Məhkəmə qərarları › İş №e-2(075)-1552/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1552/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1552/2023 24.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə Cavabdeh3 iştirakı ilə, İddiaçı “Accessbank» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 və Cavabdeh5 qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 007R********** saylı krеdit razılaşması üzrə 1364.39 manat məbləğində krеdit bоrcu, 625.14 manat məbləğində faiz bоrcu və 1083.53 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3073.06 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50.73 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə 23 avqust 2023-cü il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, X2 oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2017-ci il tarixli 007L**********95 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100.000 (yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə X2 oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 007R********** saylı krеdit razılaşmasıəsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 (min beş yüz) manat məbləğində krеdit götürmüşdür. X2 oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. X2 oğlu götürdüyü krеdit bоrcundan 135.61 manat ödəmiş, onun 1364.39 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. X2 oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 796 gün üçün hesablanmış faiz borcu 625.14 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 796 gün üçün hеsablanmış cərimə 1083.53 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə X2 oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X2 oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. İş materiallarına əlavə edilmiş MAPS arayışından borclu X2 oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı aidiyyəti orqanlara sorğular verilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********17 saylı məktubuna əsasən, Şəki rayonu, Şorsu kəndində yerləşən 1.7300 ha torpaq sahəsi X2 oğlunun mülkiyyətindədir. Bununla bağlı, Şəki şəhər İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixində 2-076/2022 saylı sorğu verilmiş, Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şorsu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 21 saylı məktubuna əsasən məlum olmuşdur ki, mərhum X2 oğlunun mülkiyyətində olan Şəki rayonu, Şorsu kəndində yerləşən 1.7300 ha torpaq sahəsi hal-hazırda arvadı Cavabdeh2, oğlu Cavabdeh1, oğlu Cavabdeh3 tərəfindən istifadə olunur. Belə ki, faktiki vərəsələr- Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qeyd edilən torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən - Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 mərhum X2 oğlunun faktiki vərəsələri hesab edilir. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək bildirdi ki, mərhum atasından miras qalmış 1700 ha torpaq sahəsindən istifadə edirlər. Hal-hazırda işsizir. Qardaşı 3-cü qrup əlildir. Borc məbləğini birdəfəyə ödəməyə imkanı yoxdur. Borcunu ödəməkdən yayınmır, hər ay hissə-hissə ödəyəcəyini öhdəsinə götürür. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini və cərimənin silinməsini xahiş edir. İş materiallarında olan İddiaçı QSC ilə X2 oğlu arasında bağlanmış 07 iyun 2017-ci il tarixli, 007L**********95 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, X2 oğluna 120 ay müddətinə 100.000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə X2 oğlu arasında bağlanmış 02 dekabr 2019cu il tarixli, 007R********** saylı kredit razılaşmasından görünür ki, X2 oğluna 18 ay müddətinə, aylıq faiz dərəcəci 2.25 % olmaqla, 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 07 iyun 2017-ci il tarixli, 007S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh5 X2 oğlunun İddiaçı QSC qarşısındakı 07 iyun 2017-ci il tarixli, 007L**********95 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 07 iyun 2017-ci il tarixli, 007S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh4 X2 oğlunun İddiaçı QSC qarşısındakı 07 iyun 2017-ci il tarixli, 007L**********95 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qeyd olunan fiziki şəxsin adına əmlak olub-olmaması haqqında məlumat verilməsi haqqında 18 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, Şəki rayonu, Şorsu kəndində yerləşən 1.7300 ha torpaq sahəsi ümumi birgə əsaslarla X2 oğlunun adına qeydiyyata alınmışdır və hazırda adındadır. İş materiallarında olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şorsu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 12 aprel 2022-ci il tarixli, 21 nömrəli məktubundan görünür ki, Şəki rayonu, Şorsu kənd sakini mərhum X2 oğlunun adına olan 1.73 ha pay torpağı sahəsindən hazırda Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 adlı varisləri istifadə edirlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı QSC tərəfindən X2 oğlunun vərəsəsi Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən mərhum Cavabdeh1 vərəsəsinə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı QSC tərəfindən zamin Cavabdeh4 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh4 xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı QSC tərəfindən zamin Cavabdeh5 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh5 xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə mərhum X2 oğlu arasında qanunvericiliyə uyğun olaraq uzunmüddətli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən ona 120 ay müddətinə 100.000 ABŞ Dolları məbləğində kredit xətti açılmış və 02 dekabr 2019-cu il tarixli, 007R********** saylı kredit razılaşmasına əsasən X2 oğluna 18 ay müddətinə, aylıq faiz dərəcəci 2.25 % olmaqla, 1500 manat məbləğində kredit verilmişdir. 07 iyun 2017-ci il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh4 və Cavabdeh5 X2 oğlunun İddiaçı QSC qarşısındakı 07 iyun 2017-ci il tarixli, 007L**********95 saylı uzunmüddətli kredit müqaviləsi və onun ayrılmaz hissəsi olan kredit razılaşması üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. X3, Cavabdeh5 və Cavabdeh4 müqavilə ilə üzərinə götürdükləri öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşlar. X2 oğlunun bankın qarşısında ümumilikdə 3073.06 manat məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. Soltan Soltanov 04 mart 2020-ci il tarixdə ölmüşdür. X2 oğlu öldükdən sonra onun arvadı hazırki iş üzrə Cavabdeh2, oğlu-Cavabdeh1, oğlu- Cavabdeh3 onun varisləri kimi ondan miras qalmış Şəki rayonu, Şorsu kənd sakini mərhum X2 oğlunun adına olan 1.73 ha pay torpağı sahəsindən hazırda istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 1083.53 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 1364.69 (min üç yüz altmış dörd manat altmış doqquz qəpik) manat məbləğində əsas kredit borcu, 625.14 (altı yüz iyirmi beş manat on dörd qəpik) manat faiz, 40 (qırx) manat cərimə borcu olmaqla, cəmi 2029.83 (iki min iyirmi doqquz manat səksən üç qəpik) manat borc və ödənilmiş 50.73 (əlli manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «AccessBank” QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 1364.69 (min üç yüz altmış dörd manat altmış doqquz qəpik) manat məbləğində əsas kredit borcu, 625.14 (altı yüz iyirmi beş manat on dörd qəpik) manat faiz, 40 (qırx) manat cərimə borcu olmaqla, cəmi 2029.83 (iki min iyirmi doqquz manat səksən üç qəpik) manat borc və ödənilmiş 50.73 (əlli manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar