Məhkəmə qərarları › İş №e-2(075)-1634/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1634/2024

08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1634/2024 08.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu X1 600 manat məbləğində əsas borc, 60 manat məbləğində cərimə borcu olmaqla, cəmi 660 manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, bütün məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı uzun müddətdir ki, “Home Gallery” mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fərdi sahibkar kimi Azərbaycan Respublikası Qanunları və nizamnamə əsasında fəaliyyət göstərərək, məişət avadanlıqlarının nağd və kreditlə satışı ilə məşğul olur. Şəxslərə hər hansı avadanlıq kreditlə satıldığı zaman onlarla mağaza arasında kredit-satış müqaviləsi bağlanır. Bundan sonra avadanlıq alıcıya təqdim edilir. Kredit-satış müqaviləsinin 7-ci bəndinə əsasən, alıcı daşıdığı öhdəlikləri yerinə yetirmədiyi təqdirdə satıcının iddiası əsasında məhkəmə qarşısında məsuliyyətə cəlb oluna bilər. Borclu Cavabdeh ilə “Home Gallery” mağazası arasında bağlanmış 12 aprel 2023-cü il tarixli kredit-satış müqaviləsinə əsasən mağazadan borclu Cavabdeh dəyəri 1100 manat olan “Acer” markalı 1 ədəd noutbuk verilmişdir. Borclu qeyd edilən malın dəyərindən 100 manat məbləğində ilkin ödəniş etmişdir. Bundan sonra ödəniş cədvəlinə əsasən o, mağazaya 10 ay müddətində, hər ay 100 manat məbləğində ödəniş etməli idi. Lakin borclu Cavabdeh kredit-satış müqaviləsi üzrə cəmi 500 manat məbləğində ödəniş etdikdən sonra qalan borcunu ödəməmiş və öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Hazırda borclu Cavabdeh “Home Gallery” mağazasına kredit-satış müqaviləsi üzrə 600 manat məbləğində borcu qalmışdır. Borcluya dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq o, üzərinə düşən öhdəliyi icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bunun nəticəsində mağazaya borclu tərəfindən maddi zərər dəymişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə borcluya pretenziya məktubu göndərilmiş və qeyd edilən müddət ərzində borcu ödəməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh borcunu yenə də ödəməmişdir. Ona görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, həmin notbuku aldıqdan sonra ustaya aparmış, usta ona komputerin proqramları dəstəkləmədiyini bildirmişdir. Noutbuku qaytarmaq istədikdə isə ona mümkün olmadığını bildirmişlər. Məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit-satış müqavilədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh dəyəri 1100 manat olan 1 ədəd “Acer” markalı noutbuk satılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı 12 aprel 2023-cü il tarixli kredit-satış müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 600 manat əsas, 60 manat cərimə borcu olmaqla, ümumilikdə 660 manat borcu vardır. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh İddiaçı tərəfindən pulu qaytarmayacağı təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi və cavabdehin izahatı əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit-satış müqaviləsinə əsasən cavabdeh “Acer” markalı noutbuk almış və nəticədə 1100 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1100 manat olan Acer noutbuk üçün ümumilikdə 660 (altı yüz altmış) manat olmaqla, ondan 600 manat əsas, 60 manat cərimə pulu borcu yaranmışdır. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə malın verilməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. İddiaçı cavabdehə qarşı hazırkı iddia tələbinin 60 (altmış) manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı tərəfindən Cavabdeh mal verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı qalıq qalmış borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2023-cü il tarixli kredit-satış müqaviləsi üzrə Acer Notebook üçün 600 (altı yüz) manat əsas, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə 605 (altı yüz beş) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit-satış müqaviləsi üzrə Acer Notebook üçün 600 (altı yüz) manat əsas, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə 605 (altı yüz beş) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar