Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1408/2024 25.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(075)-1042/2021 nömrəli qətnaməsi ilə 20 oktyabr 2015-ci il təvəllüdlü X3 yetklinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş aliment məbləğini artıraraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1689/20217 nömrəli, 18 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə aralarında xx.xx.2014-cü il tarixdə Gəncə “ASAN xidmət” qeydiyyat şöbəsində bağlanmış və 2053 nömrə ilə dövlət qeydiyyatına alınmış nikah pozulmuşdur. Həmçinin onların birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan 100 (bir yüz) manat aliment alınaraq ona verilməsi və alimentin tutulması xx.xx.2017-ci il tarixdən hesablanması qət edilmişdir. Bundan sonra o Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-1937/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1689/20217 nömrəli, 18 aprel 2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü H.Cavabdeh saxlanılması üçün təyin edilmiş 100 (bir yüz) manat aliment məbləği artıraraq hər ay 130 (bir yüz otuz) manat müəyyən edilmişdir. Bundan sonra oCavabdeh qarşı aliment məbləğinin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(075)-1042/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü H.Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment tutularaq M.C.İbadullayevə ödənilməsi qət edilmişdir. Aralarında olan mübahisənin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına müraciət etmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixdə arayış verilmişdir. İddiaçı heç bir yerdə işləmir və heç bir yerdən yardım və müavinət almır. Uşağın saxlanılması yükü onun üzərindədir. Təkbaşına uşağın pal-paltarının, sağlamlığının və maddi təminatının qeydinə qalmaq heç cür mümkün deyildir. Övladı böyüdükcə tələbatları günü-gündən daha da artır. Lakin buna baxmayaraq cavabdeh uşağın saxlanılması üçün köməklik göstərmir. Təyin оlunmuş аliment hаzırkı şərаitdə uşağın həyat şəraitinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları ilə təmin olunmasına аzlıq edir və uşağın nоrmаl yaşayış təminаtını ödəmir. İddiaçının maddi-iqtisadi vəziyyəti ağır olduğundan uşağın saxlanması üçün təyin edilmiş aliment məbləğinin artırılmasına zərurət yaranmışdır. Yuxarıda qeyd edilən səbəblərdən İddiaçı xx.xx.2015-ci il təvəllüdlü H.Cavabdeh saxlanması üçün təyin edilmiş aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Cavabdeh onun oğludur. Boşandıqdan sonra ikinci dəfə ailə həyatı qurmuşdur. Yeni evliliyindən bir uşağı dünyaya gələcək. Maddi imkanları yaxşı deyil. İndiyə qədərki müddət ərzində alimenti vaxtlı-vaxtında ödəyiblər. Bütün bünları nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 2 (075)-1937/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 2 (075)-1042/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ 318763 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixdə pozulmuşdur. xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-00663 ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkili Nümayəndə və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. X5 keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərci və dəftərxana xərci olaraq 10 manat İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2 (075)-1042/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaı üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 41.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1408/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1408/2024
25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver