Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1501/2023 17.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RPZ-00003-01/23A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 11933 (on bir min doqquz yüz otuz üç) manat əsas, 911.58 (doqquz yüz on bir manat əlli səkkiz qəpik) manat faiz borcu, 113.2 (yüz on üç manat iyirmi qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 12957.78 (on iki min doqquz yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 128.87 (yüz iyirmi səkkiz manat səksən yeddi qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidməti haqqının Cavabdeh tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin "xxxx" KB ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Bank "xxxx" ASC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RPZ-00003- 01/23A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 59 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 11933 (on bir min doqquz yüz otuz üç) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh Zamin ilə xx.xx.2023-cü il tarixdə iddiaçıyla RPZ-00003-01/23A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminlərə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RPZ-00003-01/23A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 59 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 11933 (on bir min doqquz yüz otuz üç) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli RPZZ-00003-01/23A zaminlik müqaviləsindən görünür ki, Zamin Cavabdeh Bank "xxxx" ASC qarşısındakı xx.xx.2023-cü tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 11933 (on bir min doqquz yüz otuz üç) manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 59 ay müddətinə qaytarmalı olmuşdur. İşdə olan arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli RPZ-00003-01/23A saylı kredit müqaviləsi üzrə 30 may 2023-cü il tarixinə Bank "xxxx" ASC-nə 11933 (on bir min doqquz yüz otuz üç) manat əsas, 911.58 (doqquz yüz on bir manat əlli səkkiz qəpik) manat faiz borcu, 113.2 (yüz on üç manat iyirmi qəpik) manat dəbbə borcu, ümumilikdə 12957.78 (on iki min doqquz yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borcu vardır. Məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RPZ- 00003-01/23A saylı kredit müqaviləsinin şərtlərinə görə iddiaçı Bank "xxxx" ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 22 faiz olmaqla 59 ay müddətinə 11933 (on bir min doqquz yüz otuz üç) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli RPZZ- 00003-01/23A saylı zaminlik müqaviləsinə əsasən Zamin Cavabdeh Bank "xxxx" ASC qarşısındakı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh və Zamin müqavilə ilə üzərinə götürdükləri öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşlar. Cavabdehlər Cavabdeh və Zamin bankın qarşısında ümumilikdə 12957.78 (on iki min doqquz yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İddiaçı Bank "xxxx" ASC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək kredit məbləğinin Cavabdeh ödənilməsinə baxmayaraq cavabdehlər Cavabdeh və Zamin tərəfindən kredit müqaviləsinin şərtlərinə tam şəkildə əməl edilməmişdir. Bu səbəbdən də iddiaçı Bank "xxxx" ASC ödənilməmiş kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh və Zamin tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 11933 (on bir min doqquz yüz otuz üç) manat əsas, 911.58 (doqquz yüz on bir manat əlli səkkiz qəpik) manat faiz, 113.2 (yüz on üç manat iyirmi qəpik) manat dəbbə borcu olmaqla, cəmi 12957.78 (on iki min doqquz yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat borc, iddia qaldırılması üçün ödənilmiş 128.87 (yüz iyirmi səkkiz manat səksən yeddi qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqı cavabdehlər Cavabdeh və Zamin alınaraq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin11933 (on bir min doqquz yüz otuz üç) manat əsas, 911.58 (doqquz yüz on bir manat əlli səkkiz qəpik) manat faiz, 113.2 (yüz on üç manat iyirmi qəpik) manat dəbbə borcu olmaqla, cəmi 12957.78 (on iki min doqquz yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat borc, iddia qaldırılması üçün ödənilmiş 128.87 (yüz iyirmi səkkiz manat səksən yeddi qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqı alınaraq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1501/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1501/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver