Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1618/2022 02.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan 01 noyabr 2007-ci il təvəllüdlü X6 və 01 iyul 2013-cü il təvəllüdlü X7 adlı iki uşaqlarının yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(107)-1929/2020 saylı qətnaməsi əsasında tutulan hər ay, hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin artırılaraq hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksın altı) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, 20 fevral 2006-cı il tarixdə Şəki Şəhər İHB-nın Oxud kənd İcra Nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 01 noyabr 2007-ci il təvəllüdlü X6 və 01 iyul 2013-cü il təvəllüdlü X7 adlı iki uşaqları anadan olmuşdur. Onlar ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində olsalar da, sonralar aralarındakı münasibətləri pozulmuşdur. Bu səbəbdən nikahın pozulması, uşaq və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli 2(075)-2156/2018 nömrəli qətnaməsi ilə onula Cavabdeh arasında 20 fevral 2006-cı il tarixdə bağlanmış 07 nömrəli nikahın pozulması, birgə nikahdan olan uşaqları X6 və X4 onun himayəsində saxlanılmaları, həmin uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli əqtnaməsi ilə təyin edilmiş aliment məbləği uşaqların maddi təminatını tam təmin etmədiyi üçün aliment məbləğinin artırılması tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə müracitə etmişdir. Şəki Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(075)-1075/2020 saylı qətnməsi ilə birgə nikahlarından olan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 220 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(107)-1929/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(075)-1075/2020 saylı qətnaməsi dəyişdirilmiş, birgə nikahlarından olan uşaqlarının yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Göstərmişdir ki, hazırda uşaqları X6 və X7 onun himayəsindədirlər. Hal-hazırda heç bir yerdə işləmir. Uşaqların saxlanması üçün aldığı aliment pulu uşaqların zəruri ehtiyaclarının ödənilməsinə kifayət etmir. Onları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdeh ona hər ay 260 (iki yüz altmış) manat məbləğində aliment ödəyir. Bu cüzi aliment pulu uşaqlarının ərzaq, geyim və digər xərclərini ödəmir. Aldığı alimentlə uşaqlarını saxlamağı mümkün deyildir. Maddi cəhətdən çox çətinlik çəkir. Cavabdeh maddi imkanı yaxşı olsa da, ona alimentdən başqa heç bir maddi yardım etmir. O, heç bir yerdə işləmir. Cavabdeh isə Şəki Rayon Mərkəzi Xəstəxanasında işləməklə aylıq əmək haqqı alır. Bundan başqa fəhləlik etməklə də qazanc əldə edir. Uşaqlarının böyüməsi və uşaqların saxlanılması üçün zəruri olan malların qiymətlərinin artması ilə bağlı aylıq xərcləri də artmışdır. Bildirmişdir ki, məhkəməyə müraciət etməmişdən qabaq “alimentin artırılması” tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Lakin 13 iyun 2022-ci il və 21 iyun 2022-ci il tarixlərdə keçirilmiş mediasiya sessiyalarında aralarındakı mübahisənin həlli mümkün olmamışdır. Bununla bağlı 21 iyun 2022-ci il tarixli arayış verilmişdir. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hər uşaq üçün 150 manat aliment müəyyən edilməsinə də etiraz etmir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkili) Vəkil da İddiaçı ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, o, İddiaçı ilə 20 fevral 2006-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 01 noyabr 2007-ci il təvəllüdlü X6 və 01 iyul 2013-cü il təvəllüdlü X7 adlı iki övladları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və ayrımışlar. Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Kərimova (Hümmətova) Suqra Yadigar qızı ilə onun arasında 20 fevral 2006-cı il tarixdə bağlanmış 07 nömrəli nikahın pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları - 01 noyabr 2007-ci il təvəllüdlü X6 və 01 iyul 2013-cü il təvəllüdlü X4 anaları Kərimova (Hümmətova) Suqra Yadigar qızının himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutularaq Kərimova (Hümmətova) Suqra Yadigar qızına verilməsi qət edilmişdir. Bildirmişdir ki, sonaradan İddiaçı aliment məbləğinin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən 01 noyabr 2007-ci il təvəllüdlü X6 və 01 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər bir uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 220 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən 01 noyabr 2007-ci il təvəllüdlü X6 və 01 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan tutulan aliment məbləği artırılaraq hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat məbləğdə müəyyən edilmişdir. Bildirmişdir ki, İddiaçı ona qarşı məhkəməyə müraciət edərək birgə nikahlarından anadan olmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksın altı) manat sabit pul məbləğində alimetin tutulması xahiş etmişdir. İddiaçının hazırki iddia tələbini qəbul etmir və əsassız hesab edir. Göstərmişdir ki, o, hal-hazırda Şəki rayon Mərkəzi Xəstəxanasında işləyir və 415 manat əmək haqqı alır. Bundan başqa gəlir yeri yoxdur. Hal-hazırda xəstəlikdən əzab çəkir. Belində yırtıq var rahat hərəkət edə bilmir. Ayağından da sudurğa tutduğu üçün işləyə bilmir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 iyun 2022-ci il tarixli, 2022-MŞİH-18301 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı 13 iyun 2022ci il tarixində, 16:00-18:00 saatlarında və 21 iyun 2022-ci il tarixində, 14:00-15:00 saatlarında keçirilən ilkin mediasiya sessiyalarında iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 noyabr 2007-ci il tarixli, AZ-İİ 029017 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 01 noyabr 2007-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası X1r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 iyul 2013-cü il tarixli, AZ-İİİ 143406 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 01 iyul 2013-cü il təvəllüdlü X4 atası Cavabdeh, anası X1r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 noyabr 2018-ci il tarixli AZ-İ 303864 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydləri kitabında 183 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli, 2(075)- 2156/2018 nömrəli qətnaməsindən görünür ki, Kərimova (Hümmətova) Suqra Yadigar qızı ilə Cavabdeh arasında 20 fevral 2006-cı il tarixdə bağlanmış 07 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 01 noyabr 2007-ci il təvəllüdlü X6 və 01 iyul 2013-cü il təvəllüdlü X4 anaları Kərimova (Hümmətova) Suqra Yadigar qızının himayəsində saxlanılması, 01 noyabr 2007-ci il təvəllüdlü X6 və 01 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutularaq Kərimova (Hümmətova) Suqra Yadigar qızına verilməsi, alimentin tutulmasının əvvəlinin 25 aprel 2018-ci il tarixdən hesablanması və alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(075)-1075/2020 nömrəli qətnaməsindən görünür ki, 01 noyabr 2007-ci il təvəllüdlü X6 və 01 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 220 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(107)- 1929/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tаrixli, 2(075)-1075/2020 saylı qətnaməsinin dəyişdirilməsi, 01 noyabr 2007-ci il təvəllüdlü X6 və 01 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İşdə olan məhkəmə elektron sistemindən 02 sentyabr 2022-ci il tarixdə çıxarılmış son məlumatlardan görünür ki, Cavabdeh Şəki Rayon Mərkəzi Xəsatəxanada bağban işləməklə aylıq 415 manat məbləğində əmək haqqı alır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(107)-1929/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə alimentlə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 01 noyabr 2007-ci il təvəllüdlü X6 və 01 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan sabit məbləğdə alimentin miqdarı qismən artırılmalıdır. Lakin məhkəmə alimentin miqdarını müəyyən edərkən cavabdehin X3 bağban işləməklə 415 manat əmək haqqı almasını, cavabdehin səhhətində müəyyən problemlər olmasını, həmçinin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini diqqətə almışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 01 noyabr 2007-ci il təvəllüdlü X6 və 01 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(107)-1929/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. MPM-nin 119-cu maddəsində isə işə baxılması ilə əlaqədar məhkəmə məsrəflərinə daxil olan hallar dəqiq olaraq göstərilmişdir. Lakin həmin maddədə mediasiya prosesinə çəkilən xərclər məhkəmə xərclərinə aid edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 01 noyabr 2007-ci il təvəllüdlü X6 və 01 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(107)-1929/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1618/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1618/2022
02.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver