Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1600/2025 06.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi ilə, İddiaçı “Kapital Bank» ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “Kapital Bank» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Kapital Bank» ASC-nin xeyrinə 19005.28 AZN əsas; 1005.72 AZN faiz borcu olmaqla, cəmi 20011.00 AZN məbləğində vəsaitin və ödənilmiş 150.03 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı “Kapital Bank» ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin “Kapital Bank» ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə göndərərək, bütün məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı “Kapital Bank» ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK8840824B118 saylı kredit müqaviləsinə əsasən ona 78 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 19594.16 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, kassa məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığı bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 19005.28 AZN əsas; 1005.72 AZN faiz borcu olmaqla, cəmi 20011.00 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir . Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəllənin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli, RGTK8840824B118 saylı kredit müqaviləsindən görünür ki, əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 78 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 19594.16 AZN məbləğində kredit verilmişdir. 12 may 2025-ci il tarixli 15/01052 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 12 may 2025-ci il tarixə “Kapital Bank» ASC-yə xx.xx.2024-cü il tarixli, RGTK8840824B118 saylı kredit müqaviləsi üzrə 19005.28 AZN əsas; 1005.72 AZN faiz borcu olmaqla, cəmi 20011.00 AZN borcu vardır. Ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 19594.16 AZN krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 78 ay müddətinə qaytarmalı olmuşdur. xx.xx.2024–cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 19594.16 AZN pulu İddiaçı ASC-dən qəbzə imza edərək təhvil almışdır Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK8840824B118 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 78 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 19594.16 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxıb bu sübutlara tətbiq edilməli hüquq normalarını tətbiq edib qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı “Kapital Bank» ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə ilə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə uzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də “Kapital Bank» ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Məcəllənin 423, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək, 19005.28 AZN əsas; 1005.72 AZN faiz borcu olmaqla, cəmi 20011.00 AZN və ödənilmiş 150.03 AZN dövlət rüsumu Cavabdeh tutularaq “Kapital Bank» ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosesual Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosesual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK8840824B118 saylı kredit müqaviləsinə əsasən 19005.28 AZN əsas; 1005.72 AZN faiz borcu olmaqla, cəmi 20011.00 AZN məbləğində pul vəsaiti və ödənilmiş 150.03 AZN dövlət rüsumu Cavabdeh tutularaq “Kapital Bank» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-1600/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1600/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver