Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1544/2024 19.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açiq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulmasına dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 02 avqust 2021-ci il tarixli, BPM**********74 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 537.76 manat əsas, 0.02 manat faiz borcu olmaqla, cəmi 537.78 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 20 may 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə hazırlıq iclasları keçirilmiş və növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 19 avqust 2024-cü il tarixə, saat 09:30-a təxirə salınmışdır. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək mərhum X1 vərəsəsi Cavabdeh qarşı 537.78 manat məbləğində kredit borcunun, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehiddia ərizəsinin geri qaytarılmasına etirazının olmadığını bildirmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPMnin) 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmin tələblə bağlı yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilməli, iddianın qaldırılması üçün iddiaçı "xxxx" Açiq Səhmdar Cəmiyyətinin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" Açiq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulmasına dair" iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddianın qaldırılması üçün iddiaçı "xxxx" Açiq Səhmdar Cəmiyyətinin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı "xxxx" Açiq Səhmdar Cəmiyyətinin yenidən məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-1544/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1544/2024
19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver