Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1492/2024 11.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Şirinov Tehran Zaməddin oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 12 noyabr 2019-cu il tarixli, BPM**********53 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 698.78 (altı yüz doxsan səkkiz manat yetmiş səkkiz qəpik) manat əsas, 0.01 (bir) qəpik faiz olmaqla, cəmi 698.79 (altı yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə Şirinov Tehran Zaməddin oğlu arasında bağlanmış 12 noyabr 2019-cu il tarixli, BPM**********53 №-li kredit müqavilələrinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 2700 manat məbləğində nəğd kredit verilmişdir. X4 Zaməddin oğlu 18 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 11 oktyabr 2023-cü il tarixli, 3999 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum Şirinov Tehran Zaməddin oğlunun adına vərəsəlik işiaçılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh2 və Cavabdeh1 mərhumdan qalan miras əmlakı qəbuletmişlər. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş 25 mart 2024-cü il tarixli maliyyə arayışına əsasən, Şirinov Tehran Zaməddin oğlunun vəfat etdiyi tarixə banka ödənilməmiş 698.78 manat əsas, 0.01 manat faiz olmaqla, cəmi 698.79 (altı yüz doxsan səkkiz manat 79 qəpik) manat borcu qalmışdır. Cavabdehlər, mərhum Şirinov Tehran Zaməddin oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək yerinə yetirməmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Şirinov Tehran Zaməddin oğlu arasında bağlanmış BPM**********53 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verilmişdir məbləğində nağd kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş cədvəlindən görünür ki, Şirinov Tehran Zaməddin oğlu götürdüyü 2700 (iki min yeddi yüz) manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 48 ay müddətinə qaytarmalı olmuşdur. Şəki Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 865 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şirinov Tehran Zaməddin oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mərhum Şirinov Tehran Zaməddin oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1 göndərdiyi ünvanlanmış xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı məktubdan görünür ki, Şirinov Tehran Zaməddin oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin tərəfindən verilmiş 2V-368 nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəliki hüququ haqqında şəhadətnamədər görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş-Şirinov Tehran Zaməddin oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1 miras əmlakdan ½ hissədə bərabər irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.6158 ha olan torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ üzrə mərhuma məxsus olan pay hissəsindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin tərəfindən verilmiş 2V-461 nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəliki hüququ haqqında şəhadətnamədər görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş-Şirinov Tehran Zaməddin oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1 miras əmlakdan ½ hissədə bərabər irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Şəki RQİ və TBŞ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BD178907 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTH310290P0052960, mühərrikin nömrəsi 2959 və buraxılış ili 1993-cü il olan QAZ 31029 minik markalı **-BA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X1 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********496 nömrəli, xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, mərhum atası Şirinov Tehran Zaməddin oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Odur ki, mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X1 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********497 nömrəli, xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, mərhum atası Şirinov Tehran Zaməddin oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Odur ki, mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş **********29 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.6158 ha torpaq sahəsi Cavabdeh1, X3, Şirinov Tehran Zaməddin oğlunun, X2 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Şirinov Tehran Zaməddin oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 2700 (iki min yeddi yüz) manat məbləğində nağd kredit verilmişdir. Lakin, Şirinov Tehran Zaməddin oğlu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Şirinov Tehran Zaməddin oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Şirinov Tehran Zaməddin oğlu öldükdən sonra onun vərəsələri oğlu Cavabdeh2 və oğlu Cavabdeh1 miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakları – DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.6158 ha olan torpaq sahəsi və Şəki RQİ və TBŞ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BD178907 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTH310290P0052960, mühərrikin nömrəsi 2959 və buraxılış ili 1993-cü il olan QAZ 31029 minik markalı **-BA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum Şirinov Tehran Zaməddin oğlunun ölümündən sonra ondan qalmış miras əmlakları - DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.6158 ha olan torpaq sahəsi və Şəki RQİ və TBŞ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BD178907 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTH310290P0052960, mühərrikin nömrəsi 2959 və buraxılış ili 1993-cü il olan QAZ 31029 minik markalı **-BA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiklərindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Şirinov Tehran Zaməddin oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri – cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Odur ki, ümumilikdə 12 noyabr 2019-cu il tarixli, BPM**********53 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 698.78 (altı yüz doxsan səkkiz manat yetmiş səkkiz qəpik) manat əsas, 0.01 (bir) qəpik faiz borcu olmaqla, cəmi 698.79 (altı yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 12 noyabr 2019-cu il tarixli, BPM**********53 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 698.78 (altı yüz doxsan səkkiz manat yetmiş səkkiz qəpik) manat əsas, 0.01 (bir) qəpik faiz borcu olmaqla, cəmi 698.79 (altı yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1492/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1492/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver