Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1558/2024 26.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı ASC-nin cavabdeh X2 qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BUMM4798617B299 saylı kredit müqaviləsinə əsasən 1996.37 AZN əsas, 304.52 AZN faiz, cəmi 2300.89 AZN məbləğində borcun, xx.xx.2023-cü il tarixli BBUM3892765B299 saylı kredit müqaviləsinə əsasən 1174.21 AZN əsas, 282.64 AZN faiz, cəmi 1456.85 AZN, ümumilikdə 3757.75 AZN borcun və ödənilmiş 57.58 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X3 arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BUMM4798617B299 saylı Kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 2000 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə cavabdeh X3 arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BBUM3892765B299 saylı Kredit müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 1100 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASCyə xx.xx.2023-cü il tarixli BUMM4798617B299 saylı kredit müqaviləsinə əsasən 1996.37 AZN əsas, 304.52 AZN faiz, cəmi 2300.89 AZN borcu, xx.xx.2023-cü il tarixli BBUM3892765B299 saylı kredit müqaviləsinə əsasən 1174.21 AZN əsas, 282.64 AZN faiz, cəmi 1456.85 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 27 faiz olmaqla 59 ay müddətinə müvafiq olaraq 2000 manat və xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 30 faiz olmaqla 59 ay müddətinə müvafiq olaraq 1100 manat məbləğində kredit verilməsi barədə razılıq əldə edilmişdir. İddiaçı öz öhdəliyini yerinə yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə xx.xx.2023-cü il tarixli BUMM4798617B299 saylı kredit müqaviləsinə əsasən 1996.37 manat əsas, 304.52 manat faiz, cəmi 2300.89 manat məbləğində borc, xx.xx.2023-cü il tarixli BBUM3892765B299 saylı kredit müqaviləsinə əsasən 1174.21 manat əsas, 282.64 manat faiz, cəmi 1456.85 manat borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 739.1, 739.2, 743.1, 746.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X1 xx.xx.2023-cü il tarixli BUMM4798617B299 saylı kredit müqaviləsinə əsasən 1996.37 manat əsas, 304.52 manat faiz, cəmi 2300.89 manat məbləğində borc, xx.xx.2023-cü il tarixli BBUM3892765B299 saylı kredit müqaviləsinə əsasən 1174.21 manat əsas, 282.64 manat faiz, cəmi 1456.85 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 57.58 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh X1 xx.xx.2023-cü il tarixli BUMM4798617B299 saylı kredit müqaviləsinə əsasən 1996.37 (bir min doqquz yüz doxsan altı manat, otuz yeddi qəpik) manat əsas, 304.52 (üç yüz dörd manat əlli iki qəpik) manat faiz, cəmi 2300.89 (iki min üç yüz manat, səksən doqquz qəpik) manat məbləğində borc, xx.xx.2023-cü il tarixli BBUM3892765B299 saylı kredit müqaviləsinə əsasən 1174.21 (min bir yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat əsas, 282.64 (iki yüz səksən iki manat altmış dörd qəpik) manat faiz, cəmi 1456.85 (min dörd yüz əlli altı manat səksən beş qəpik), ümumilikdə 3757.74 (üç min yeddi yüz əlli yeddi manat yetmiş dörd qəpik) manat pul, 57.58 (əlli yeddi manat əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1558/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1558/2024
26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver