Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1566/2024 30.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3878.34 (üç min səkkiz yüz yetmiş səkkiz manat otuz dört qəpik) manat əsas, 1210.56 (bir min iki yüz on manat əlli altı qəpik) manat faiz və 230.76 (iki yüz otuz manat yetmiş altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 5319.66 (beş min üç yüz on doqquz manat altmış altı qəpik) manat borcun və ödənilmiş 73.60 (yetmiş üç manat altmış qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" KB ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixinədək illik 29.50% ödəmək şərtilə 4900 manat məbləğində kredit xətti açmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində saylı ərizəni (aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X1 17.11-ci bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia üzrə borcunu inkar etmir, əvvəllər borcu davamlı olaraq ödəmiş lakin sonradan işdən çıxması səbəbi ilə ödəniş etməkdə çətinlik çəkmişdir. Odur ki, qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, "xxxx" KB ASC ilə oğlu arasında bağlanmış kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı Ümumi Oferta müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29.5% ödəmək şərtilə 4900 manat məbləğində kredit xətti açılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2022ci il tarixli ərizədən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerlşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış olmuş və onun bütün şərtləri ilə razı olduğunu bildirmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2024cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyətinə 3878.34 (üç min səkkiz yüz yetmiş səkkiz manat otuz dört qəpik) manat əsas, 1210.56 (bir min iki yüz on manat əlli altı qəpik) manat faiz və 230.76 (iki yüz otuz manat yetmiş altı qəpik) manat cərimə olmaqla, cəmi 5319.66 (beş min üç yüz on doqquz manat altmış altı qəpik) manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh banka olan bütün borc məbləğlərini 3 iş günü ərzində ödəməsi bildirilmişdir, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı "xxxx" KB ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 230.76 (iki yüz otuz manat yetmiş altı qəpik) manat manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" KB ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 3878.34 (üç min səkkiz yüz yetmiş səkkiz manat otuz dört qəpik) manat əsas, 1210.56 (bir min iki yüz on manat əlli altı qəpik) manat faiz və 100 (bir yüz) manat cərimə olmaqla, cəmi 5188,9 (beş min bir yüz səksən səkkiz manat doxsan qəpik) manat borc və ödənilmiş 73.60 (yetmiş üç manat altmış qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3878.34 (üç min səkkiz yüz yetmiş səkkiz manat otuz dört qəpik) manat əsas, 1210.56 (bir min iki yüz on manat əlli altı qəpik) manat faiz və 100 (bir yüz) manat cərimə olmaqla, cəmi 5188,9 (beş min bir yüz səksən səkkiz manat doxsan qəpik) manat borc və ödənilmiş 73.60 (yetmiş üç manat altmış qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1566/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1566/2024
30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver