Məhkəmə qərarları › İş №e-2(075)-1400/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1400/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1400/2023 19.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2250 (iki min iki yüz əlli) manat əsas, 240 (iki yüz qırx) manat faiz borcu olmaqla, cəmi 2490 (iki min dörd yüz doxsan) manat borcun, 0.40 (qırx qəpik) manat xidmət haqqının və 44,90 (qırx dörd manat doxsan qəpik) mana ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı X3 uzun müddətdir ki, «SAMSUNG-22» mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış 00166 saylı, xx.xx.2021-ci il tarixli satış müqaviləsinə əsasən rəhbəri olduğu mağazadan Cavabdeh ümumi dəyəri 2920 (iki min doqquz yüz iyirmi) manat olan “Soyuducu Samsung RT38K5052BS”, “Paltaryuyan 90T554CAX” və Saçqırxan Philips HC3520/1a5dlı məişət avadanlıqları verilmişdir. Bunun müqabilində Cavabdeh isə 15 ay müddətində həmin məbləği ödəməli, gecikmə olduğu təqdirdə isə hər gecikən gün üçün gecikdirilən məbləğin 0.3%-i həcmində peniya ilə birlikdə ödəməli idi. Lakin Cavabdeh tərəfindən hesabına kreditin ödənişi lazımi qaydada ödənilməmiş və o, öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Cavabdehin iddiaçıya 2250 (iki min iki yüz əlli) manat məbləğində əsas borcu və 240 (iki yüz qırx) manat məbləğində faiz borcu olmaqla, cəmi 2490 (iki min dörd yüz doxsan) manat məbləğində borcu qalmışdır. Cavabdehə dəfələrlə xəbardarlıqların edilməsinə baxmayaraq o, üzərinə düşən öhdəliyi icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bunun nəticəsində mağazaya cavabdeh tərəfindən zərər dəymişdir. Mağazanın məsələnin məhkəmədən kənar həll edilməsi təşəbbüsünə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Artıq hüquqları pozulduğundan məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşlar. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 2250 (iki min iki yüz əlli) manat əsas, 240 (iki yüz qırx) manat faiz borcu olmaqla, cəmi 2490 (iki min dörd yüz doxsan) manat borc, 0.40 (qırx qəpik) manat xidmət haqqı və 44,90 (qırx dörd manat doxsan qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq X2 ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2250 (iki min iki yüz əlli) manat əsas, 240 (iki yüz qırx) manat faiz borcu olmaqla, cəmi 2490 (iki min dörd yüz doxsan) manat borc, 0.40 (qırx qəpik) manat xidmət haqqı və 44,90 (qırx dörd manat doxsan qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 19 iyul 2023-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı X1 Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 14:20-də başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 14:30-da qurtardı. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar