Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1562/2022 23.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 226 manat 80 qəpik məbləğində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqı olmaqla, ümumilikdə 357 manat 20 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı MMC-nin (K@TV 1) nümayəndəsi Nümayəndə Şəki Rayon Məhkəməsinə elektron ərizə göndərərək mövcud mülki işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin (K@TV 1) nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. Göstərmişdir ki, DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh Şəki rayonu, Oxud Ərazi Dairəsi, Oxud kəndində qeydiyyatdadır. "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 1 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasında aprel 2014-cü il dekabr tarixdən dekabr 2015-ci il tarixədək 255 saylı mənzilin sahibi Cavabdeh olmuş və həmin mənzildə qeydiyyatsız yaşamışdır. Belə ki, İddiaçı MMC tərəfindən həmin ünvanda “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayımı ilə xx.xx.2011-ci il tarixdən təmin edilmişdir. Həmçinin, qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 2 ünvanda yerləşən 255 saylı mənzilin sahibi Cavabdeh ilə İddiaçı MMC arasında hər hər hansı müqavilə münasibətləri (kabel televiziyası və internet xidmətlərinin göstərilməsinə dair) mövcud olmamışdır. xx.xx.2014-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini faktı etiraf etmiş, lakin aktı imzalamaqdan imtina etmiş, bu barədə 0274 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 0274 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2013-cü il tarixdə baxış keçirilmişdir. Həmin ünvana xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixdə keçirilən nəzarət baxışı zaman cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktları aşkar edilmiş, bu barədə müvafiq olaraq 3825 N və 4852 N saylı aktlar tərtib edilmişdir. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana 0274 N saylı akt tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2013-cü il tarixdən sonuncu təkrar qanunsuz qoşulma faktının aşkar edildiyi xx.xx.2015-ci il tarixə qədər olan müddət 756 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 226 manat 80 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş və çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, o, Şəki rayonu Oxud kəndində qeydiyyatda olmaqla yaşayır. Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 1 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. Həmin mənzildə o, ümumiyyətlə yaşamamış, istifadə etməmişdir. Həmin mənzildə bəzən oğlu yaşamışdır. Lakin iddiaçının göstərdiyi 2014-cü il dekabr tarixdən - dekabr 2015-ci il tarixədək olan müddətdə həmin mənzildə heç kəs yaşamamışdır. Mənzili heç kimə kirayə verməmişlər. İddiaçının ona məxsus olan mənzildə heç kimin istifadə etmədiyi təqdirdə necə qanunsuz qoşulma müəyyən etməsini bilmir. Göstərmişdir ki, iddiaçının tərtib etdiyi AKT-lardan xəbəri yoxdur. O həmin aktı imzalamamışdır. Bu səbəbdən iddiaçının hazırki iddiasını qəbul etmir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 29 yanvar 2019-cu il tarixli, 02/27 saylı məktubundan görünür ki, "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasında aprel 2014-cü ildən dekabr 2015-ci il tarixədək 255 saylı mənzilin sahibi Cavabdeh olmuşdur və o, həmin mənzildə qeydiyyatsız olaraq yaşamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş «Ədalət- A» hüquq şirkəti tərəfindən verilmiş 4852 N saylı, 25 noyabr 2015-ci il tarixli İddiaçı MMCnin «KATV1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktdan görünür ki, «KATV1» kabel televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347/48-ci saylı evin 255 saylı mənzilinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Akt tərtib edilən zaman mənzilin qapısını açan olmamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş «Ədalət- A» hüquq şirkəti tərəfindən verilmiş 3825 N saylı, 25 iyun 2015-ci il tarixli İddiaçı MMC-nin «KATV1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktın təsdiq olunmuş surətindən görünür ki, «KATV1» kabel televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347/48-ci saylı evin 255 saylı mənzilinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Akt tərtib edilən zaman mənzilin qapısını açan olmamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş «Ədalət- A» hüquq şirkəti tərəfindən verilmiş 0274 N saylı, 05 aprel 2014-cü il tarixli İddiaçı MMCnin «KATV1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktın təsdiq olunmuş surətindən görünür ki, «KATV1» kabel televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347/48-ci saylı evin 255 saylı mənzilinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Akt tərtib edilən zaman mənzilin sahibi etiraf etmiş, ancaq akta qol çəkməmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 4 ünvanda yerləşən yaşayış binası KATV 1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə xx.xx.2011-ci il tarixdən təmin edilmişdir. Həmçinin qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi 2347/48 saylı evin, 255 saylı mənzilinin sahibi Cavabdeh ilə İddiaçı MMC arasında hər hansı müqavilə münaibətləri (kabel televiziyası və internet xidmətlərinin göstərilməsinə dair) olmamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, 0274 N saylı akt tərtib olunana qədər Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi 2347/48 ünvanda yerləşən yaşayış binasındakı 255 saylı mənzilə sonuncu dəfə xx.xx.2013-cü il tarixdə baxış keçirilmişdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 1 ünvanda yerləşən 255 saylı mənzildə İddiaçı MMC-nə məxsus olan kabel şəbəkəsinə qanunsuz qoşulma aşkar edilmiş, akt əsasında mənzilin sahibi olab Cavabdeh 226 manat 80 qəpik məbləğində vurulmuş zərər hesablamışdır. İddia ərizəsini və iddiaçı tərəfindən məhkəməyə təqdim edimiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı MMC qeyd edilən mənzilin Cavabdeh məxsus olmasını əsas gətirərək məhz Cavabdeh «KATV 1» kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində ona dəymiş zərərin ödənilməsini tələb etməsinə baxmayaraq Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 4 evin 255 saylı mənzilin Cavabdeh məxsus olmasını təsdiq edə biləcək hər hansı bir mülkiyyət sənədini, həmçinin Cavabdeh «KATV 1» kabel şəbəkəsinə qanunsuz qoşulmasını təsdiq edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş aktların heç birində isə həmin aktın cavabdeh və yaxud müvafiq mənzil istismar sahəsi əməkdaşı tərəfindən imzalanma halı müəyyən edilməmişdir. İddiaçı tərəfindən məhz Cavabdeh tərəfindən «KATV 1» kabel şəbəkəsinə qanunsuz qoşulması barədə sübutlar təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh də qeyd edilən halları təkzib etmiş və iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı MMC iddia ərizəsinə iddia tələbini sübuta yetirəcək və eləcə də Cavabdeh həmin iddia tələbinə aidiyyatını təsdiq edə biləcək hər hansı bir mötəbər dəlili əlavə etməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə məhkəmə, iddiaçı tərəfindən iddia tələbinin təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübutun məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçıya aid olması barədə mülki prosessual qanunvericiliyin tələblərini, həmçinin cavabdehin iddianı qəbul etməməsi barədə arqumentlərini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 226 manat 80 qəpik məbləğində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqı olmaqla, ümumilikdə 357 manat 20 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30,40 manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1562/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1562/2022
23.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver