Məhkəmə qərarları › İş №e-2(075)-1390/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1390/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1390/2023 12.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nadir oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 11670 manatın və 127 manat dövlət rüsumunun müştərək qaydda alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, iş üzrə Cavabdeh3 vasitəsi ilə Cavabdeh1 və Cavabdeh2 ilə tanış olmuşdur. İstifadə etməsi üçün özünə pulunu hissəhissə ödəməklə Cavabdeh3 müxtəlif vaxtlarda iki avtomobil almışdır. Lakin sonradan maddi vəziyyəti pisləşdiyindən öhdəliklərini vaxtında icra edə bilməmişdir. Buna görə də, cavabdehlər tərəfindən avtomobil əlindən geri alınmışdır. Halbuki o, həmin avtomobillərlə bağlı ümumilikdə cavabdehlərə 11670 manat pul ödəmişdir. Avtomobillər ondan geri alınsa da, onun ödədiyi 11670 manat pul ona geri qaytarılmamışdır. O, bununla bağlı Şəki ŞRPŞyə müraciət etmiş, lakin tələbinin mülki xarakterli olması əsası ilə ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehlər onun hesabına əsassız varlanmışlar və göstərilən məbləği könüllü olaraq ona qaytarmaq istəmirlər. İşə məhkəmədə baxılarkən İddiaçı, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində texniki səhv olaraq Cavabdeh3 atasının adı “Natiq” kimi qeyd edilmişdir. Ona görə də, Cavabdeh3 əsl Cavabdeh3 Nadir oğlu ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən Cavabdeh3 əsl Cavabdeh3 Nadir oğlu ilə əvəz edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3 Nadir oğlu və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Sadiqdən 2021-ci ilin əvvəllərində 11000 manat dəyərində “Mercedes” markalı avtomobil almışdır. Aralarında olan şifahi razılığa əsasən avtomobilin dəyərindən 1300 manat ilkin ödəniş etmiş, qalan məbləği isə 11000 manat bitənə qədər hər ay 300 manat olmaqla ödəməli idi. Həmin maşın üçün ümumilikdə 5550 manat ödəniş etmişdir. Bundan sonra imkanı olmadığına görə ödənişləri dayandırmışdır. Həmin avtomobilə 6 aylıq idarə etmək üçün etibarnaməsi olub və avtomobil iki ilə yaxın onun istifadəsində olub. Bundan sonra Sadiqdən 2021-ci ilin axırlarında 3750 manat dəyərində “Vaz 2108” markalı avtomobil almışdır. Həmin avtomobilin dəyərindən ilk iki ay 500 manat, qalan aylarda isə 300 manat olmaqla ümumilikdə cavabdehə 2720 manat ödəniş etmişdir. Həmin avtomobilə etibarnaməsi olmayıb, lakin avtomobil 1 ilə yaxın onun istifadəsində olub. Daha sonra maddi imkanı pisləşdiyindən avtomobillərin qalan məbləğlərini ödəyə bilməmişdir. O, Sadiqdan danışıb xahiş edib ki, Mersedesə görə ödədiyi pulu nəzərə alıb, Vaz 2108-ə görə qalan 1030 manat borcunu ona bağışlasın. Mersedesi qaytarsın, Vaz 2108 isə onda qalsın. Əvvəl Sadir razılaşsa da, bir müddət sonra, təxminən 6-7 ay qabaq Sadiqin qaynı olan digər Cavabdeh1 polislə gələrək avtomobillərin hər ikisini onun əlindən alaraq aparmış, lakin həmin avtomobillər üçün ödədiyi pulları ona qaytarmamışdır. Mersedes avtomobilinə görə ümumilikdə 5550 manat, Vaz 2108 markalı avtomobilə görə ümumilikdə 2720 manat ödəniş edib. X2 verib. Avtomobillərin isə mülkiyətçisi Ələkbərdir. Qeyd olunan halın baş verməsini əvvəlcədən danışmayıblar. Bundan başqa cavabdehlərdən yanvar ayında 3 aydan sonra qaytarmaq şərti ilə 1300 manat faizlə borc pul almışdır. Həmin pulun 400 manatını qaytarmışdır. Qalan 1400 mat borcunu maddi imkanı olanda qaytaracaqdır. Avtomobilin istifadəsi zamanı radara düşdüyünə görə də, 400 manat cavabdehlərə pul vermişdir. Bundan başqa qeyd etdi ki, iki avtomobilə ümulikdə əlavə olaraq 3000 manat vəsait sərf etmişdir. Belə ki, Vaz 2108 markalı avtomobilə 360 manat dəyərində təkər almış, 400 manat rəgsaza, 200 manat dəmirçiyə vermişdir. 250 manata şit almış, 200-220 manat digər xırda işlərinə xərcləmişdir. Mersedes markalı avtomobil 300 manat dəyərində təkər 150 manat dəyərində akumlyator almış, rənginə 640 manat, dəmir işinə 270 manat, disklərinə və alt hissəsinə təxminən 360 manat xərcləmişdir. Vaz 2108 markalı avtomobili aparandə işlək vəziyyətdə olub, Mersedes isə mühərriki düzələn ərəfədə olub. Cavabdehlərdən göstərdiklərdikdən başqa, o, cümlədən 650 manat və 250 manat almayıb. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edrək bildirmişdir ki, iddiaçıya təhvil verilərkən avtomobillərin hər ikisi saz vəziyyətdə olmuşdur. İddiaçı “Mercedes” markalı avtomobil üçün 5550 manat, “Vaz 2108” markalı avtomobil üçün isə 2720 manat ödəniş etmiş, qalan məbləğləri ödəməmişdir. Bundan başqa iddiaçı 1800 manat qaytarmaq şərti ilə onlardan 1300 manat borc alıb, 400 manatını qaytarıb. Lakin qalan məbləği bu günə kimi verməyib. Həmçinin 400 manat cəriməyə görə və əlavə olaraq 650 manat borc alıb bu günə kimi qaytarmayıb. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 Nadir oğlu iddia tələbinə etiraz edrək bildirmişdir ki, 2020-ci ildə iddiaçıya 11000 manat dəyərində “Mercedes” markalı avtomobil vermişdir. Həmin avtomobilin dəyərindən 1300 manat ödəniş etmiş, qalan məbləği isə ayda 300 manat olmaqla ödəməli idi. Aralarında olan şifahi razılığa əsasən ödəniş edilmədiyi təqdirdə avtomobil geri alınacaqdır. Təxminən 2 il müddətində iddiaçı həmin nəqliyyat vasitəsi üçün 5550 manat məbləğində ödəniş etmişdir. Bundan başqa iddiaçıya müxtəlif vaxtlarda cəmi 2600 manat məbləğində borc vermişdir ki, iddiaçı həmin pulu da, ona qaytarmamışdır. Həmçinin “Mercedes”i iddiaçıdan götürdükdən sonra mühərrikinə, sürətlər qutusuna və digər hissələrinə ümumilikdə 4400 manat pul xərcləmişdir. “Mercedes”dən 6-7 ay sonra iddiaçı ondan “Vaz 2108” markalı avtomobil almışdır. Həmin avtomobil üçün 1 il ərzində ayda 300-500 manat olmaqla ümumilikdə 3940 manat ödəniş etməli idi. Lakin iddiaçı razılaşmaya əməl etməyərək həmin avtomobil üçün 2 il ərzində cəmin 2720 manat pul ödəmişdir. Daha sonra 7 ay ödəniş etmədiyi üçün nəqliyyat vasitələrini iddiaçıdan almışlar. İddiaçı maşınlardan qalan borcunu, eyni zamanda ondan aldığı borcu və maşınlara xərclənmiş pulları, yəni təxminən 13000 manat pulu ödədikdən sonra maşınları yenidən ona qaytarmağa razıdır. İş materiallarına əlavə edilmiş 19 noyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 320 manat məbləğində pul Cavabdeh2 “Leobank”a məxsus kart hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş 16 dekabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 450 manat məbləğində pul Cavabdeh2 “Leobank”a məxsus kart hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş 16 dekabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 350 manat məbləğində pul Cavabdeh2 “Leobank”a məxsus kart hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş 29 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 şikayəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh3 Nadir oğlu arasında olan şifahi razılıq əsasında cavabdeh tərəfindən iddiaçıya hissə-hissə ödəmək şərti ilə 11000 manat dəyərindən “Mercedes” markalı avtomobil verilmişdir. İddiaçı həmin avtomobilin dəyərindən cəmi 5550 manat ödəniş etmiş, qalan məbləği ödəməmişdir. Bundan sonra tərəflər arasında növbəti razılaşmaya əsasən Cavabdeh3 Nadir oğlu tərəfindən İddiaçı hissə-hissə ödəmək şərti ilə 3940 manat dəyərində “Vaz 2108” markalı avtomobil verilmişdir. İddiaçı həmin avtomobilin dəyərindən cəmi 2720 manat ödəniş etmiş, qalan məbləği ödəməmişdir. Hər iki nəqliyyat vasitəsi üzrə qalan məbləğlər ödənilmədiyindən cavabdehlər tərəfindən mübahisəli avtomobillər iddiaçıdan geri alınmış, lakin iddiaçının həmin avtomobillər üçün ödədiyi ümumilikdə 8720 manat məbləğində pul iddiaçıya qaytarılmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehlər isə iddiaçının qeyd edilən məbləği ödədiyini etiraf etmiş və eyni zamanda iddiaçının bundan başqa da onlara borcunun qaldığını qeyd etmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, dövlət qeydiyatına alınmasa belə tərəflərin arasında faktiki olaraq nisyə alqı-satqı müqavilsindən irəli gələn münasibətlər olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlərə ödənilmiş 8720 manat məbləğində pul onlar arasında bağlanmış şifahi razılıq əsasında məhz iddiaçıya verilmiş nəqliyyat vasitələri üçün ödənilmiş məbləğdir. 8720 manat vəsaitin iddiaçı tərəfindən cavabdehlərə ödənilməsi məhkəmə araşdırması, tərəflərin izahatları və ən əsası cavadehlərin etirafı ilə tam sübuta yetirilmişdir. Nəqliyyat vasitələri cavabdehlər tərəfindən iddiaçıdan hər hansı səbəbdən geri alınmışdırsa, həmin nəqliyyat vasitələri üçün iddiaçı tərəfindən cavabdehlərə ödənilən məbləğlər də, geri qaytarılmalıdır. Belə ki, cavbdehlər avtomobilləri iddiaçıdan aldıqları üçün iddiaçının həmin avtomobillərə görə onlara ödədiyi pulların qaytarılmaması cavabdehlərin iddiaçının hesabına əsassız varlanması kimi qiymətləndirilməlidir. Ona görə də, iddiaçı həmin məbləği cavabdehlərdən tələb etməkdə haqılıdır. Lakin məhkəmə, iddia tələbinin qalan 2880 manat hissəsinə münasibətdə iddiaçının qeyd etdikləri ilə razılaşmır. Belə ki, iddiaçı nəqliyyat vasitələrinin təmirinə müəyyən məbləğdə xərc çəkdiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının təqdim etdiyi flaşkartda avtomobillərin fotoşəkilləri olsa da, təmir olunması, təmirə çəkilən xərclərin məbləğləri ilə əsaslı sübit məhkəməyə təqdim olunmamışdır. Bundan başqa göründüyü kimi cavabdehlərə ödədiyi 400 manat aldığı borc müqabilində olmuş, digər 400 manat isə onun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı ödənilən cərimənin məbləği olmuşdur. Ona görə də, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nadir oğlundan və Cavabdeh2 8270 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş 127 manat dövlət rüsumunun 90 manatı cavabdehlərə, 37 manatı isə onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nadir oğlundan və Cavabdeh2 8270 manat məbləğində pul və dövlət rüsumunun 90 manatı alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 37 manatı İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar