Məhkəmə qərarları › İş №e-2(075)-1612/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1612/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1612/2024 13.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC -nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 164,19 (bir yüz altmış dörd ABŞ dolları 19 sent) ABŞ dolları əsas, 52,83 (əlli iki ABŞ dolları 83 sent) ABŞ dolları faiz, 817,85 (səkkiz yüz on yeddi ABŞ dolları 85 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21,04 (iyirmi bir ABŞ dolları 04 sent) ABŞ dolları faiz borcu, cəmi 1055,91 (bir min əlli beş ABŞ dolları 91 sent) ABŞ dolları və iş üzrə ödənilmiş 37,96 (otuz yeddi manat 96 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə Cavabdeh arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaiti məqsədi ilə 12 (on iki) ay müddətinə illik 31 (otuz bir) faiz dərəcəsi ilə 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaiti” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində verdiyi kreditin qalıq məbləği 1349,32 (bir min üç yüz qırx doqquz ABŞ dolları 32 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2016-cı il tarixədək təyin edilir. Daha sonra ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə 13 iyun 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 1780,03 (bir min yeddi yüz səksən ABŞ dolları 03 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 976,62 (doqquz yüz yetmiş altı ABŞ dolları 62 sent) ABŞ dolları əsas borc, 514,68 (beş yüz on dörd ABŞ dolları 68 sent) ABŞ dolları faiz borcu və 289 (iki yüz səksən doqquz) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır və illik 8 (səkkiz) faiz ödənilir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 1055,91 (bir min əlli beş ABŞ dolları, 91 sent) ABŞ dolları təşkil edir. Bundan 164,19 (bir yüz altmış dörd ABŞ dolları, 19 sent) ABŞ dolları əsas, 52,83 (əlli iki ABŞ dolları, 83 sent) ABŞ dolları faiz, 817,85 (səkkiz yüz on yeddi ABŞ dolları, 85 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 21,04 (iyirmi bir ABŞ dolları, 04 sent) ABŞ dolları faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********414 saylı xx.xx.2024-cü il bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadansadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 12 ay müddətinə illik 31 % dərəcəsi ilə 1500 ABŞ Dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh götürdüyü 1500 ABŞ Dolları məbləğində krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarına əlavə edilmiş 07 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 30 aprel 2024-cü il tarixinə 164,19 ABŞ dolları əsas, 52,83 ABŞ dolları faiz, 817,85 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 21,04 ABŞ dolları faiz borcu, cəmi 1055,91 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli ********* saylı №-li 2 saylı Əlavə şərtləri əsas götürülməklə Cavabdehnun xx.xx.2023-ci il tarixədək (maliyyə arayışında göstərilən tarix) banka olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 164,19 ABŞ dolları əsas borc, 52,83 ABŞ dolları faiz borcu, 21,04 ABŞ dolları üzrə (5%-lə) müəyyən olunur. Məhkəmə iddia tələbinin cavabdehdən 817,85 ABŞ dolları cərimə borcunun tutulması hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, iddiaçı Ləğv prosesində olan “DəmirBank'' ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 817,85 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 20 ABŞ Dolları məbləğdə cərimə borcunun tutulması məqsədəmüvafiqdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 739.1, 739.2, 743.1, 746.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 164,19 ABŞ dolları əsas, 52,83 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 21,04 ABŞ dolları faiz borcu, cəmi 258,06 ABŞ Dolları tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 164,19 (yüz altmış ABŞ dolları on doqquz sent) ABŞ dolları əsas, 52,83 (əlli iki ABŞ dolları səksən üç sent) ABŞ dolları faiz, 20 (iyirmi) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 21,04 (iyirmi bir ABŞ dolları dörd sent) ABŞ dolları faiz borcu, cəmi 258,06 (iki yüz əlli səkkiz ABŞ dolları altı sent) ABŞ Dolları və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar