Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1571/2022 05.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 326466-1- 31088 nömrəli “Yenidən Maliyyələşdirilən Kredit Müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixinə banka borclu olduğu 7626 manat məbləğində əsas borc, 711,37 manat məbləğində faiz borcu, 344,50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8681,87 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 107,22 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, o zaman iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarılmış vətəndaşın şəxsiyyət məlumatlarından da görünür ki, Cavabdeh qeydiyyat ünvanı Gədəbəy rayonu, Novoivanovka kəndi göstərilmişdir. Göründüyü kimi cavabdeh Abbasov X1 rayonu, Novoivanovka kəndində qeydiyyatdadır. Belə olduğu halda iddiaçı iddianı Şəki rayon məhkəməsinə deyil, cavabdehin rəsmi qeydə alındığı yerin müvafiq məhkəməsinə verməlidir. Belə ki, cavabdehin rəsmi olaraq qeydiyyata alındığı yer mövcuddur. Buna görə də məhkəmə iddiaçıya hazırkı iddia tələbi ilə bağlı Şəki rayon məhkəməsinə deyil, cavabdehin qeydiyyat ünvanı üzrə müvafiq rayon məhkəməsinə müraciət etməsini tövsiyyə edir. Ona görə də iddia ərizəsi Cavabdeh qeydiyyat ünvanı üzrə müvafiq rayon məhkəməsinə göndərilmək əvəzinə aidiyyət qaydaları pozularaq Şəki rayon məhkəməsinə göndərildiyindən Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələri rəhbər tutularaq geri qaytarılmalı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 107,22 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı Bank VTB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 107,22 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1571/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1571/2022
05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver