Məhkəmə qərarları › İş №e-2(075)-1486/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1486/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1486/2023 05.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1070 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən o, VÖEN: ********** nömrəsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixli 004564 nömrəli ödəmə müqaviləsi sənədinə əsasən cavabdehə 6 ay müddətinə dəyəri 230 manat olan 1 ədəd qaz piltəsi satılmışdır. Cavabdeh tərəfindən cəmi 20 manat ödəniş edilmişdir. Bu günə onun 210 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli 004567 nömrəli ödəmə müqaviləsi sənədinə əsasən cavabdehə 7 ay müddətinə dəyəri 165 manat olan 1 ədəd tək qranit qazan (0650) satılmışdır. Cavabdeh tərəfindən cəmi 15 manat ödəniş edilmişdir. Bu günə onun 150 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli 004568 nömrəli ödəmə müqaviləsi sənədinə əsasən cavabdehə 6 ay müddətinə dəyəri 240 manat olan 1 ədəd qranit qazan (0110) satılmışdır. Cavabdeh tərəfindən cəmi 20 manat ödəniş edilmişdir. Bu günə onun 220 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli 004565 nömrəli ödəmə müqaviləsi sənədinə əsasən cavabdehə 7 ay müddətinə dəyəri 160 manat olan 1 ədəd asperator satılmışdır. Cavabdeh tərəfindən cəmi 20 manat ödəniş edilmişdir. Bu günə onun 140 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli 004566 nömrəli ödəmə müqaviləsi sənədinə əsasən cavabdehə 7 ay müddətinə dəyəri 160 manat olan 1 ədəd asperator satılmışdır. Cavabdeh tərəfindən cəmi 20 manat ödəniş edilmişdir. Bu günə onun 140 manat borcu yaranmışdır. Göründüyü kimi ümumilikdə cavabdehin satılmış əşyalara görə 1070 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə cavabdehlə danışıqlar aparılmış, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli pretenziya məktubunda müqavilənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Eyni zamanda cavabdeh həmin ünvanda yaşamadığı üçün pretenziya məktubu geri qaytarılmışdır. Artıq hüquqları pozulduğundan məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh onun işlətdiyi sahibkarlıq obyektindən 16 yanvar 2020-ci il tarixli, 004563 saylı müqaviləyə əsasən 20 manat ilkin ödəniş etməklə 230 manat məbləğində sadə qaz piltəsi, 16 yanvar 2020-ci il tarixli, 004564 saylı müqaviləyə əsasən dən 20 manat ilkin ödəniş etməklə 230 manat məbləğində sadə qaz piltəsi, 16 yanvar 2020-ci il tarixli, 004565 saylı müqaviləyə əsasən 20 manat ilkin ödəniş etməklə 160 manat məbləğində aspirator, 16 yanvar 2020-ci il tarixli, 004566 saylı müqaviləyə əsasən 20 manat ilkin ödəniş etməklə 160 manat məbləğində aspirator, 16 yanvar 2020-ci il tarixli, 004567 saylı müqaviləyə əsasən 15 manat ilkin ödəniş etməklə 150 manat məbləğində tək qıranit qazan və 16 yanvar 2020-ci il tarixli, 004568 saylı müqaviləyə əsasən 20 manat ilkin ödəniş etməklə 220 manat məbləğində qıranit qazan almışdır. Bildirmişdir ki, cavabdeh 16 yanvar 2020-ci il tarixli, 004563 saylı müqaviləyə əsasən yaranmış 210 manat məbləğində borcundan ödəniş qrafikinə əsasən birinci ayda, yəni 30 fevral 2020-ci il tarixdə 20 manat məbləğdə, 16 yanvar 2020-ci il tarixli, 004564 saylı müqaviləyə əsasən yaranmış 210 manat məbləğində borcundan ödəniş qrafikinə əsasən birinci ayda, yəni 30 fevral 2020-ci il tarixdə 20 manat məbləğdə, 16 yanvar 2020ci il tarixli, 004565 saylı müqaviləyə əsasən yaranmış 140 manat məbləğində borcundan ödəniş qrafikinə əsasən birinci ayda, yəni 30 fevral 2020-ci il tarixdə 10 manat məbləğdə, 16 yanvar 2020-ci il tarixli, 004566 saylı müqaviləyə əsasən yaranmış 140 manat məbləğində borcundan ödəniş qrafikinə əsasən birinci ayda, yəni 30 fevral 2020-ci il tarixdə 20 manat məbləğdə, 16 yanvar 2020-ci il tarixli, 004567 saylı müqaviləyə əsasən yaranmış 150 manat məbləğində borcundan ödəniş qrafikinə əsasən birinci ayda, yəni 30 fevral 2020-ci il tarixdə 10 manat məbləğdə, 16 yanvar 2020-ci il tarixli, 004568 saylı müqaviləyə əsasən yaranmış 220 manat məbləğində borcundan ödəniş qrafikinə əsasən birinci ayda, yəni 30 fevral 2020-ci il tarixdə 20 manat məbləğdə ödəniş etmişdir. Göstərmişdir ki, hal-hazırda Cavabdeh 16 yanvar 2020-ci il tarixli, 004563 saylı müqavilə üzrə ödənilməmiş 190 manat məbləğdə, 16 yanvar 2020-ci il tarixli, 004564 saylı müqavilə üzrə ödənilməmiş 190 manat məbləğdə, 16 yanvar 2020-ci il tarixli, 004565 saylı müqavilə üzrə ödənilməmiş 130 manat məbləğdə, 16 yanvar 2020-ci il tarixli, 004566 saylı müqavilə üzrə ödənilməmiş 120 manat məbləğdə, 16 yanvar 2020-ci il tarixli, 004567 saylı müqavilə üzrə ödənilməmiş 140 manat məbləğdə və 16 yanvar 2020-ci il tarixli, 004568 saylı müqavilə üzrə ödənilməmiş 200 manat məbləğdə borcları qalmışdır. Cavabdehin halhazırda ona olan borcu 970 manat təşkil edir. O, dəfələrlə cavabdehə ödənilməmiş qalan borcunu ödəməsini bildirsə də, cavabdeh öhdəliklərini icra etməmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 yanvar 2020-ci il tarixli, 004563 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 20 manat ilkin ödəniş etməklə 230 manat məbləğində sadə qaz piltəsi almışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 yanvar 2020-ci il tarixli, 004564 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 20 manat ilkin ödəniş etməklə 230 manat məbləğində sadə qaz piltəsi almışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 yanvar 2020-ci il tarixli, 004565 saylı müqavilədən görünür ki, tərəfindən Cavabdeh "xxxx" MMCdən 20 manat ilkin ödəniş etməklə 160 manat məbləğində aspirator almışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 yanvar 2020-ci il tarixli, 004566 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 20 manat ilkin ödəniş etməklə 160 manat məbləğində aspirator almışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 yanvar 2020-ci il tarixli, 004567 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 15 manat ilkin ödəniş etməklə 150 manat məbləğində tək qıranit qazan almışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 yanvar 2020-ci il tarixli, 004568 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 20 manat ilkin ödəniş etməklə 220 manat məbləğində qıranit qazan almışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh onun ümumilikdə satılmış əşyalara görə yaranmış 1070 manat məbləğdə borcunun 5 gün müddətində ödəməsi tələb edilmişdir. Əks təqdirdə borc məbləğinin və çəkilmiş xərclərin alınması tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, cavabdeh İddiaçı sahibi olduğu "xxxx" MMC-dən 16 yanvar 2020-ci il tarixli, 004563 saylı müqaviləyə əsasən 20 manat ilkin ödəniş etməklə 230 manat məbləğində sadə qaz piltəsi, 16 yanvar 2020-ci il tarixli, 004564 saylı müqaviləyə əsasən 20 manat ilkin ödəniş etməklə 230 manat məbləğində sadə qaz piltəsi, 16 yanvar 2020-ci il tarixli, 004565 saylı müqaviləyə əsasən 20 manat ilkin ödəniş etməklə 160 manat məbləğində aspirator, 16 yanvar 2020-ci il tarixli, 004566 saylı müqaviləyə əsasən 20 manat ilkin ödəniş etməklə 160 manat məbləğində aspirator, 16 yanvar 2020-ci il tarixli, 004567 saylı müqaviləyə əsasən 15 manat ilkin ödəniş etməklə 150 manat məbləğində tək qıranit qazan və 16 yanvar 2020-ci il tarixli, 004568 saylı müqaviləyə əsasən 20 manat ilkin ödəniş etməklə 220 manat məbləğində qıranit qazan almışdır. Cavabdeh müqavilə üzrə aldığı malların dəyərini hər ay hissə-hissə ödəniş etməklə iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, öhdəliklərini icra etməmişdir. Bununla da iddiaçının hüquqları pozulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının izahatı, iş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, cavabdeh 16 yanvar 2020-ci il tarixli, 004563 saylı müqaviləyə əsasən yaranmış 210 manat məbləğində borcundan 20 manat məbləğdə, 16 yanvar 2020-ci il tarixli, 004564 saylı müqaviləyə əsasən yaranmış 210 manat məbləğində borcundan 20 manat məbləğdə, 16 yanvar 2020-ci il tarixli, 004565 saylı müqaviləyə əsasən yaranmış 140 manat məbləğində borcundan 10 manat məbləğdə, 16 yanvar 2020-ci il tarixli, 004566 saylı müqaviləyə əsasən yaranmış 140 manat məbləğində borcundan 20 manat məbləğdə, 16 yanvar 2020-ci il tarixli, 004567 saylı müqaviləyə əsasən yaranmış 150 manat məbləğində borcundan 10 manat məbləğdə, 16 yanvar 2020-ci il tarixli, 004568 saylı müqaviləyə əsasən yaranmış 220 manat məbləğində borcundan 20 manat məbləğdə ödənişlər etmiş, hal-hazırda ümumilikdə 970 manat məbləğdə ödənilməmiş borcu qalmışdır. Buna görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: -570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri imzalanmışdır. Lakin cavabdeh həmin nisyə alqı-satqı müqavilələrinə əsasən aldığı malların dəyərini vaxtında iddiaçıya ödəməmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh cəmi 970 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh cəmi 970 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar