Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1465/2023 28.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 205 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən o VÖEN: ********** nömrəsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli 008605 nömrəli ödəmə müqaviləsi sənədinə əsasən cavabdehə 8 ay müddətinə dəyəri 230 manat olan 1 ədəd mikrodalğalı soba satılmışdır. Cavabdeh tərəfindən cəmi 60 manat ödəniş edilmişdir. Bu günə onun 170 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli 008607 nömrəli ödəmə müqaviləsi sənədinə əsasən cavabdehə 4 ay müddətinə dəyəri 55 manat olan 1 ədəd akfafor satılmışdır. Cavabdeh tərəfindən cəmi 35 manat ödəniş edilmişdir. Bu günə onun 15 manat borcu yaranmışdır. Göründüyü kimi ümumilikdə cavabdehin satılmış əşyalara görə 205 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə cavabdehlə danışıqlar aparılmış, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli pretenziya məktubunda müqavilənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh həmin ünvanda yaşamadığı üçün pretenziya məktubu geri qaytarılmışdır. Artıq hüququnun pozulduğundan məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin 30 avqust 2023-cü il tarixində ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 fevral 2022-ci il tarixli, 008605 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 10 manat ilkin ödəniş etməklə 230 manat məbləğində mikrodalğalı soba almışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 fevral 2022-ci il tarixli, 008607 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 15 manat ilkin ödəniş etməklə 55 manat məbləğində akfafor almışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh onun ümumilikdə satılmış əşyalara görə yaranmış 205 manat məbləğdə borcunun 5 gün müddətində ödəməsi tələb edilmişdir. Əks təqdirdə borc məbləğinin və çəkilmiş xərclərin alınması tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, cavabdeh İddiaçı sahibi olduğu "xxxx" MMC-dən 05 fevral 2022-ci il tarixli, 008605 saylı müqaviləyə əsasən 10 manat ilkin ödəniş etməklə 230 manat məbləğində mikrodalğalı soba, 05 fevral 2022-ci il tarixli, 008607 saylı müqaviləyə əsasən 15 manat ilkin ödəniş etməklə 55 manat məbləğində Akfafor almışdır. Cavabdeh müqavilə üzrə aldığı malların dəyərini hər ay hissə-hissə ödəniş etməklə iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, öhdəliklərini icra etməmişdir. Bununla da iddiaçının hüquqları pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı qalıq qalmış malların dəyərinin ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri imzalanmışdır. Lakin cavabdeh həmin nisyə alqı-satqı müqavilələrinə əsasən aldığı malların dəyərini vaxtında iddiaçıya ödəməmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh cəmi 205 (iki yüz beş) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh cəmi 205 (iki yüz beş) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1465/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1465/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver