Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-155/2024 02.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon Məhkəməsi-nin xx.xx.2020-ci il tarixli, 2(075)-002/2020 saylı qətnaməsi ilə, iş üzrə cavabdeh, Cavabdeh və "xxxx" QSC arasında, xx.xx.2014-cü il tarixində bağlanmış 15L000002912 saylı müqavilə üzrə, ipoteka ilə yüklü edilmiş, ona məxsus, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ünvanında,0,0035 ha torpaq sahəsi üzərində, 1 mərtəbəli, 1 girişli, ümumi sahəsi 31,1 kv.m olan qeyri-yaşayış sahəsinin (mağaza) itirilməməsi naminə, iddiaçı-banka ödədiyi 12922 (on iki min doqquz yüz iyirmi iki) ABŞ dolları ilə ona vurulmuş maddi zərərin, qətnamə üzrə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 189 (bir yüz şəksən doqquz) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu 10 (on) manatın, xidmət haqqıı olaraq ödənilmiş 21 (iyirmi bir) manatın, girovdan azad etmənin rüsumu olaraq 52 (əlli iki) manatın, eksperiza xərci olaraq hesablanmış 150 (bir yüz əlli) manatın, daha bir ekspertiza xərci olaraq hesablanmış 244 (iki yüz qırx dörd) manatın və bütün bunlardan başqa, ona və ailəsinə vurulmuş mənəvi əzabların əvəzi olaraq 10000 (on min) manatın, ümumilikdə 12922 (on iki min doqquz yüz iyirmi iki) ABŞ dollarının qətnamənin qəbul edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 10666 (on min altı yüz altmış altı) manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, Şəki rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-002/2020 saylı qətnaməsi ilə, iş üzrə cavabdeh, Cavabdeh və "xxxx" QSC arasında, xx.xx.2014-cü il tarixində bağlanmış 15L000002912 saylı muqavilə üzrə, ipoteka ilə yuklu edilmiş, ona məxsus, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ünvanında 0,0035 ha torpaq sahəsi üzərində, 1 mərtəbəli, 1 girişli, ümumi sahəsi 31.1 kv molan qeyri-yaşayış sahəsinin (mağaza) itirilməməsi naminə, iddiaçı-banka ödədiyı 12922 (on iki min doqquz yüz iyirmi iki) ABŞ dollarının xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü ilə 12922 (on iki min doqquz yüz iyirmi iki) ABŞ dollarının indeksasiyası 28593.03 manatın, girovdan azad etmənin rüsumu olaraq 52 (əlli iki) manatın xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü ilə indeksasıya dəyəri 68.54 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu 10 (on) manatın, xidmət haqqı olaraq ödənilmiş 21 (iyirmi bir) manatın, eksperiza xərci olaraq hesablanmış 150 (bir yüz əlli) manatın, daha bir ekspertiza xərci olaraq hesablanmış 244 (iki yüz qırx dörd) manatın cəmi olan 425 manatın xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü ilə indeksasıya dəyəri 545.70 manatın, ona və ailəsinə vurulmuş mənəvi əzabların əvəzi olaraq 10000 (on min) manatın və iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 218 (iki yüz on səkkiz) manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qohumluq münasibətləri ilə ona yaxın olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar müəssisəsində məhkumluq həyatı yaşayan, Cavabdeh 2014-cü il may ayında ona yaxınlaşaraq, "xxxx" QSC ilə arasında “kredit xətti razılaşması” təklifinin olması və bu razılaşma ilə krediti almaq istədiyini, ancaq özünə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini, banka girov qismində təklif etməsinə baxmayaraq, bankın daha artıq girov tələb etməsini, lakin özünə məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 118,6 kv.m (əsas 84,1 kv.m, köməkçi sahə 34,5 kv.m) olan və “Milli yeməklər” adı ilə fəaliyyət göstərən qeyriyaşayış sahəsinin, onun adına verilmiş mülkiyyət hüququ verən şəhdətnaməsinin olmasına baxmayaraq, hələ də DƏDKR PHŞ-dən çıxarışının almaması səbəbindən, həmin əmlakın girov kimi qoyulmasının mümkünsüzlüyü və bankın tələbi üzrə, əlavə girov qoymazsa krediti götürə bilməməsi ilə əlaqədar, ona yardım etməsini xahiş etmiş, yardımın əsas mahiyyəti, bank tərəfindən, ondan tələb edilən girov əmlak olaraq, ona məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ünvanında, 0,0035 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 1 girişli, ümumi sahəsi 31,1 kv.m olan qeyri-yaşayış sahəsini (mağaza) müvəqqəti olaraq (3 ay müddətinə), yəni ki, cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən əsas 84,1 kv.m, köməkçi 34,5 kv.m, ümumi sahəsi 118,6 kv.m olan və “Milli yeməklər” adı ilə fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin mülkiyyət sənədlərinin rəsmiləşdirilməsi başa çatanadək, bankın tələb etdiyi əlavə girov kimi, onun alacağı kreditin müqabilində banka girov qoyulmasına razılıq verməsini istəmişdir. Müraciətində, Cavabdeh, ən uzağı 3 ay müddətində özünə məxsus olan, adı yuxarıda qeyd edilən ünvan 4 ünvanında yerləşən “Milli yeməklər” adı ilə fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin mülkiyyət sənədlərinin rəsmiləşdirilməsini başa çatdırmaqla, DƏDRKR PHŞ-dən həmin əmlakın çıxarışını alacağını və bundan sonra öz əmlakının çıxarışını banka təqdim etməklə, ona məxsus əmlakın girov qoyulmasına aid müqavilənin ləğv ediləcəyini bildirmiş və adı çəkilən özünə aid ünvan 4 ünvanında yerləşən “Milli yeməklər” adı ilə fəaliyyət göstərən qeyri-yaşayış sahəsinə aid hüquq müəyyənedici şəhadətnamənin əslini ona təqdim etmişdir. O, onunla razılaşmışdır. Bu razılaşma ancaq və ancaq, cavabdehin ona olan qohumluğu və onun ona inamı hesabına baş vermişdir. Yəni razılaşmada, onun sonra və ya indi, heç bir formada maddi, yaxud hər hansısa başqa xüsusiyyətli maraqları olmamışdır. Cavabdeh, "xxxx" QSC ilə arasında bağlanmış, qeyd edilən müqavilələr üzrə yaranmış borcunun geri qaytarılması üzrə "xxxx" QSC-nin, dəfələrlə Cavabdeh etdiyi xəbərdarlıq və bildirişlər üzrə, Cavabdeh tərəfindən heç bir qanunauyğun hərəkətin edilməməsi səbəbli, "xxxx" QSC məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və onun qaldırdığı iddia üzrə, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)- 002/2020 saylı qətnaməsi ilə, xx.xx.2014-cü il tarixində "xxxx" QSC ilə, hazırda Şəki Penitensiar müəssisəsində məhkum olan, Cavabdeh arasında bağlanmış, 15L000002912 saylı, 120 ay müddətli ******* (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmasına dair müqaviləsinə və həmin xəttlə ona, xx.xx.2014-cü ildə 15R000005570 saylı kredit razılaşması ilə 75000 (yetmiş beş min) ABŞ dolları, sonra isə, xx.xx.2015-ci il tarixində, 015R********** saylı razılaşma ilə, daha 30000 (otuz min) ABŞ dolları məbləğində kreditlərin verilməsinə görə, yaranmış borcun "xxxx" QSC-nə ödənilməsi üzrə iddiasının qismən təmin edilməsi, yəni Cavabdeh və İddiaçı müştərək olaraq "xxxx" QSC-nin xeyrinə 15R000005570 saylı kredit müqaviləsi ilə 34939.78 ABŞ dolları kredit borcu, 6578.88 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə olmaqla, cəmi 41818.66 ABŞ dolları məbləğində borc, 015R********** saylı kredit müqaviləsi ilə 23525.61 ABŞ dolları kredit borcu, 4718.19 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə olmaqla, cəmi 28443.8 ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 70262.46 ABŞ dolları borc (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumları və 42 manat xidmət haqqının tutulmas, Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən 0.003 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 78.3 kv.m yaşayış sahəsi, 90.6 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 116000 manat müəyyən edilməsilə yönəldilməsi və İddiaçı mülkiyyətində olan Şəki, M.Ə. Rəsulzadə prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 girişli, 31.1 kv.m ümumi, 31.1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına, ilkin satış qiyməti 25000 manat müəyyən edilməsilə yönəldilməsi; - hər iki daşınmaz əmlakın açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına, cavabdehlərin 70262.46 ABŞ dolları məbləğində borcunun, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün, ödənilmiş 10 manat rüsumun və 21 manat xidmət haqqının "xxxx" QSC-yə ödənilməsi, hərraclardan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh və İddiaçı ümumi qaydada tutulması, Cavabdeh "xxxx" QSC ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 15L000002912 saylı kredit müqaviləsinin müvafiq bəndinin «Bu müqavilə üzrə əsas borc və aylıq faizlər müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməlidir» kimi dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, 600 (altı yüz) manat qiymətləndirmə xərcinin Cavabdeh tutularaq «Kristal–MM Qiymətləndirmə»-nin hesabına ödənilməsi, 150 (bir yüz əlli) manat ekspertiza xərcinin İddiaçı tutularaq AzR Dövlət büdcəsinə - VÖEN **********, Hesab: AZ34CRTE********************, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi, 244 (iki yüz qırx dörd) manat ekspertiza xərci X1 tutularaq AzR Dövlət büdcəsi-nə - VÖEN **********, Hesab AZ34CRTE********************, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Qətnamə qəbul edildikdən sonra, tərəfindən "xxxx" QSC ilə danışıqlar aparılmış və bankın razılaşmasının nəzərə alınması ilə, xx.xx.2020-ci il tarixində "xxxx" QSC-nin, Mingəçevir şəhərindəki filialı ilə onun arasında; Cavabdeh "xxxx" QSC-ilə imzaladığı, 15L000002912 saylı, xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, xx.xx.2014cü il tarixdə bağladığı 15R000005570 saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixdə bağladığı 015R********** saylı kredit müqaviləsi üzrə, “zaminlik müqaviləsinə xitam verilməsinə dair” 15S000005316/x saylı Saziş imzalanmış və bu saziş, onun qeyd edilən müqavilələr əsasında, “İpotekaqoyan” şəxs kimi, ona məxsus, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 1 girişli, 31.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış (mağaza) binasının, bank qarşısında, qeyd edilən müqavilələrlə ipoteka ilə yüklülüyündən azad edilməsi üçün, xx.xx.2020-ci il tarixində, 12922 (on iki min doqquz yüz iyirmi iki) ABŞ dollarının iddiaçı-banka ödəməyindən sonra baş vermişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(075)-002/2020 saylı qətnaməsindən, iş üzrə iddaçı-bankın və cavabdeh İddiaçı apellyasiya şikayətləri üzrə, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)- 1760/2020 saylı qərardadı ilə iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, yəni iddiaçı "xxxx" QSC-nin nümayəndəsinin, iş üzrə cavabdeh İddiaçı və X5 münasibətdə həm kredit tələbi, həm də ipotekaya yönəldilməsinə dair iddiasından imtinasının qəbul edilməsi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC-nin cavabdehlər Cavabdeh, X10, X8, X7, İddiaçı və X9-na qarşı “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” - tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnnun “müqavilənin müvafiq bəndinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-2/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin İddiaçı və X5 münasibətdə həm kredit tələbi, həm də ipotekaya yönəldilmə ilə bağlı təmin olunmuş hissələrində ləğv edilməsi və həmin hissələrdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)- 1760/2020 saylı qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinin cavabdehə münasibətdə qismən təmin edilməsi, yəni Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-2/2020 saylı qətnaməsinin qismən, yəni “Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, F.X.Xoyski küçəsində 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 78,3 kv.m yaşayış, 90,6 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, X2, X6 və X4 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılmasının”- təmin edilməmiş hissələrində ləğv edilməsi, ləğv edilmiş hissələrə dair yeni qətnamə qəbul edilməklə iddia tələbinin həmin hissədə təmin edilməsi, yəni Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X15 küçəsində 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 78,3 kv.m yaşayış, 90,6 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra, Cavabdeh, X7, X10 və X8-nın həmin əmlakdan çıxarılmaqla, əmlakın boşaldılması, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-2/2020 saylı qətnaməsinin qismən, yəni iddia tələbinin İddiaçı və X5 münasibətdə həm kredit tələbi, həm də ipotekaya yönəldilmə ilə bağlı təmin olunmuş hissələrində ləğv edilməsi və həmin hissələrdə iş üzrə icraata xitam verilməsi hissəsinin nəzərə alınması qət edilmişdir. Məhkum edildiyi günə qədər, ünvan 5 ünvanında yaşamış, Cavabdeh ilə, baş ofisi Bakı-1065, Tblisi prospekti 3, məhəllə 1033 ünvanında yerləşən "xxxx" QSC arasında, xx.xx.2014-cü il tarixində bağlanmış 15L000002912 saylı müqavilə üzrə, "xxxx" QSC cavabdehə 120 ay müddətinə ******* (bir milyon) ABŞ dolları məbləğinə kredit xətti açmış, bu xətt əsasında ona, tərəflər arasında bağlanmış 15R000005570 saylı razılaşma əsasında, 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, xx.xx.2014-cü il tarixində 75000 (yetmiş beş min) ABŞ dolları, sonra isə yenə həmin xətt üzrə, 015R********** saylı razılaşma əsasında, 24 aylıq, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, xx.xx.2015-ci il tarixində, daha 30000 (otuz min) ABŞ dolları kredit verilmişdir. Beləliklə, bankla cavabdeh arasında xx.xx.2014-cü il tarixində, 15L000002912 sayı ilə bağlanmış olan kredit xətti müqaviləsində, ona məxsus, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ünvanında, 0,0035 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbə, 1 girişli, sahəsi 31,1 kv.m olan qeyri-yaşayış sahəsi, 15M000000644 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Sonradan aydın olmuşdur ki, tərəfindən 15M000000644 saylı ipoteka müqaviləsi imzalanarkən, sənədlər dəstinə qatışdırılması yolu ilə, təkcə kredit xətti müqaviləsi üzrə “ipotekaqoyan” kimi deyil və həm də, zaminlik müqaviləsinə də imza atmışdır. Cavabdeh ilə "xxxx" QSC arasında kredit xətti razılaşmasının bağlandığı xx.xx.2014-cü il tarixdən, mən bank qarşısında, cavabdehlə müştərək, nəinki özünə məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ünvanında yerləşən, qeyri-yaşayış sahəsi ilə “ipotekaqoyan” kimi, hətta bütöv müqavilə üzrə cavabdehin öz üzərinə götürdüyü bütün öhdəliklər üzrə də, tam cavabdehdir. Cavabdeh məhkumluğuna səbəb olmuş əsaslar və tətbiq edilmiş Azərbaycan Respublikası CM-nin uyğun maddəsi, əslində sosial anlamda onun kim olmasını sübut etmək tələbatı yaratmır və onun özünün də eyni dövrdə başqa banka kredit borcunun olması səbəbli, bankın onu zamin kimi qəbul edə biləcəyi də heç vaxt ağlına gələ də bilməzdi. Bundan başqa, Dövlət Notariat kontorunda atdığı imzalara uyğun, Dövlət Notariusu tərəfindən, MPM-nin tələblərinə uyğun izahatın verilməməsi və tələm-tələsik rəsmiləşdirmənin aparılması da, həmin vaxt onu təəccübləndirmişdi. Cavbdehin Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi xx.xx.2015-ci il tarixindən başlayaraq Bank tərəfindən ona ünvanlanmış xəbərdarlıqları aldıqdan sonra, müqavilələr üzrə özünə məxsus əmlakının ipoteka ilə yüklü edilməsindən əlavə, həm də bütöv müqavilə üzrə zamin rolunda çıxış etməyi məlum olmuşdur ki, bu haqda cavabdehlə, həmin dövrdə nə qədər əlaqə yaratmaq istəsə də, bu mümkün olmamışdır. O, daim dialoqdan qaçmaqla gizlənmiş və sonunda onun məhkumluğa çatdırılması ilə, artıq dialoqun mənasız olması ortaya çıxmışdır. Onun, Şəki rayon Məhkəməsində Cavabdeh qarşı “həmin günə, cavabdehin "xxxx" QSC-nə olan 62800 (altmış iki min səkkiz yüz) ABŞ dolları borcunun onun tərəfindən ödənilməsi və ödənilmədiyi halda, həmin borcun Cavabdeh məxsus, Şəki şəhəri,Calğalıbulaq küçəsində əsas sahəsi 84,1 kv.m, köməkçi sahəsi 34,5 kv.m,ümumi sahəsi 118,6 kv.m olan və “Milli yeməklər” adı altında fəaliyyət göstərən qeyri yaşayış sahəsinə yönəldilməsi”- tələbi ilə qaldırdığı iddia tələbi üzrə işin icraatında, onun vəsatəti ilə, iddianın təmin tədbiri üzrə:- “Cavabdeh məxsus, ünvan 3 ünvanında əsas sahəsi 84,1 kv.m, köməkçi sahəsi 34,5 kv.m, ümumi sahəsi 118,6 kv.m olan və “Milli yeməklər” adı ilə fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması tələbi qəbul edilmiş qərardadla təmin edilmiş və adı qeyd edilən əmlakın üzərinə həbs qoyulmuşdur. xx.xx.2016-cı il tarixdə, Şəki rayon Məhkəməsinin 2(075)-330/2016 saylı qətnaməsi ilə, qətnamənin qəbul edildiyi günə, onun, cavabdehin "xxxx" QSC-yə yaranmış borcuna görə faktiki olaraq heç bir maddi zərərçəkməməyini əsas gətirilməklə təmin edilməməsini qət etmiş, həmin işin icraatı üzrə Şəki rayon Məhkəməsinin iddianın təmin tədbiri üzrə “Cavabdeh məxsus, ünvan 4 ünvanında əsas sahəsi 84,1 kv.m, köməkçi sahəsi 34,5 kv.m, ümumi sahəsi 118,6 kv.m olan və “Milli yeməklər” adı ilə fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması” ilə əlaqədar qəbul etdiyi, xx.xx.2015-ci il tarixli, 2(075)-7245/2015 saylı qərardadını da ləğv etmişdir. Bu Qətnamədən verdiyim şikayət isə, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-902/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qeyd etmək yerinə düşərdi ki, Şəki Apellyasiya Məhkəməsi-nin 2(107)- 902/2016 saylı, xx.xx.2016-cı il tarixli Qətnamə-si qüvvəsini alan kimi, Cavabdeh məxsus, ünvan 4 ünvanında yerləşən əsas sahəsi 84,1 kv.m, köməkçi sahəsi 34,5 kv.m, ümumi sahəsi 118,6 kv.m olan və “Milli yeməklər” adı ilə fəaliyyət göstərən qeyri-yaşayış sahəsi satılmış və yaxud başqa sözlə, mülkiyyətçisini dəyişmişdir. Cavabdeh onu aldadaraq, zaminlik müqaviləsində imzasının olmasına müvəffəq olduqdan sonra, əsl məqsədinə nail olmuş, yəni, əvvəlcədən planlaşdırdığı kimi, götürdüyü kreditin özü tərəfindən qaytarılması haqqında daha düşünməmiş, yaxud bu addımı atmağı heç vaxt planlaşdırmamışdır. İş üzrə cavabdeh, Cavabdeh, bankla bağladığı müqavilələr üzrə, əldə etdiyi pul vəsaitinin heç olmasa müəyyən bir hissəsinin, onun hesabına qaytarılmasını təmin etmək üçün, qurduğu oyunun baş tutmasının, əsas səbəbi onun sadəlöhvlüyü və ona qohumluq əlaqələri ilə də, yaxın olan bu şəxsə, etibarı olmuşdur ki, bu günkü günə qədər, nə cavabdehin özü və yaxud hansısa ailə üzvünün, ona və ailəsinə, Cavabdeh tərəfindən vurulmuş zərərin müqabilində, barışığa gəlmək və yaxud hər hansısa vasitə ilə problemi həll etmək cəhdi baş verməmişdir. Cavabdehin əvəzinə iddiaçı-banka ödədikləri, hələ mənəvi hissəsini nəzərə almadan, bir-başa olaraq ona və ailəsinə vurulmuş maddi zərərdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 18 sentyabr 2020-ci il tarixli, 15S000005316/x nömrəli sazişdən görünür ki, "xxxx" QSC ilə İddiaçı arasında 09 iyun 2014-cü il tarixdə bağlanmış 15S000005316 saylı Zaminlik müqaviləsinə xitam verilmişdir. "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış 22 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, onun xx.xx.2014-cü il tarixli, 15R000005570 saylı kredit razılaşması və xx.xx.2015-ci il tarixli 15R********** saylı kredit razılaşması üzrə borclu Cavabdeh zamini kimi, həmçinin həmin kredit razılaşmaları üzrə borcun təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli, 15M000000645 saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyan şəxs kimi "xxxx" QSC qarşısında hər-hansı öhdəliyi yoxdur. "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış 23 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, o, Cavabdeh kredit öhdəliklərinə zamin durmuş və xx.xx.2020-ci il tarixdə zaminlikdən azad edilmişdir. Hal-hazırda "xxxx" QSC-də heç bir zaminlik öhdəliyi yoxdur. Şəki Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(075)-2/2020 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2014-cü il tarixində "xxxx" QSC ilə, hazırda Şəki Penitensiar müəssisəsində məhkum olan, Cavabdeh arasında bağlanmış, 15L000002912 saylı, 120 ay müddətli ******* (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmasına dair müqaviləsinə və həmin xəttlə ona, xx.xx.2014-cü ildə 15R000005570 saylı kredit razılaşması ilə 75000 (yetmiş beş min) ABŞ dolları, sonra isə, xx.xx.2015-ci il tarixində, 015R********** saylı razılaşma ilə, daha 30000 (otuz min) ABŞ dolları məbləğində kreditlərin verilməsinə görə, yaranmış borcun "xxxx" QSC-nə ödənilməsi üzrə iddiasının qismən təmin edilməsi, yəni Cavabdeh və İddiaçı müştərək olaraq "xxxx" QSC-nin xeyrinə 15R000005570 saylı kredit müqaviləsi ilə 34939.78 ABŞ dolları kredit borcu, 6578.88 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə olmaqla, cəmi 41818.66 ABŞ dolları məbləğində borc, 015R********** saylı kredit müqaviləsi ilə 23525.61 ABŞ dolları kredit borcu, 4718.19 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28443.8 ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 70262.46 ABŞ dolları borc (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumları və 42 manat xidmət haqqının tutulması, Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən 0.003 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 78.3 kv.m yaşayış sahəsi, 90.6 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 116000 manat müəyyən edilməsilə yönəldilməsi və İddiaçı mülkiyyətində olan Şəki, M.Ə. Rəsulzadə prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 girişli, 31.1 kv.m ümumi, 31.1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına, ilkin satış qiyməti 25000 manat müəyyən edilməsilə yönəldilməsi; hər iki daşınmaz əmlakın açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına, cavabdehlərin 70262.46 ABŞ dolları məbləğində borcunun, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün, ödənilmiş 10 manat rüsumun və 21 manat xidmət haqqının "xxxx" QSC-nə ödənilməsi, hərraclardan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh və İddiaçı ümumi qaydada tutulması, Cavabdeh "xxxx" QSC ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 15L000002912 saylı kredit müqaviləsinin müvafiq bəndinin «Bu müqavilə üzrə əsas borc və aylıq faizlər müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməlidir» kimi dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2 (107)-1760/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin cavabdehə münasibətdə qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(075)-2/2020 nömrəli qətnaməsinin qismən, yəni "Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X15 küçəsində 0,03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 78,3 kv.m yaşayış, 90,6 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, X2, X6 və X4 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılmasının" təmin edilməmiş hissələrində ləğv edilməsi, ləğv edilmiş hissələrə dair yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməsi, Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X15 küçəsində 0,03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 78,3 kv.m yaşayış, 90,6 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, X7, X10 və X8 həmin əmlakdan çıxarılmaqla əmlakın boşaldılması, Şəki Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(075)-2/2020 nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin İddiaçı (o cümlədən X5) münasibətdə həm kredit tələbi, həm də ipotekaya yönəldilmə ilə bağlı təmin olunmuş hissələrində ləğv edilməsi və həmin hissələrdə iş üzrə icraata xitam verilməsi hissəsinin nəzərə alınması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2 (107)-1760/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərardadından görünür ki, iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, yəni iddiaçı "xxxx" QSC-nin nümayəndəsinin, iş üzrə cavabdeh İddiaçı və X5 münasibətdə həm kredit tələbi, həm də ipotekaya yönəldilməsinə dair iddiasından imtinasının qəbul edilməsi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC-nin cavabdehlər Cavabdeh, X10, X8, X7, İddiaçı və X9-na qarşı “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” - tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnnun “müqavilənin müvafiq bəndinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-2/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin İddiaçı və X5 münasibətdə həm kredit tələbi, həm də ipotekaya yönəldilmə ilə bağlı təmin olunmuş hissələrində ləğv edilməsi və həmin hissələrdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış 19 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 15S000005316 saylı kredit xətti müqaviləsinə əsasən bağladığı xx.xx.2014-cü il tarixli, 15R000005570 saylı kredit razılaşması və xx.xx.2015-ci il tarixli 15R********** saylı kredit razılaşması üzrə "xxxx" QSC-nə olan borcunun 12922 ABŞ dolları hissəsi xx.xx.2020-ci il tarixdə onun tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2024-cü il tarixli, 9/9374 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü ilə 12922 (on iki min doqquz yüz iyirmi iki) ABŞ dollarının indeksasiyası 28.953,03 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü ilə 52,00 manatın indeksasiya dəyəri 68.54 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü ilə 425,00 manatın indeksasiya dəyəri isə 545,70 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 509.1-ci maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2-ci maddəsinə əsasən, əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1098.2-ci əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış tərəflərin izahatları və işin digər materialları ilə müəyyən olundu ki, "xxxx" QSC ilə Cavabdeh arasında 09 iyun 2014-cü il və 10 iyun 2014-cü il tarixlərdə kredit müqavilələri bağlanmış, həmçinin İddiaçı borc öhdəliklərinin təmini üçün "xxxx" ASC-nə İddiaçı məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ünvanında, 0,0035 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 1 girişli, ümumi sahəsi 31,1 kv.m olan qeyri-yaşayış sahəsini (mağaza) yüklü etmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə, iddiaçı ona məxsus, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 1 girişli, 31.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış (mağaza) binasının, bank qarşısında, qeyd edilən müqavilələrlə ipoteka ilə yüklülüyündən azad edilməsi üçün, xx.xx.2020-ci il tarixində "xxxx" ASC-nə 12922 (on iki min doqquz yüz iyirmi iki) ABŞ dolları ödəniş etmişdir. Bundan sonra "xxxx" ASC il İddiaçı arasında “zaminlik müqaviləsinə xitam verilməsinə dair” 15S000005316/x saylı Saziş imzalanmışdır. Odur ki, məhkəmə hesab edir ki, öhdəlik hüquq münasibətində İddiaçı borclunun əvəzinə öhdəliyi icra etdiyi həcmdə pul tələbini borclu (cavabdeh) Cavabdeh qarşı irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2024-cü il tarixli, 9/9374 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü ilə 12922 (on iki min doqquz yüz iyirmi iki) ABŞ dollarının indeksasiyası 28.953,03 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü ilə 52,00 manatın indeksasiya dəyəri 68.54 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü ilə 425,00 manatın indeksasiya dəyəri isə 545,70 manat təşkil edir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, 12 sentyabr 2023-cü il tarixədək olan inflyasiya səviyyəsi nəzərə alınmaqla 17 sentyabr 2020-ci il tarixdə verildiyi iddia edilən 12922 (on iki min doqquz yüz iyirmi iki) ABŞ dolları 12922 (on iki min doqquz yüz iyirmi iki) ABŞ dolları pulun, iddia ərizəsi il müraciət edildiyi günə, 12 sentyabr 2023-cü il tarixədək indeksasiyası 28.953,03 manat təşkil edir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bundan başqa iddiaçı cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 (on min) manat pul tələb etsə də məhkəmə iddia tələbini əsaslı hesab etmir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçının hüquqlarının pozulması nəticəsində müəyyən mənəvi sarsıntıya məruz qalması məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur. Buna görə də iddia həmin hissədə əsassız olduğundan, təmin olunmamalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh və "xxxx" QSC arasında, xx.xx.2014-cü il tarixində bağlanmış 15L000002912 saylı muqavilə üzrə, ipoteka ilə yuklu edilmiş, ona məxsus, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ünvanında 0,0035 ha torpaq sahəsi üzərində, 1 mərtəbəli, 1 girişli, ümumi sahəsi 31.1 kv molan qeyri-yaşayış sahəsinin (mağaza) itirilməməsi naminə, iddiaçı-banka ödədiyı 12922 (on iki min doqquz yüz iyirmi iki) ABŞ dollarının xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü ilə 12922 (on iki min doqquz yüz iyirmi iki) ABŞ dollarının indeksasiyası 28593,03 manat, girovdan azad etmənin rüsumu olaraq 52 (əlli iki) manatın xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü ilə indeksasıya dəyəri 68.54 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu 10 (on) manatın, xidmət haqqı olaraq ödənilmiş 21 (iyirmi bir) manatın, eksperiza xərci olaraq hesablanmış 150 (bir yüz əlli) manatın, daha bir ekspertiza xərci olaraq hesablanmış 244 (iki yüz qırx dörd) manatın cəmi olan 425 manatın xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü ilə indeksasıya dəyəri 545.70 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 178 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh və "xxxx" QSC arasında, xx.xx.2014-cü il tarixində bağlanmış 15L000002912 saylı muqavilə üzrə, ipoteka ilə yuklu edilmiş, ona məxsus, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ünvanında 0,0035 ha torpaq sahəsi üzərində, 1 mərtəbəli, 1 girişli, ümumi sahəsi 31.1 kv molan qeyri-yaşayış sahəsinin (mağaza) itirilməməsi naminə, iddiaçı-banka ödədiyı 12922 (on iki min doqquz yüz iyirmi iki) ABŞ dollarının xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü ilə 12922 (on iki min doqquz yüz iyirmi iki) ABŞ dollarının indeksasiyası 28593,03 manat, girovdan azad etmənin rüsumu olaraq 52 (əlli iki) manatın xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü ilə indeksasıya dəyəri 68.54 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu 10 (on) manatın, xidmət haqqı olaraq ödənilmiş 21 (iyirmi bir) manatın, eksperiza xərci olaraq hesablanmış 150 (bir yüz əlli) manatın, daha bir ekspertiza xərci olaraq hesablanmış 244 (iki yüz qırx dörd) manatın cəmi olan 425 manatın xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü ilə indeksasiya dəyəri 545.70 manat və ödənilmiş 178 (bir yüz yetmiş səkkiz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-155/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-155/2024
02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver