Məhkəmə qərarları › İş №e-2(075)-1588/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1588/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1588/2022 12.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, (Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh) iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat əsas borc məbləği və ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu olmaqla cəmi 3051 (üç min əlli bir) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 2700 (iki min yeddi yüz) manat əsas borc məbləği və ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahat verərək göstərmişdir ki, Şahid onun yaxın rəfiqəsi Nazilənin oğludur. Tanışı Şahid Hərbi hissələrdən birinin qərargah rəisidir. Cavabdeh isə həmin hərbi hissədə hərbi qulluqçudur. Bildirmişdir ki, 08 oktyabr 2021-ci il tarixdə Şahid onun tanışı olan Cavabdeh anasının xəstə olduğunu, onu həkimə aparmaq lazım olduğunu bildirmiş və Cavabdeh 3000 manat borc pul lazım olduğunu demişdir. O da etiraz etməyərək İlkinlə razılaşmış və bildirmişdir ki, Şahin maaş kartını ona versin, o da hər ay verdiyi borc pulunu kartdan hissə-hissə çəkəcəkdir. Göstərmişdir ki, o, 3000 manat pulun hamısını Şahid vermişdir. Şahid ondan aldığı 3000 manat pulu apararaq Cavabdeh vermişdir. Şahid pulu Cavabdeh verən zaman mobil telefonla ona zəng vurmuş, o, mobil telefonla Şahinlə danışmışdır. Cavabdeh onunla telefonda danışarkən 3000 manat pulu ondan alması və 2 ay müddətinə ona qaytarması barədə qəbz yazmışdır. Həmin qəbzi Şahin yazaraq Şahid vermişdir. Sonradan İlkin qeyd edilən qəbzi ona vermişdir. Həmin qəbzdə şahin aydın şəkildə ondan 3000 manat pul alması barədə qeyd edərək 3000 manat almasını etiraf etmişdir. Bildirmişdir ki, X2 aldığı 3000 manat pulu ona 2 ay müddətinə qaytarmağa söz versə də, bu vaxta kimi qaytarmamışdır. O, dəfələrlə cavabdehə zəng vurmuş, pulu qaytarmasını tələb etmişdir. Lakin hər dəfə Cavabdeh ona yalan vədlər verərək ona olan 3000 manat borcunu bu günə kimi qaytarmamışdır. Özünün maddi imkanı aşağıdır. Səhhətində problemlər var. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh məhkəmə hazırlıq iclaslarında iddianı qəbul etməsə də iclasdan sonra iddianı qəbul etmiş və ona 300 manat ödəniş etmişdir. Bu səbəbdən də məhkəməyə iddia tələbin azaldılması barədə ərizə təqdim etmişdir. Buna görə də 2700 manat pulu və 51 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, o, Mingəçevir şəhəri, Aran qəsəbəsində yerləşən N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçən qulluqçudur. Onların qərargah rəisi Şahiddur. Bildirmişdir ki, onun həyat yoldaşında xərçəng xəstəliyi aşkar edildiyi üçün pula ehtiyyacı olmuşdur. Bu səbəbdən onun xidmət etdiyi N saylı hərbi hissənin qərargah rəisi Şahid borc pul istəmişdir. Şahid ona borc pul tapacağını bildirmişdir. Bildirmişdir ki, belə olmuş Şahid ona 560 manat məbləğində borc pul vermişdir. O da həmin pulu almışdır. Lakin o pulu alarkən İddiaçı 3000 manat almasına dair öz xətti ilə qəbz yazaraq İlkinə vermişdir. O qəbzi məcbur qalaraq yazmışdır. Həmin qəbzi o yazmışdır. Göstərmişdir ki, o, İddiaçı hər hansı məbləğdə pul almamışdır. O, sadəcə Şahid 560 manat məbləğində pul almışdır. X3 nə qədər pul alması barədə məlumatı yoxdur. Bildirmişdir ki, borc pulun qarşılığında maaş kartını İlkinə vermişdir. İlkin də onun kartından pul çıxarmışdır. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, o, Mingəçevir şəhəri, Aran qəsəbəsində yerləşən N saylı hərbi hissədə qərargah rəisidir. İddiaçı onun anasının yaxın rəfiqəsidir. Cavabdeh isə onun N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçudur. Bildirmişdir ki, Cavabdeh ona həyat yoldaşının xərçəng xəstəsi olmasını bildirmiş və borc pul lazım olduğunu demişdir. Onun özündə o qədər pul olmadığı üçün anasının rəfiqəsi İddiaçı zəng edərək pul lazım olduğunu bildirmişdir. İddiaçı də etiraz etməyərək onunla razılaşmışdır. Bundan sonra o, İddiaçı hərbi hissənin qarşısına gəlmiş və ondan 3000 manat məbləğdə pul almışdır. Belə ki, hərbi qulluqçuların hərbi hissənin ərazisini tərk etmək icazəsi olmadığından pulu özü alara Şahinə vermişdir. Həmin pulu Adilə ona vermişdir, Cavabdeh verməmişdir. O, İddiaçı aldığı 3000 manat pulu Hərbi hissədə Cavabdeh vermişdir. Bildirmişdir ki, Şahin Hərbi hissədə onun otağında 3000 manat pulu alması və 2 ay müddətə İddiaçı qaytarması barədə qəbz yazmışdır. O, Cavabdeh 560 manat yox 3000 manat məbləğində pul vermişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 dekabr 2021-ci il tarixli qəbzdən görünür ki, Şəki rayonu Çeşməli kəndndə yaşayan, hal-hazırda aran qəsəbəsində yerləşən N saylı Hərbi hissədə xidmət edən Cavabdeh pula ehtiyacı olduğu üçün ünvan 1 ünvanında yaşayan İddiaçı 3000 manat borc pul almışdır. Götürdüyü 3000 manat borc pulu 2 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh qeyd edilən qəbzi öz xətti ilə yazmasını etiraf etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Ağcabədi rayon İHB-nin Ağcabədi şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, 05 aprel 2022ci il tarixli, 1081 nömrəli arayışdan görünür ki, Əliyeva X1 şəhəri, Heydər Əliyev prospektində yerləşən 145 saylı evdə yaşayır. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, Cavabdeh pula ehtiyacı olduğu üçün xidmət etdiyi hərbi hissənin qərargah rəisi Şahid borc pul istəmiş, Şahid isə özündə olmadığı üçün tanışı olan İddiaçı 3000 manat pulu alaraq Cavabdeh vermişdir. Cavabdeh aldığı 3000 manat borc pulu 2 ay müddətinə iddiaçıya qaytarması barədə qəbz yazsa da, borcunu qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında Şahid 3000 manat deyil, 560 manat məbləğində borc pul aldığını bildirmişdir. Lakin bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də məhkəmə onun tərəfindən iddiaçıya 3000 manat pulun alınması və 2 ay müddətinə iddiaçıya qaytarılması barədə yazmış olduğu qəbzi mötəbər sübut kimi qəbul etmişdir. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, sonradan cavabdeh 3000 manat borcundan ona 300 manat ödəmiş və 2700 manat borc pulu hələ də ödənilməmiş qalmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Buna görə də onlar arasındakı münasibətlərə pul müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (pul verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (pul alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (pul alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, pul müqaviləsi yazılı formada bağlanmalıdır. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh cəmi 2700 (iki min yeddi yüz) manat pul və 51 (əlli bir) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh cəmi 2700 (iki min yeddi yüz) manat pul və 51 (əlli bir) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar