Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1502/2023 03.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2554.87 (iki min beş yüz əlli dörd dollar, 87 sent) ABŞ dolları-bundan 643.12 (altı yüz qırx üç dollar, 12 sent) ABŞ dolları əsas, 310.67 (üç yüz on dollar, 67 sent) ABŞ dolları faiz, 1505.68 (bir min beş yüz beş dollar, 68 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 95.40 (doxsan beş dollar, 40 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 63.44 (altmış üç manat, 44 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bəhrəm oğlundan müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməs barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi 27 iyun 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclasları keçirilmiş, növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 03 oktyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Lakin 20 sentyabr 2023-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəməyə elektron ərizə göndərmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Belə olan halda iddia ərizəsi geri qaytarılmalı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 63.44 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASCnə qaytarılmalı və ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı ASC-nə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 63.44 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-nə qaytarılsın. İddiaçı ASC-nə yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1502/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1502/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver