Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1638/2025 31.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borc 7.917,03 (yeddi min doqquz yüz on yeddi ABŞ dolları 03 sent) ABŞ dolları - bundan 3.242,87 (üç min iki yüz qırx iki ABŞ dolları 87 sent) ABŞ dolları əsas, 1.278,32 (bir min iki yüz yetmiş səkkiz ABŞ dolları 32 sent) ABŞ dolları faiz, 2.922,89 (iki min doqquz yüz iyirmi iki ABŞ dolları 89 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 472,95 (dörd yüz yetmiş iki ABŞ dolları 95 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 130,38 (bir yüz otuz Manat 38 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə Cavabdeh2 arasında bağlanmış 596-14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 28 % dərəcəsi ilə 8.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında ZM-596-14 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6.168,23 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 7.917,03 (yeddi min doqquz yüz on yeddi ABŞ dolları 03 sent) ABŞ dolları təşkil edir. Bundan 3.242,87 (üç min iki yüz qırx iki ABŞ dolları 87 sent) ABŞ dolları əsas, 1.278,32 (bir min iki yüz yetmiş səkkiz ABŞ dolları 32 sent) ABŞ dolları faiz, 2.922,89 (iki min doqquz yüz iyirmi iki ABŞ dolları 89 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 472,95 (dörd yüz yetmiş iki ABŞ dolları 95 sent) ABŞ dolları faiz borcu təşkil edir. İşdə iştirak edən şəxslərin mövqeyi: İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və işə onların iştirakı olmadan baxılaraq iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, həmkəndlisi Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 596-14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 28 % dərəcəsi ilə 8.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı olaraq onunla və Cavabdeh3 ilə Bank arasında ZM-596-14 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən 596-14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borc məbləği restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmiş, lakin zaminlərin restrukturizasiya barədə əlavə sazişdən xəbəri, məlumatı olmamışdır. Əsas borclu Cavabdeh2 tərəfindən qrafik üzrə bir neçə ay ödənişlər edilsə də, sonradan tələbkar bank bağlanmış və borclu ödənişləri dayandırmışdır. Nəticədə əsas borcu və onun üzərinə illərlə hesablanmış faiz və cərimə borcu qalmışdır. Sonuncu ödənişdən uzun illər sonra tələbkar bank borc məbləğinin onlardan da tutulması üçün iddia ərizəsi vermişdir. Hesab edirlər ki, zaminlərə qarşı olan iddia tələbi müddətin ötürülməsi ilə verilmişdir. Belə ki, kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Kredit müqaviləsi üzrə iddia müddəti 3 il nəzərədə tutulmuşdur. Zaminlik müqaviləsi üzrə isə 1 il nəzərədə tutulmuşdur. iddiaçı tərəf zaminlərə qarşı tələb hüququnu 2 ildən çox ötürmüşdür. Odur ki, Dəmirbank ASC ilə aralarında bağlanmış Zaminlik müqaviləsinə xitam verilməsini və ona qarşı iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh3 da Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat verərək, Dəmirbank ASC ilə aralarında bağlanmış Zaminlik müqaviləsinə xitam verilməsini və ona qarşı iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 596-14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 28 % dərəcəsi ilə 8.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən 596-14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borc məbləği restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya müqaviləsindən sonra cavabdeh tərəfindən bir neçə ay ödəniş edilsədə, sonrada ödənişlər dayandırmışdır. Ödənişlərin dayandırlmasından uzun illər sonra iddiaçı tərəf hal-hazır ki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf sözü gedən kredit müqaviləsi üzrə borc məbləğinin tələbinə dair iddia müddətini keçirmişdir. Belə ki, tərəflər arasındakı bağlanmış kredit müqaviləsi xx.xx.2014-cü il tarixində bağlanmış və qüvvədə olma müddəti 24 ay nəzərdə tutulmuşdur. Kredit götürüldükdən bir müddət sonra ölkəmizdə devalvasiya baş vermişdir. Nəticədə əsas borclu Cavabdeh2 kredit üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Bundan sonra bank restrukturizasiya müqaviləsi təklif etmişdir. xx.xx.2017-ci ildə tərəflər arasında saziş imzalanmışdır. Həmin sazişdən qrafik üzrə ödənişlərin bir neçə ayı əsas borclu Cavabdeh2 tərəfindən ödənilsə də sonradan tələbkar bank bağlanmış və borclu ödənişlərini ödəməmişdir. Nəticədə 2018-ci ildən bu günə kimi ödəniş edilməmişdir. Əlavə sazişlə müəyyən edilmiş ödəniş qrafikinin son müddətindən 2 il 11 ay 28 gün sonra bank tərəfindən məhkəməyə müraciət edilmişdir. İş üzrə hesabdan çıxarışdan göründüyü kimi, borlu tərəf 2018-ci ildən bu günə kimi ödəniş etməmiş və müqavilə üzrə öhdəliklərini pozmuşdur. Bank hüquqların pozulduğunu artıq 2018-ci ildən bilmişdir. Buna görə də bank müqavilə üzrə öhdəliklərin pozulduğu andan etibarən üç il ərzində məhkəməyə müraciət etməli olduğu halda altı il sonra məhkəməyə müraciət etməklə müddəti ötürmüşdür. Buna görə də o, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373, 375 maddələrinin tələblərini nəzərə alaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı qaldırılmış iddia tələbi üzrə iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 da etibarnamə üzrə nümayəndəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbi üzrə iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş: - İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 596-14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, kreditor borcalana 24 ay müddətinə illik 28 % dərəcəsi ilə 8.000 ABŞ dolları kredit vermişdir. - Həmin müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 56 faiz dərəcəsi ilə aylıq 4,67 faiz dərəcəsi ilə hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış ZM-596-14 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin zaminlik müqaviləsi əsasında 596-14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Ləğv Prosesində olan İddiaçı ASC qarşısında Cavabdeh2 ilə birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Həmin müqavilənin 5.1.4-cü maddəsində zaminliyin öhdəliyin icrası müddəti çatdıqdan sonra 1 il ərzində qüvvədə olması göstərilmişdir. İddiaçı ASC-nin ödəniş qrafikindən görünür ki, Cavabdeh2 götürdüyü 8.000 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə illik 28 % ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2025-ci il tarixinə 3.242,87 (üç min iki yüz qırx iki ABŞ dolları 87 sent) ABŞ dolları əsas, 1.278,32 (bir min iki yüz yetmiş səkkiz ABŞ dolları 32 sent) ABŞ dolları faiz, 2.922,89 (iki min doqquz yüz iyirmi iki ABŞ dolları 89 sent) ABŞ dolları cərimə borcu hesablanmışdır. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məktub göndərilərək əsas, faiz və cərimə borcunun qaytarılması tələb edilmişdir. - Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə göndərilən xx.xx.2025-ci il tarixli ərizədə görünür ki, cavabdehin nümayəndəsi hazırkı iddia üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. - Cavabdeh1 tərəfindən məhkəməyə göndərilən xx.xx.2025-ci il tarixli ərizədə görünür ki, cavabdeh hazırkı iddia üzrə zaminlik müqaviləsində göstərilmiş müddət qurtardığından zaminliyə xitam verilməsini və iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. - Cavabdeh3 tərəfindən məhkəməyə göndərilən xx.xx.2025-ci il tarixli ərizədə görünür ki, cavabdeh hazırkı iddia üzrə zaminlik müqaviləsində göstərilmiş müddət qurtardığından zaminliyə xitam verilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. - Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6.168,23 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etdiyi qeyd edilmişdir. - xx.xx.2025-ci il tarixli **********04 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 130,38 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 373-ci maddəsinin 2-ci bəndinə əsasən Müqavilə tələbləri üzrə, eyni zamanda 3-cü bəndinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. 377.1-ci maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 596-14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, kreditor borcalana 24 ay müddətinə illik 28 % dərəcəsi ilə 8.000 ABŞ dolları kredit vermişdir. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış ZM-596-14 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin zaminlik müqaviləsi əsasında 596-14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında Cavabdeh2 ilə birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Göründüyü kimi iddiaçı həm əsas borcludan, həm də zaminlərdən borcun ödənilməsini tələb etmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə yaranmış borc məbləğlərini tələb etməsində müddəti ötürmüşdür. İşin hallarından göründüyü kimi, qeyd edilən hala münasibətdə müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 596-14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin qüvvədə olma müddəti 24 ay nəzərdə tutulmuşdur. Kredit götürüldükdən bir müddət sonra İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə restrusturizasiya müqaviləsi imzalanmışdır. Həmin sazişdən qrafik üzrə ödənişlərin bir neçə ayı əsas borclu Cavabdeh2 tərəfindən ödənilsə də daha sonra iddiaçı DəmirBank” ASC bağlandığından müqavilə üzrə ödənişlər həyata keçirilməmişdir. İş materiallarına əlavə edilmiş bank çıxarışlarından göründüyü kimi, cavabdeh tərəf sonuncu ödənişini xx.xx.2017-ci ildə etmişdir. Ondan sonra borclular tərəfindən ödəniş edilməsi çıxarışda görünmür. Borclu tərəfin sonuncu ödənişinin xx.xx.2017-ci tarixində olması işin mübahisəsiz tərəfidir. Ondan sonra ödəniş edilmədiyi üçün iddiaçı tərəf hüquqlarının pozulduğunu bilmişdir. Bu müddət ərizəndə cavabdeh tərəfə dəfələrlə borcun ödənilməsi üçün xəbərdarlıqlar göndərmiş və məhkəməyə isə 2025-ci ilin may ayında müraciət edilmişdir. İddiaçı hüquqların pozulduğunu artıq 2017-ci ilin noyabr ayından bilirdi. Buna görə də müqavilə üzrə öhdəliklərin pozulduğu andan etibarən üç il ərzində məhkəməyə müraciət etməliydi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyindən göründüyü kimi müqavilə tərəfi öhdəliklərini yerinə yetirməməklə artıq müqaviləyə xitam vermiş sayılır. Müqaviləyə xitam verilmişdirsə artıq xitam verildiyi tarixdən üç illik müddətin axımı başlayır. Yəni 2017-ci ilin noyabr ayından iddia müddətinin axımı başlayıb. Buna görə də iddiaçı iddia müddətini 2020-ci ildə bitmişdir. İddiaçı isə hazırki iddia ərizəsini ondan da ən azı beş il ötürməklə vermişdir. Bundan başqa iş materiallarında olan 68248294 saylı, 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlə Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə Cavabdeh2 arasında bağlanmış 596-14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyini restrukturizasiya edilmiş və ödəniş müddətinin sonu xx.xx.2022-ci ilə kimi uzadılmışdır. Həmin sazişin tələblərinə əsasən borc məbləği 6168,23 ABŞ Dolları təşkil edilmiş və borclu tərəfindən qrafik üzrə ödənişlər 1 USD = 1,4 AZN məzənnə olmaqla güzəştlə ödənilməsi nəzərədə tutulmuşdur (Sazişin 1.1-ci bəndi). Həmin sazişin 1.6-cı bəndində nəzərdə tutulmuşdur ki, borclu tərəf öhdəliklərinin icrası zamanı növbəti 12 ay ərzində gecikmə günlərinin saylı 30 gündən artıq olduqda kreditor öz təşəbbüsü ilə bu Əlavə sazişə birtərəfli qaydada xitam verə bilər. Müqaviləyə birtərəfli qaydada xitam verildiyi halda güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər bankın ödəniş tarixinə qüvvədə olan məzənnəsi ilə yenidən hesablayır. İddiaçı tərəf bu gün iddia tələbində ümumi borc məbləğini ödəniş gününə olan məzənnə ilə hesablanaraq ödənilməsini tələb edir. Belə çıxır ki, iddiaçı tərəf 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişin şərtləri üzə 1 USD =1,4 AZN məzənnə olmaqla deyil, hal-hazıra olan 1 USD=1,7 AZN məzənnə ilə ödəniş tələbi irəli sürməklə 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişin şərtlərini birtərəfli qaydada xitam verdikləri bəyan edir. Belə olan halda əsas müqavilə olan, 596-14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin son günü xx.xx.2016-cı ildə bitmişdir. Borclu tərəfin sonuncu ödənişlərindən götürməklə 3 illik iddia müddətinin sonu 2020-ci ilin noyabr ayında bitmişdir. İddiaçı isə həmin müddətdən təxminən 5 il sonra, 2025-ci ilin may ayında tələb irəli sürməklə iddia müddətini ötürmüşdür. Bundan əlavə, hazırkı zaminlik müqaviləsi üzrə zaminin öhdəliyinin icra müddəti 12 ay, yəni, xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir (Zaminlik müqaviləsinin 5.1.4-cü bəndi). Qeyd edilənlərdən müəyyən edilir ki, zaminliklə bağlı öhdəliyin çatma müddəti xx.xx.2016-cı il tarixidir. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndində “Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və təmin etdiyi öhdəlik yerinə yetirələnə qədər qüvvədədir. Qanunvericilik zaminlik müqaviləsinin qüvvədə olduğu 1 ildən sonra müəyyən edilən 5.1.4-cü bəndində (öhdəlik icra edilənədək qüvvədə olur) müddəasına aydınlıq gətirərək (hallardan asılı olaraq 1 il və ya 2 il) müəyyən edilir. Odur ki, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbi qanunvericiliyin tələblərinə əsasən qeyd edilən öhdəliyin icrası müddətində qaldırıla bilərdi, bu müəyyən edilmədikdə öhdəliyin icrası müddətinin çadığı vaxtdan 1 il müddətində yəni, xx.xx.2017-ci il tarixədək iddia qaldırıla bilərdi. Lakin iddiaçı zaminlərə qarşı 9 il 1 ay sonra yəni 20 may 2025-ci il tarixdə iddia qaldırmışdır. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. MM-in 477.0.4-cü maddəsində müəyyən edilən müddətlər (bir illik, hətta iki illik müddət) iddiaçı tərəfindən ötürülmüşdür. Bundan əlavə, tərəflərin zaminlik müqaviləsinin 5.1.4-cü bəndində müəyyən etdiyi qeyri-müəyyən müddət zaminə münasibətdə qanunvericilikdə müəyyən edilən hüquqların məhdudlaşdırılması ilə nəticələnir (MM-in 477.0.4-cü maddəsi). Öhdəlik uzun müddət icra edilməyə bilər. Hətta qanunvericilik kredit müqaviləsi üzrə əsas borclu ilə münasibətdə də müəyyən müddətlərin (öhdəliyin icra vaxtı çatdığı vaxtda 3 illik iddia müddəti) tətbiq edilməsi hallarını istisna etmir. Lakin zaminliyə qarşı 477.0.4-cü maddəsinin normalarının tətbiq edilməməsi və zaminin üzərində öhdəliyin saxlanmasını qeyri-müəyyən müddətdən asılı edilməsi qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Bu səbəbdən MM-in 477.0.4cü maddəsi ilə müəyyən edilən müddət iddia müddəti deyil, bu normanın tətbiqi üçün tərəfin ərizəsi tələb edilmir və həmin müddətin tətbiqi məhkəmənin özü tərəfindən həyata keçirilir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı borcun tutulması tələbi barədə iddiası rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş 130,38 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-1638/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1638/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver