd manat iyirmi qəpik) manat, faiz borcu üzrə 12,75 (on iki manat yetmiş beş qəpik) manat olmaqla cəmi 2696,95 (iki min altı yüz doxsan altı manat doxsan beş qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-1386/2025 23 may 2025-ci il İddiaçı: BOKT "xxxx" MMC-nə (Bakı şəhəri, C.Cabbarlı küçəsi Caspian Plaza 44, P3 M, 6 cı mərtəbə) Cavabdeh: Cavabdeh qızına, (Şəki rayonu Aşağı Göynük kəndi) Şəki Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 2(075)-1386/2025 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hakim Elşən Vəliyev.
Məhkəmə qərarları › İş №e-2(075)-1386/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1386/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver