Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1507/2024 27.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyv İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X8 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X8 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X13 tərəfindən vurulmuş 16060 (on altı min altmış) manat məbləğində maddi zərərin və ödənilmiş 138.48 (bir yüz otuz səkkiz manat qırx səkkiz qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X5 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 2000-ci il tarixli 12 nömrəli qərarına əsasən ünvan 1 sakinləri X27, X28, X24, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X17 3.76 hektar torpaq sahəsi verilmişdir. Bu barədə X27, X28, X24, X29, Cavabdeh3, Cavabdeh1 və X14 adına Şəki rayon Torpaq Şöbəsi tərəfindən 08 avqust 2002-ci il tarixli JN: 263 (KOD ********) saylı Dövlət Aktı verilmişdir. 23 iyul 2015-ci il tarixdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Şəki Rayonu Torpaq Şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş seriya nömrəsi JN:0263, KOD:40400018 olan dövlət aktına əsasən ünvan 2ində yerləşən 3.76 ha torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus özlərinə məxsus 3/7 hissəsini ona bağışlamışlar. Yəni həmin torpaq sahəsinin 1.61 ha hissəsi onun mülkiyyətinə keçmişdir. 2021-ci ilin yaz aylarında X1 Ağalar Qasım oğlunu aldadaraq vasitəçilik edərək ona daha öncə satılmış torpaq sahəsini digər şəxsə satmışdır. O bunu eşitdikdə dəqiqləşdirmək üçün AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etdi. AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi 01 iyun 2021-ci il tarixli **********0 saylı məktubu ilə ona bildirdilər ki, sözü gedən torpaq sahəsi Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin 29 yanvar 2021-ci il tarixli, 4Ə-111 və 4Ə-112 saylı alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirilmişdir. O həmin 1.61 ha torpaq sahəsinin ətrafını kənar şəxslər və mal-qara girməməsi üçün xəndək qazaraq ayırmış, xəndəyin üstündən də qaratikan kolu ilə çəpərləmişdi. Həmin ərazidə artıq uzun müddətdir ki, yonca bitkisi əkmişdi. Beləliklə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qanunsuz və saxtakar əməlləri nəticəsində ona 16160 manat məbləğində maddi ziyan dəmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri; İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, 2015-ci ildə cavabdehlərdən torpaq sahəsini 850 manata almışdır. Lakin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. 2018-ci ildə ona satdıqları torpaq sahəsinə başqa bir şəxsə satmışlar. O həmin torpaq sahəsindən uzun müddətdir ki istifadə edir, orada əkinçilik fəaliyyəti ilə məşğul olur. Hal-hazırda torpaq sahəsini əlindən almışlar və nəticədə ona maddi ziyan vurmuşlar. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdeh iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X25 izahat verərək bildirdi ki, 2005-ci il tarixdən iddiaçı X3 onların torpaq sahəsindən icazəsiz istifadə etmişdir. Qardaşlarının bundan xəbərləri olduqdan sonra isə heç bir problem yaratmamış və ona torpaq sahəsindən istifadə etməsinə icazə vermişlər. Torpaq sahəsindən istifadə etməsi müqabilində iddiaçı onlara 500 manat pul vermişdir. Lakin həmin torpaq sahəsi onların mülkiyyətində olmuş və iddiaçıya satmamışlar. Sonradan həmin torpaq sahəsini başqa şəxsə satmaq qərarında gəlmişlər. İddiaçıya torpaq sahəsini satdıqları zaman 1800 manat pul təklif etsələr də qəbul etməmiş və buna görə də qardaşı ona iki böyük öküz vermişdir. Bundan sonra torpaq sahəsini Feyziyev Rüstəm adlı şəxsə satmışlar. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X13 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, iddianı qəbul etmir. İddiaçı ilə qohumluq əlaqələri yoxdur 2015-ci ildə iddiaçının onlara məxsus torpaq sahəsindən istifadə etdiyindən xəbərləri olmuşdur. Lakin İstifadə etməyinə heç bir maneə yaratmamışlar və iddiaçı bunun müqabilində onlara 500 manat pul vermişdir. Təxmini olaraq iddiaçı qeyd edilən torpaq sahəsindən 2020-ci il tarixə kimi istifadə etmişdir. Lakin hal-hazırda həmin torpaq sahəsini başqa şəxsə satmışlar. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X32 ifadə verərək bildirmişdir ki, 2019-2020-ci illərdə mübahisə predmeti olan torpaq sahəsində əkin-biçin işləri ilə məşğul olmuşdur. Həmin torpaq sahəsini Sakit almış, lakin sonradan başqa şəxsə satdıqlarını eşitmişdir. İşin halları; Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 3.76 ha olan torpaq sahəsini hədiyyə verən (Cavabdeh2, Cavabdeh3, Cavabdeh1) hədiyyə alanın (İddiaçı) mülkiyyətinə verirlər. JN-0263 Kod 40400018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 2000-ci il tarixli 12 nömrəli qərarına əsasən ünvan 1 sakinləri X27, X28, X24, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X17 3.76 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********92 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 1.07 ha torpaq sahəsinin tam mülkiyyətlə X18 adına qeydiyyata alınmışdır Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X25, X24 ilə X18 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X25, X7 rayonu Böyük dəhnə kəndi ünvanında yerləşən ümumi sahəsi 1.07 ha olan torpaq sahəsini X22 1070 manata satmışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********92 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 1.07 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmaqla Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X25, X24, X30 və X19 adına qeydiyyata alınmışdır Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Böyük Dəhnə kəndindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 23 nömrəli arayışdan görünür ki, mərhum X19 adına verilmiş Torpağın Mülkiyyət Hüququna dair JN-0263 saylı Dövlət Aktı sənədində öz ata adı səhfən X9 yazılmış Cavabdeh3 ata adı səhfən Cavabdeh3 Məhəmməd qızı kimi yazılmış, X12 adı səhvən X6 yazılmış, X2 və adı X10 yazılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********92 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 1.07 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmaqla Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X25 və X15 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş V-42/2021 nömrəli 25 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəliki hüququ haqqında şəhadətnamədən görünür ki, 01 noyabr 2008-ci ildə vəfat etmiş X21 vərəsələri X25, X24 və Cavabdeh2 miras əmlakdan 1/3 hissədə bərabər irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə X23 verilmiş **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.07 ha ümumi birgə olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsindən və DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə X23 verilmiş **********61 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 2.69 ha ümumi birgə olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş V-41/2021 nömrəli 25 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəliki hüququ haqqında şəhadətnamədən görünür ki, 30 aprel 2003-cü ildə vəfat etmiş X19 vərəsələri X25, X24 və Cavabdeh2 miras əmlakdan 1/3 hissədə bərabər irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə X23 verilmiş **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.07 ha ümumi birgə olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsindən və DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə X23 verilmiş **********61 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 2.69 ha ümumi birgə olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsindən ibarətdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının; 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmənin mövqeyi; Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2ində yerləşən 1.07 ha torpaq sahəsi cavabdehlər tərəfindən İddiaçı istifadəsinə verilmişdir. İddiaçı iddia tələbinin əsaslandırıldığı hallar kimi həmin 1.07 ha torpaq sahəsinin ona 850 manat dəyərində satılmasını, lakin daha öncə ona satılmış həmin torpaq sahəsini digər şəxsə satıldığını və nəticədə ona maddi zərər vurulduğunu göstərmişdir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir tələb üzrə iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, hazırki iş materiallarında tərəflər arasında 1.07 ha torpaq sahəsinin alqı-satqısının baş tutması, yəni tərəflər arasında həmin torpaq sahəsinin alqısatqısı ilə bağlı yazılı əqdin (müqavilə) bağlanması barədə heç bir sübut yoxdur və iddiaçı tərəfindən də bu halların mövcudluğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin hazırki iş materialları ilə də müəyyən edilir ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi ilə mülkiyyətlərində olan Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən torpaq sahəsini İddiaçı bağışlasa da, onların iddiaçıya bağışlamağa subyektiv hüquqları olmamışdır. Həmin əmlak üzrə qeyd olunan sənədləşmə qanunsuz aparılmışdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı qeyd olunan torpaq sahəsini ona verildiyi gündən hal-hazıra qədər sahibliyində və istifadəsində olduğunu, həmin torpaq sahəsində əkinçilik fəaliyyəti ilə məşğul olduğunu, lakin cavabdehlərin qanunsuz əməlləri nəticəsində əkinçilik işlərini davam etdirə bilmədiyini bildirmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı torpaq sahəsini cavabdehin ona alqı-satqı və ya icarə müqaviləsi əsasında verdiyini sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə iddianın təmin edilməsi məqsədəmüvafiq hesab etmir. Şərh edilənlərə əsasən, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X8 qarşı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X13 tərəfindən vurulmuş 16060 (on altı min altmış) manat məbləğində maddi zərərin və ödənilmiş 138.48 (bir yüz otuz səkkiz manat qırx səkkiz qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X5 müştərək qaydada alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X8 qarşı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X13 tərəfindən vurulmuş 16060 (on altı min altmış) manat məbləğində maddi zərərin və ödənilmiş 138.48 (bir yüz otuz səkkiz manat qırx səkkiz qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X5 müştərək qaydada alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1507/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1507/2024
27.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver