Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1552/2022 30.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı: «X2» Bakı Filialının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı «X2» Bakı Filialının Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «X2» Bakı Filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 2671,88 manat əsas borc və 205,76 manat faiz borcu olmaqla, cəmi 2877,64 manat məbləğində 30 iyun 2022-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 48,78 manat dövlət rüsumunun tutularaq «X2» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı «X2» Bakı Filialının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, «X2» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış «02» İyun 2020-ci il tarixli 243 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% olmaqla 24 ay müddətinə 3.500 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X2» Bakı filialı ilə Cavabdeh2 arasında 386 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 176,43 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 30 iyun 2022-ci il tarixə «Bank»a kredit borcu üzrə 4857.64 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2022-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 1980,00 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 29% ödəməlidir. 30 iyun 2022-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 2.877,64 manat təşkil edir. Bundan 2.671,88 manat əsas borc və 205,76 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh1 ilə bağlanmış 02 İyun 2020-ci il tarixli 243 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdəCavabdeh2 arasında 386 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə «Borcalan» zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Həmçinin göstərmişdir ki, həqiqətən də xx.xx.2022-ci il tarixdə məhkəməyə elektron ərizə ünvanlayaraq mülki işin baxışa təyin edilməsini xahiş etmişdir. İddia həcminin artırılması ilə bağlı məsələ məhkəmə baxış iclasında deyil ondan daha öncə yaranmışdır. Həmişə yalnız bir dəfə iddia həcminin atrtırılması ilə bağlı ərizə verirlər. Onda da məhkəmə iclası təxirə salır. İddia həcminin artırılmasına dair ərizənin icraata götürülməsi məsələsini məhkəmənin səlahiyyətinə buraxır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, həqiqətəndə «X2» Bakı filialı ilə onun arasında imzalanmış «02» İyun 2020-ci il tarixli 243 saylı kredit müqaviləsinə əsasən ona illik kreditdən istifadə haqqı 19% olmaqla 24 ay müddətinə 3.500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə onun yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bildirmişdir ki, Cavabdeh2 Şuşa şəhərində hərbi qulluqçu olduğu üçün məhkəməyə gələ bilməmişdir. Onun məhkəmə iclasından xəbəri olmuşdur. O, həmin kredit müqaviləsinə əsasən krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin maddi imkanı yaxşı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Hazırda məhkəmə qətnaməsi çıxarılmasına etiraz etmir. Tezliklə borcunu tam şəkildə ödəyəcəkdir. Qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan iddiaçı «X2» Bakı Filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 iyun 2020ci il tarixli, 243 nömrəli kredit müqaviləsinin tərcümə variantından görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 24 ay müddətinə, illik 19% olmaqla 3500 manat məbləğində kredit verilmişdir. İşdə olan 02 iyun 2020-ci il tarixli, 386 saylı zaminlik müqaviləsinin tərcümə variatından görünür ki, Zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. İşdə olan 30 iyun 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 ilə "X2” ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 30 iyun 2022-ci il tarixinə "X2” ASC-yə 2671,88 manat əsas və 205,76 manat faiz borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki Cavabdeh1 ilə "X2” ASC arasında bağlanmış 02 iyun 2020-ci il tarixli, 243 saylı “Kredit” müqaviləsinə əsasən bank cavabdehlərə 24 ay müddətinə, illik 19% olmaqla 3500 manat məbləğində kredit vermişdir. Həmçinin kredit müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehlərə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı «X2» ASC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də «X2» ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı «X2» ASC-nin xeyrinə 2671,88 manat əsas borc və 205,76 manat faiz borcu olmaqla, cəmi 2877,64 manat məbləğində borc və 48,78 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada iddiaçı «X2» ASC-nin xeyrinə 2671,88 manat əsas borc və 205,76 manat faiz borcu olmaqla, cəmi 2877,64 manat məbləğində borc və 48,78 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1552/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1552/2022
30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver