Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1605/2022 23.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclularla BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-SK-0047378-F saylı Kredit, Birgə Borcluluq və SK-00021865, SK- 00022581 saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada ödənilməmiş 1615,51 (bir min altı yüz on beş manat 51 qəpik) manat məbləğində əsas məbləğ üzrə borc, 273,40 (iki yüz yetmiş üç manat 40 qəpik) manat faiz borcu, 73,70 (yetmiş üç manat 70 qəpik) manat cərimə borcu və 123,86 (bir yüz iyirmi üç manat 86 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 2086.47 (iki min səksən altı manat 47 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT “İnkişaf üçün Maliyyə “ MMC-nə verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin Şəki filialına müraciət edərək ailə üzvlərindən ibarət birgə borclular qrupu yaratmaq istəklərini bildirmişlər və onlarla təşkilat arasında xx.xx.2019-cu il tarixili, L-SK-0047378-F nömrəli X4 bağlanmışdır. Daha sonra X3 əsasən birgə borcluların vəkil edilmiş nümayəndəsi X1 ilə xx.xx.2019-cu il tarixili L-SK-0047378-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Ev təmiri” məqsədilə birgə borclulara 24 ay müddətinə, aylıq 2.42%, illik 29 % olmaqla 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh3 və Cavabdeh1 ilə müvafiq olaraq SK-00021865, SK-00022581 saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 2384,49 (iki min üç yüz səksən dörd manat 49 qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1202,62 (bir min iki yüz iki manat 62 qəpik) manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 55,10 (əlli beş manat 10 qəpik) manat olmaqla cəmi 3642,21 (üç min altı yüz qırx iki manat 21 qəpik) manat məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdeh4 təşkilata ödənilməmiş 1.615,51 (bir min altı yüz on beş manat 51 qəpik) manat əsas, 273,40 (iki yüz yetmiş üç manat 40 qəpik) manat faiz və 73,70 (yetmiş üç manat 70 qəpik) manat cərimə borcu vardır. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-SK-0047378-F saylı Kredit Müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər(əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 123,86 (bir yüz iyirmi üç manat 86 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 470.1, 472.1 və 472.3-cu maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 19 iyul 2019-cu il tarixli, L-SK-0047378-F saylı Kredit, Birge Borcluluq və SK- 00021865, SK-00022581 saylı Zaminlik müqavilələri üzrə 1615.51 manat əsas borc, 273.40 manat faiz, 73.70 manat cərimə borcu olmaqla, cəmi 1962.61 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq BOKT "xxxx" MMC-yə ödənilməlidir. Lakin məhkəmə iddianın “əldən çıxmış faydanın əvəzi olaraq 123.86 manatın tutulması” hissəsinə münasibət bildirərək hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan dövrdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri əsaslandırmamış və əldən çıxmış fayda barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19 iyul 2019-cu il tarixli, L-SK-0047378-F saylı Kredit, Birge Borcluluq və SK- 00021865, SK-00022581 saylı Zaminlik müqavilələri üzrə 1615.51 manat əsas borc, 273.40 manat faiz, 73.70 manat cərimə borcu olmaqla, cəmi 1962.61 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq BOKT "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1605/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1605/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver