Məhkəmə qərarları › İş №e-2(075)-1572/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1572/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1572/2024 01.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Ramazan oğlunun vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iddiaçı"xxxx" ASC-nin xeyrinə 14 aprel 2021-ci il tarixli, 0329/K №-li kredit müqaviləsi üzrə ödənilməmiş 4061.7 manat məbləğində kredit borcunun, ödənilmiş 60.62 (altmış manat altmış iki qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 0329/K №-li kredit müqavilələrinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 4500 manat məbləğində nəğd kredit verilmişdir. X1 Ramazan oğlu 26 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 11 oktyabr 2023cü il tarixli, 3999 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, X2 Ramazan oğlunun adına vərəsəlik işiaçılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş 25 mart 2024-cü il tarixli maliyyə arayışına əsasən, Maxsudov Sahib Ramazan oğlununvəfat etdiyi tarixə Banka ödənilməmiş 4061.7 manat əsas, 0 manat faiz olmaqla, cəmi 4061.7 (dörd min altmış bir manat yetmiş qəpik) manat borcu qalmışdır. Cavabdehlər X2 Ramazan oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, maddi imkanının aşağı olması səbəbindən borcu ödəyə bilmir. Övladı xəstə olduğundan onun müalicəsi üçün xərcləri olur. Məhkəmədən yaranmış borcun hissə-hissə ödənilməsinə köməklik göstərməsini xahiş etmişdir. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Maxsudov Sahib Ramazan oğlu arasında bağlanmış 0329/K nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 4500 manat məbləğində kredit verilmişdir məbləğində nağd kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş cədvəlindən görünür ki, Maxsudov Sahib Ramazan oğlu götürdüyü 4500 (dörd min beş yüz) manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 36 ay müddətinə qaytarmalı olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, Maxsudov Sahib Ramazan oğlunun xx.xx.2021-ci il tarixli, 0329/K №-li kredit müqaviləsi üzrə ödənilməmiş 4061.7 manat məbləğində kredit borcu olmuşdur. Şəki Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maxsudov Sahib Ramazan oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 Ramazan oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 20 oktyabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3999 nömrəli məktubundan görünür ki, Maxsudov Sahib Ramazan oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3dır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin tərəfindən verilmiş 2V-485 nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəliki hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Maxsudov Sahib Ramazan oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 miras əmlakdan hər biri 1/4 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 05/01-985 nömrəli məktubuna əsasən X2 Ramazan oğlunun ölümü ilə əlaqədar "xxxx" ASC tərəfindən ödənilməli olan 5000 (beş min) manat siğorta ödənişindən ibarətdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Küngüt kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 139 nömrəli vərəsəlik arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Maxsudov Sahib Ramazan oğlunun Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 adlı varisləri qalmışdır. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Küngüt kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 184 nömrəli vərəsəlik arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Maxsudov Sahib Ramazan oğlunun dəfnini Cavabdeh1 təşkil etmişdir. Cavabdeh1 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********498 nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, mərhum əri Maxsudov Sahib Ramazan oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Odur ki, mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh1 Cavabdeh2 əvəzinə Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********305 nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, mərhum atası Maxsudov Sahib Ramazan oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Odur ki, mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh1 Cavabdeh3 əvəzinə Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********304 nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, mərhum atası Maxsudov Sahib Ramazan oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Odur ki, mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh1 Cavabdeh4 əvəzinə Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********306 nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, mərhum atası Maxsudov Sahib Ramazan oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Odur ki, mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Xalq Siğorta ASC-nin X3 Xidmət Mərkəzində Notariat Ofisinə göndərdiyi məktubundan görünür ki, X2 Ramazan oğlunun ölümü ilə əlaqədar 5000 (beş min) manat məbləğində siğorta ödənişi hesablanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X2 Ramazan oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 4500 manat məbləğində nağd kredit verilmişdir. Lakin, Maxsudov Sahib Ramazan oğlu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Maxsudov Sahib Ramazan oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Maxsudov Sahib Ramazan oğlu öldükdən sonra onun vərəsələri Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı – "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 05/01-985 nömrəli məktubuna əsasən X2 Ramazan oğlunun ölümü ilə əlaqədar "xxxx" ASC tərəfindən ödənilməli olan 5000 (beş min) manat siğorta ödənişini vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh X2 Ramazan oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı - Xalq Sığorta” ASC-nin xx.xx.2022ci il tarixli 05/01-985 nömrəli məktubuna əsasən X2 Ramazan oğlunun ölümü ilə əlaqədar "xxxx" ASC tərəfindən ödənilməli olan 5000 (beş min) manat siğorta ödənişini miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı X2 Ramazan oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Maxsudov Sahib Ramazan oğlunun "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli, 0329/K №-li kredit müqaviləsi üzrə borcu onun mirasını qəbul etmiş vərəsələrindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsələrə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə miras qoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iddiaçı bankla X2 Ramazan oğlu arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Maxsudov Sahib Ramazan oğlu isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. X2 Ramazan oğlu vəfat etdiyindən və onun vəfatından sonra miras qalmış əmlaka cavabdehlərin miras payları müəyyən olunduğundan yuxarıda qeyd edilən mülki qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, sözügedən borc cavabdehlərdən hər birinin miras paylarına mütənasib olaraq onlardan tutulmalı və iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, X2 Ramazan oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 4061.7 manat məbləğində kredit borcunun, ödənilmiş 60.62 (altmış manat altmış iki qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Odur ki, ümumilikdə xx.xx.2021-ci il tarixli, 0329/K №-li kredit müqaviləsi üzrə ödənilməmiş 4061.7 manat məbləğində kredit borcunun, ödənilmiş 60.62 (altmış manat altmış iki qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli, 0329/K №-li kredit müqaviləsi üzrə ödənilməmiş 4061.7 manat məbləğində kredit borcu, ödənilmiş 60.62 (altmış manat altmış iki qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar