Məhkəmə qərarları › İş №e-2(075)-1448/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1448/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1448/2022 08.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə 20 iyul 2018-ci il tarixli, BPM**********43 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 1679,73 manat (bir min altı yüz yetmiş doqquz manat 73 qəpik) məbləğində əsas borcun, ödənilmiş 36,8 manat (otuz altı manat 80 qəpik) dövlət rüsumunun və 0,4 (40 qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə X4 arasında bağlanmış 20 iyul 2018-ci il tarixli, BPM**********43 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 60 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 2100 manat məbləğində kredit verilmişdir. X1 20 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 23 dekabr 2021-ci il tarixli 5244 nömrəli məktubdan və ona əlavə edilmiş 20 avqust 2020-ci il tarixli 2V-383 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 mərhumdan qalan miras əmlakı qəbul etmişlər. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş 03 mart 2022-ci il tarixli maliyyə arayışa əsasən, X3 vəfat etdiyi tarixə banka ödənilməmiş 1679,73 manat əsas olmaqla, cəmi 1679,73 manat kredit borcu qalmışdır. Cavabdehlər, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçıtərəfsəy göstərsə də,cavabdehlər öz öhdəliyini bu günədək yerinə yetirməmişlər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 1679,73 manat (bir min altı yüz yetmiş doqquz manat 73 qəpik) məbləğində əsas borcun, ödənilmiş 36,8 manat (otuz altı manat 80 qəpik) dövlət rüsumunun və 0,4 (40 qəpik) manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1679,73 manat (bir min altı yüz yetmiş doqquz manat 73 qəpik) məbləğində əsas borcun, ödənilmiş 36,8 manat (otuz altı manat 80 qəpik) dövlət rüsumunun və 0,4 (40 qəpik) manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar