Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1396/2024 20.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayon məhkəməsinin 2(054)-243/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan hər uşaq üçün 140 manat sabit pul məbləğində alimentin miqdarını artıraraq hər uşaq üçün hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi, ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun və 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayon məhkəməsinin 2(054)- 243/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 140 manat olmaqla sabit pul məbləğində alimentin xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda maddi vəziyyəti çətin olduğu üçün uşaqların artan tələbatını ödəyə bilmir. Cavabdeh bunu görsə də onlara yardım etmir. Əgər o, valideynik vəzifəsini dərk etsəydi başa düşərdi ki, uşaqların qayğısını çəkən, təlim-tərbiyəsi ilə məşğul olan, bacardığı qədər onun ehtiyaclarını ödəməyə çalışan lakin çox vaxtda buna nail ola bilməyən tək ana üçün ayda 280 manatla 2 uşağı saxlamaq çətindir. O dəfələrlə ona uşaqların tələbatını ödəməsi üçün əlavə maddi yardım etməsini bildirsə də, o haqlı tələbinə məhəl qoymamışdır. Halbuki, özü kifayət qədər yüksək gəlirə məxsusdur və istəsələr hər ay hər uşaq üçün ən azı 300 manat həcmində aliment ödəyə bilər. Lakin o bundan boyun qaçırır. Belə olan halda alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; Elektron qaydada iş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Oğuz Rayon Məhkəməsinin 2(054)-243/2015 saylı, 23 iyun 2015-ci il tarixli qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh arasında 17 oktyabr 2015-ci il tarixdə Şəki rayon Qayabaşı kənd İcra Nümayəndəliyində bağlanmış 18 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – 03 iyun 2006-cı il təvəllüdlü X5 və 11 aprel 2009cu il tarixdə anadan olmuş X1 anası X6 himayəsində saxlanılması, 03 iyun 2006-cı il təvəllüdlü X5 və 11 aprel 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanədək saxlanılması üçün cavabeh Cavabdeh hər ay sabit pul məbləğində 70 manat olmaqla cəmi 140 manat məbləğində alimentin tutularaq X7 verilməsi və alimentin tutulmasının əvvəli 31 mart 2015-ci il tarixdən hesablanması və 30 manat dövlət rüsumunun Cavabdeh qət edilmişdir. 09 fevral 2024-cü il tarixli, MŞŞ/MT018/2024-00153 nömrəli X4 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X4 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat, poçt və dəftərxana xərci olaraq 10 manat olmaqla, cəmi 60 manat tərəfindən ödənilmişdir. Cavabdeh X4 iştirak etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət dövlət rüsumu ödəməkdən azad olunublar. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Oğuz Rayon Məhkəməsinin 2(054)-243/2015 saylı, 23 iyun 2015-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iş materiallarından da, göründüyü kimi xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatmışdır. İddia ərizəsi 20 may 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmasına baxmayaraq, iddia tələbi alimentin artırılması ilə bağlı olduğundan və alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablandığından məhkəmə hesab edir ki, X3 münasibətdə on səkkiz yaşı tamam olaraq yetkinlik yaşına çatdığından alimentin təyin olunması hissəsində iddia təmin olunmamalıdır. Bundan başqa məhkəmə iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Bundan başqa idda tələbindən də göründüyü kimi, iddiaçı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Göstərilən qanunvericilik normasından da, göründüyü kimi aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət dövlət rüsumu ödəməkdən azad olunublar. Bundan başqa iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun ödənilməsi ilə bağlı hər-hansı bir sübutu (qəbz,arayış) təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 41.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 41.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1396/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1396/2024
20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver