Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-152/2023 11.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif оğlunun sədrliyi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və uşaqları 26 fevral 2002ci il tarixdə anadan olmuş X2, 25 avqust 2004-cü il tarixdə anadan olmuş X3 və 23 may 2011-cü il tarixdə anadan olmuş X1 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqularının tanınması və həmin evdə yaşamaqları üçün onlara edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 31 oktyabr 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, 28 noyabr 2022-ci il tarixində iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 11 yanvar 2023-cü il tarixə, saat 09:00-a təxirə salınmışdır. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 259-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı iddia ərizəsi ilə müraciət edərək, onun və uşaqları 26 fevral 2002-ci il tarixdə anadan olmuş X2, 25 avqust 2004-cü il tarixdə anadan olmuş X3 və 23 may 2011-cü il tarixdə anadan olmuş X1 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqularının tanınması və həmin evdə yaşamaqları üçün onlara edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edərək, iddia ərizəsi onun tərəfindən imza edilsə də, yetkinlik yaşına çatan övladları 26 fevral 2002-ci il təvəllüdlü X7 və 25 avqust 2004-cü il təvəllüdlü X4 münasibətdə onların adından iddia qaldırmaq hüququnun olmasında dair sənəd (etibarnamə) iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.13, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-152/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-152/2023
11.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver