Məhkəmə qərarları › İş №e-2(075)-1547/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1547/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1547/2024 09.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC Cavabdeh ilə arasında bağlanmış 19 aprel 2023-cü il tarixli, 338576- CNS44562 saylı “borcun restrukturizasiyasına dair müqaviləsi”-nə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 4086,76 (dörd min səksən altı manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, 44.07 (qırx dörd manat yeddi qəpik) manat məbləğində faiz borcu, 2.50 (iki manat əlli qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 4.133,33 (dörd min yüz otuz üç manat otuz üç qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 61.33 (altmış bir manat otuz üç qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 19 aprel 2023-cü il tarixli, 338576- CNS-44562 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən “kredit alan”ın “Bank”a 19 aprel 2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2022-ci il tarixli, 338576-CNS-30877 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 3 (üç faiz) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətinə 4.086,76 (dörd min səksən altı manat yetmiş altı qəpik) manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2024-cü il tarixinə Banka 4086,76 (dörd min səksən altı manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, 44.07 (qırx dörd manat yeddi qəpik) manat məbləğində faiz borcu, 2.50 (iki manat əlli qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 4.133,33 (dörd min yüz otuz üç manat otuz üç qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış borcu barədə xx.xx.2024-cü il tarixli, 1304 P saylı pretenziya məktubu göndərilmişdir. xx.xx.2024-cü il tarixli maps arayışına əsasən borclu Şəki rayonu, Aşağı Göynük Ə/D, Aşagı Layısqı kəndində qeydiyyatdadır.. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, 4086,76 (dörd min səksən altı manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, 44.07 (qırx dörd manat yeddi qəpik) manat məbləğində faiz borcu, 2.50 (iki manat əlli qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 4.133,33 (dörd min yüz otuz üç manat otuz üç qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 61.33 (altmış bir manat otuz üç qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4086,76 (dörd min səksən altı manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, 44.07 (qırx dörd manat yeddi qəpik) manat məbləğində faiz borcu, 2.50 (iki manat əlli qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 4.133,33 (dörd min yüz otuz üç manat otuz üç qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 61.33 (altmış bir manat otuz üç qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi xx.xx.2024-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 09:00-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 09:10-da qurtardı. Hakim: Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-1547/2024 xx.xx.2024-cü il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4086,76 (dörd min səksən altı manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, 44.07 (qırx dörd manat yeddi qəpik) manat məbləğində faiz borcu, 2.50 (iki manat əlli qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 4.133,33 (dörd min yüz otuz üç manat otuz üç qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 61.33 (altmış bir manat otuz üç qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar