Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1393/2023 07.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, cavabdehlər Novruzəliyev Səadət Nəzir qızı və Cavabdeh3 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Novruzəliyev Səadət Nəzir qızı, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin və faizlərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Rest № 037CASA191470006 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 9502.24 manat məbləğində əsas kredit borcu, 12.70 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 9514.94 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 115.15 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli Rest № 037CASA191470006 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh2 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 14270.97 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh3 ilə 037FİZAM47433502 saylı xx.xx.2019-cu il tarixli və Cavabdeh1 ilə 037FİZAM47440802 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış, onlar kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh2 onunla bağlanmış güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminləri Cavabdeh3 və Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2023-ci il tarixə İddiaçı ASC-yə 9502.24 manat məbləğində əsas kredit borcu, 12.70 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 9514.94 manat məbləğində borcu qalmaqdadır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Novruzəliyev Səadət Nəzir qızı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, onunla İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli Rest № 037CASA191470006 saylı güzəştli kredit müqaviləsinə əsasən ona 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 14270.97 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə onun öhdəliklərinin təminatı qismində Bankla Cavabdeh1 ilə 037FİZAM47440802 saylı xx.xx.2019-cu il tarixli və Cavabdeh3 ilə 037FİZAM47433502 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bildirmişdir ki, o, müqaviləyə əsasən hər ay banka olan borcundan 300 manat ödəməli idi. Lakin maddi imkanı aşağı olduğu üçün hər ay 150 manat ödəyib. Onun maddi imkanı ancaq ayda 150 manat ödəməyə çatır. Onun artıq məbləğdə borcundan ödəniş etməyə maddi imkanı yoxdur. Bu ilin sonuna kimi 4000 – 5000 manat məbləğlərdə borcundan ödəniş edəcəkdir. Banka olan borcunu qəbul edir. Məhkəmə qətnamə çıxarıldıqdan sonra borcundan az-az ödəniş edəcəkdir. Borcun zamindən tutulmamasını istəyir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, cavabdeh Novruzəliyev Səadət Nəzir qızı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli Rest № 037CASA191470006 saylı güzəştli kredit müqaviləsinə əsasən 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 14270.97 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdeh Novruzəliyev Səadət Nəzir qızının öhdəliklərinin təminatı qismində Bankla onun arasında 037FİZAM47433502 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bildirmişdir ki, cavabdeh Novruzəliyev Səadət Nəzir qızı maddi imkanı daxilində banka olan borcundan hər ay hissə-hissə ödəniş edir. Bank tərəfindən onlara vaxt veril sə, geridə qalan borclarını hissəhissə tamamilə ödəyib qurtaracaqlar. Bu ilin sonunda cavabdeh Novruzəliyev Səadət Nəzir qızı banla olan borcundan yüksək məbləğdə ödəniş edəcəkdir. Banka olan borclarını qəbul edir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Novruzəliyev Səadət Nəzir qızı arasında bağlanmış 27 may 2019-cu il tarixli Rest № 037CASA191470006 saylı güzəştli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Novruzəliyev Səadət Nəzir qızına illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə, 14270,97 manat kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 may 2019-cu il tarixli, 037FİZAM47433502 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Əhmədov X1 Səadət Nəzir qızının İddiaçı ASC qarşısındakı 27 may 2019-cu il tarixli Rest № 037CASA191470006 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 may 2019-cu il tarixli, 037FİZAM47440802 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Mustafayeva X2 Səadət Nəzir qızının İddiaçı ASC qarşısındakı 27 may 2019-cu il tarixli Rest № 037CASA191470006 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Novruzəliyev Səadət Nəzir qızı İddiaçı ASC-dən götürdüyü 14270.97 manat məbləğində krediti ona hesablanmış faizləri ilə birlikdə 60 ay müddətinə banka qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş maaliyyə arayışından görünür ki, 27 may 2019-cu il tarixli Rest № 037CASA191470006 saylı güzəştli kredit müqaviləsi üzrə Novruzəliyev Səadət Nəzir qızının İddiaçı ASC-nə xx.xx.2023-cü il tarixə 9502,24 manat əsas, 12,7 manat faiz, borcu olmaqla cəmi 9514,94 manat məbləğində borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş cavabdehlər Novruzəliyev Səadət Nəzir qızı, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış bildirişlərdən görünür ki, iddiaçı bank tərəfindən cavabdehlər Novruzəliyev Səadət Nəzir qızı, Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini 3 iş günü müddətində icra etmələri bildirilmişdir. Əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi diqqətlərinə çatdırılmışdır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, 27 may 2019-cu il tarixli Rest № 037CASA191470006 saylı Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən cavabdeh Novruzəliyev Səadət Nəzir qızına bir il güzəşt müddəti olmaqla beş il müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 14270,97 AZN məbləğində kredit verilmişdir. 27 may 2019-cu il tarixli Rest № 037CASA191470006 saylı Güzəştli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh1 və Cavabdeh3 arasında 27 may 2019-cu zaminlik müqavilələri bağlanmışdır. Həmin zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh3 borclu Novruzəliyev Səadət Nəzir qızının kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehlərə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq onlar müqavilə öhdəliklərinə əməl etməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Novruzəliyev Səadət Nəzir qızına kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh Novruzəliyev Səadət Nəzir qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zaminlik müqavilələri üzrə üzərlərinə götürdüyü öhdəliyin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Novruzəliyev Səadət Nəzir qızı, Cavabdeh1 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı ASC ilə cavabdeh Novruzəliyev Səadət Nəzir qızı arasında bağlanmış 27 may 2019-cu il tarixli Rest № 037CASA191470006 saylı güzəştli kredit müqaviləsi ləğv edilməli və cavabdehlər Novruzəliyev Səadət Nəzir qızı, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 9502.24 AZN əsas borc və 12.70 AZN faiz borcu olmaqla, cəmi 9514.94 AZN borc və 115.15 AZN ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı ASC ilə cavabdeh Novruzəliyev Səadət Nəzir qızı arasında bağlanmış 27 may 2019-cu il tarixli Rest № 037CASA191470006 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin və cavabdehlər Novruzəliyev Səadət Nəzir qızı, Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASCnin xeyrinə 9502.24 AZN əsas borc və 12.70 AZN faiz borcu olmaqla, cəmi 9514.94 AZN borc və 115.15 AZN ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1393/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1393/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver