Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1530/2024 13.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində pulu və ödənilmiş 56 (əlli altı) manat məbləğindəki dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh təxminən 2021-ci ildə tanımışdır. Onunla Reabilitasiya və X4 tanış olmuş, daha sonra ona təxminən 2021-ci ilin oktyabr ayında 3400 manat pul, daha sonra isə 200 manat olmaqla cəmi 3600 manat pul vermişdir. Uzun müddət müxtəlif bəhanələrlə pulunu qaytarmamışdır. Onun bəhanələrindən bezdiyi üçün Şəki şəhər-rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciətinə baxılaraq xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarla cavabdehin əməlində cinayət tərkibinin olmadığını bildirərək mülki qaydada məhkəməyə müraciət etməyini tövsiyə etmişdirlər. Şəki ŞRPŞ-nın Təhqiqat bölməsinin təhqiqatçısı X2 xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan və təhqiqatçıya verdiyi izahatın təsdiq edilmiş surətindən göründüyü kimi, Cavabdeh ondan borc olaraq 3600 manat pul aldğını etiraf etmişdir. Lakin o, izahatında pulu qaytardığını bildirmişdir. Bunu bildirsə də, hər-hansı bir sübutla pulu qaytardığını sübut etməmişdir. Bundan başqa əgər cavabdeh onun pulunu qaytarmışdırsa nə üçün o yollara düşərək pul tələb etməlidir. Özünü əzab-əziyyətə salmalıdır. Verdiyi pulu qaytarmadığı üçün məcburiyyət qayşısında qalaraq məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı izahat verərək bildirdi ki, iddianı müdafiə edir. Cavabdehlə 2021-ci ildə Reabilitasiya və X4 tanış olmuşdur. Daha sonra Cavabdeh ondan 1700 manat borc pul, 1700 manat isə əlilliyinin bərpa edilməsi üçün köməklik göstərəcəyi barədə bildirərək ümumilikdə 3400 manat pul almışdır. Sonradan ondan 200 manat da, övladının xəstə olması səbəbi ilə 1 ay ərzində qaytarmaq şərti ilə almış ancaq borcunu geri qaytarmamışdır. Cavabdehin ümumilikdə ona 3600 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə xəbərdarlıq etmişdir. Bütün bunları nəzərə alaraq iddianın təmin olunmasını xahiş etdi. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iddia ərizəsinin məzmununa uyğğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və ona əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış izahatdan görünür ki, o. İddiaçı 3400 manat borca pul aldığını lakin 3 ay sonra 2800 manat daha sonra 600 manat və aptekdən aldığı 120 manat nisyə dərmanların pulunu qaytarmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdehin İddiaçıdan 3400 manat məbləğində pulu aldığı müəyyən olunur. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında pul məbləğlərinin cavabdehə verilməsinə dair yazılı müqavilə bağlanmış olmasa da, cavabdehin polis şöbəsində verdiyi izahatı həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pul məbləğlərinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğlərinin ödənilməmiş hissəsini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddia tələbində göstərilən pul məbləğinin tam olaraq iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa İddiaçı iddiası üzrə cavabdehin ona olan 3600 manat borcundan 200 manat məbləğində pul vəsaitinin verilməsi öz təsdiqini tapmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 3400 manat məbləğində pul və ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 56 (əlli altı) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1530/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1530/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver