Məhkəmə qərarları › İş №e-2(075)-1638/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1638/2022

02.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1638/2022 02.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcu və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, SKLMB-08435 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 982,36 (doqquz yüz səksən iki manat otuz altı qəpik) manat əsas borc, 85,02 (səksən beş manat iki qəpik) manat faiz borcu, 90,76 (doxsan manat yetmiş altı qəpik) manat dəbbə borcu olmaqla, cəmi 1158,14 (bir min yüz əlli səkkiz manat on dörd qəpik) manat məbləğində borcun və 32 (otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələblərin xx.xx.2022-ci il tarixli, SKLMB-08435 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SKLMB-08435 saylı saxlanc girov müqaviləsi üzrə girov qoyulmuş aşağıda adları çəkilən qızıl-zinət əşyalarına yönəldilməsi - 1 ədəd Yoluçka sep – çəkisi –18,8 qr., əyarı – 500; - 1 ədəd Yoluçka bilərzin– çəkisi – 9,8 qr., əyarı – 375; Cəmi çəkisi: 28,6 qr, həmin qızıl-zinət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsait xx.xx.2022-ci il tarixli, SKLMB-08435 saylı kredit müqaviləsi üzrə cəmi 1158,14 (bir min yüz əlli səkkiz manat on dörd qəpik) manat borcun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 08 iyul 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, 11 avqust 2022-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxış iclası bu günə, yəni 02 sentyabr 2022-ci il tarixə, saat 10:10-a təyin edilmişdir. 25 avqust 2022-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qayada ərizə göndərərək, borcun ödənilməsinə borclu ilə razılaşma əldə etdikləri üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirməmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə elektron qaydada ərizə göndərmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı ASC-nə izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 32,40 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-nə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcu və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 32,40 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-nə qaytarılsın. İddiaçı ASC-nə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar