Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1402/2023 21.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1204.36 (bir min iki yüz dörd manat 36 qəpik) manat əsas borc, 25.58 (iyirmi beş manat, 58 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1229.34 (bir min iki yüz iyirmi doqquz manat, 34qəpik) manat borcun və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixli 49-xx-xx-087716 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X2 60 (altmış) ay müddətinə, 1 % olmaqla 1441.77 (bir min dörd yüz qırx bir manat, 77 qəpik) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli 49-xx-xx-087716 saylı Kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu 1204.36 (bir min iki yüz dörd manat 36 qəpik) manat, faiz borcu 25.58 (iyirmi beş manat, 58 qəpik) manat, ümumilikdə 1229.34 (bir min iki yüz iyirmi doqquz manat 34 qəpik) manat məbləğində borc təşkil edir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X1 vərəsələri – Cavabdeh2 və Cavabdeh1dur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdehlər X4 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər X4 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 21 avqust 2023-cü il tarixdə məhkəməyə göndərdiyi ərizəsində işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 49-xx-xx- 087716 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X2 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 1441,77 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, X3 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən götürdüyü 1441,71 manat krediti ona hesablanmış faizləri ilə birlikdə 60 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 iyun 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsələri oğlu Cavabdeh2 və Cavabdeh1dur. Şəhadətnaməyə əsasən verilən miras əmlak ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində titkilmiş ümumi sahəsi 53.1 kv.m olan daşınmaz əmlak mərhuma məxsus fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 49-xx-xx-087716 saylı kredit müqaviləsinə əsasən X2 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 1441.77 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən borcluya kredit məbləğinin verilmiş, borclu tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülmüşdür. Lakin əsas borclu X3 vəfat etdiyindən qanunvericiliyin tələbləri baxımından mərhumun iddiaçı bank qarşısında üzərinə götürdüyü öhdəliklər mərhumun qanuni vərəsələri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 keçmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən borcluya kredit məbləğinin verilməsinə, vərəsəlik hüquq üzrə cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərilərinə götürülməsinə baxmayaraq cavabdehlər müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göründüyü kimi, İddiaçı ASC tərəfindən X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 49-xx-xx-087716 nömrəli kredit müqaviləsinə əsasən X2 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 1441,77 manat məbləğində kredit verilmişdir. X3 15 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X1 vərəsələri X4 və Cavabdeh2 hesab edilmişdir. Vərəsəlik şəhadətnaməsinə əsasən miras qalan əmlak ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində titkilmiş ümumi sahəsi 53.1 kv.m olan daşınmaz əmlak mərhuma məxsus fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət olmuşdur. Qanunvericiliyin tələbləri baxımından vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Odur ki, İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə qeyd edir ki, 1204.36 manat əsas və 25.58 manat faiz borcu ümumilikdə 1229.94 manat etsə də, iddiaçı kredit müqaviləsi üzrə 1204.36 manat əsas və 25.58 manat faiz borcunun əsasında ümumilikdə 1229.34 manat tələb etmişdir. Odur ki, məhkəmə iddianı iddiaçının tələb etdiyi məbləğdə təmin olunmasını prosesual qanunvericiliyin tələbi baxımınnan əsaslı hesab edir. Beləliklə, şərh edilənlərə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər X4 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 1204.36 (bir min iki yüz dörd manat 36 qəpik) manat əsas borc, 25.58 (iyirmi beş manat, 58 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1229.34 (bir min iki yüz iyirmi doqquz manat, 34 qəpik) manat borc və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər X4 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 1204.36 (bir min iki yüz dörd manat 36 qəpik) manat əsas borc, 25.58 (iyirmi beş manat, 58 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1229.34 (bir min iki yüz iyirmi doqquz manat, 34 qəpik) manat borc və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1402/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1402/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver