Məhkəmə qərarları › İş №e-2(075)-1416/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1416/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1416/2023 03.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 21 Fevral 2022-ci il tarixli, SKNPU-02664 saylı kredit müqaviləsi üzrə 3686,8 (üç min altı yüz səksən altı manat 80 qəpik) manat əsas borc, 163,83 (bir yüz altmış üç manat 83 qəpik) manat faiz borcu, 257,93 (iki yüz əlli yeddi manat 93 qəpik) manat dəbbə borcu olmaqla, cəmi 4108,56 (dörd min bir yüz səkkiz manat 56 qəpik) manat pul vəsaitinin və 61,09 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ASC-nin Şəki filialı ilə Cavabdeh arasında bağlanmış 21 Fevral 2022-ci il tarixli, SKNPU-02664 saylı kredit müqaviləsinə əsasən illik 14 %(on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 5000 (beş min) manat məbləğində cavabdehə kredit verilmişdir. 21 Fevral 2022-ci il tarixli, SKNPU-02664 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 21 Fevral 2022-ci il tarixli, SKNPU-02664 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 21-dan gec olmayaraq hər ay 170,89 (bir yüz yetmiş manat 89 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 21 Fevral 2022-ci il tarixli, SKNPU-02664 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3686,8 (üç min altı yüz səksən altı manat 80 qəpik) manat, faiz borcuna görə 163,83 (bir yüz altmış üç manat 83 qəpik) manat, dəbbə borcuna görə 257,93 (iki yüz əlli yeddi manat 93 qəpik) manat, borcun cəmi məbləği 4108,56 (dörd min bir yüz səkkiz manat 56 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdehdan 21 Fevral 2022-ci il tarixli, SKNPU-02664 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3686,8 (üç min altı yüz səksən altı manat 80 qəpik) manat, faiz borcuna görə 163,83 (bir yüz altmış üç manat 83 qəpik) manat, dəbbə borcuna görə 257,93 (iki yüz əlli yeddi manat 93 qəpik) manat, cəmi 4108,56 (dörd min bir yüz səkkiz manat 56 qəpik) manat, cəmi 4108,56 (dörd min bir yüz səkkiz manat 56 qəpik) manat pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 21 Fevral 2022-ci il tarixli, SKNPU-02664 saylı kredit müqaviləsi üzrə 3686,8 (üç min altı yüz səksən altı manat 80 qəpik) manat əsas borc, 163,83 (bir yüz altmış üç manat 83 qəpik) manat faiz borcu, 257,93 (iki yüz əlli yeddi manat 93 qəpik) manat dəbbə borcu olmaqla, cəmi 4108,56 (dörd min bir yüz səkkiz manat 56 qəpik) manat pul vəsaiti və 61,09 manat ödənilmiş dövlət rüsumu Cavabdeh müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 21 Fevral 2022-ci il tarixli, SKNPU-02664 saylı kredit müqaviləsi üzrə 3686,8 (üç min altı yüz səksən altı manat 80 qəpik) manat əsas borc, 163,83 (bir yüz altmış üç manat 83 qəpik) manat faiz borcu, 257,93 (iki yüz əlli yeddi manat 93 qəpik) manat dəbbə borcu olmaqla, cəmi 4108,56 (dörd min bir yüz səkkiz manat 56 qəpik) manat pul vəsaiti və 61,09 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar