Məhkəmə qərarları › İş №e-2(075)-1639/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1639/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1639/2022 18.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, SKLMB-08303 saylı kredit müqaviləsi üzrə 1678,25 manat (min altı yüz yetmiş səkkiz manat 25 qəpik) kredit borcu, 156,64 manat (yüz əlli altı manat, 64 qəpik) faiz borcu, 288,47 manat (iki yüz səksən səkkiz manat 47 qəpik) dəbbə borcu olmaqla, cəmi 2123,36 manat (iki min yüz iyirmi üç manat 36 qəpik) borcun və 42 (qırx iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələblərin xx.xx.2022-ci il tarixli, SKLMB-08303 saylı saxlanc girov müqaviləsinə əsasən girov qoyulmuş - 1 ədəd Setka üzük – çəkisi – 3,7 qr., əyarı – 583; - 1 ədəd qırmızı qaş üzük– çəkisi – 3,5 qr., əyarı – 583; - 1 cüt uşaq sırğası– çəkisi – 1,3 qr., əyarı – 583; - 1 ədəd tək qaş üzük – çəkisi – 2,6 qr, əyarı – 583; - 1 ədəd kişi üzüyü – çəkisi – 2 qr., əyarı – 585; - 1 ədəd bilərzik – çəkisi – 2 qr., əyarı – 585; - 1 ədəd qaşsız üzük – çəkisi – 2,2 qr., əyarı – 585; - 2 ədəd qaşlı üzük – çəkisi – 4,3 qr., əyarı - 585 - 1 ədəd komplekt – çəkisi – 5,4 qr., əyarı – 583; - 1 ədəd qadın üzüyü – çəkisi – 4,5 qr., əyarı – 750; cəmi çəkisi: 31,5 qr olan qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsait xx.xx.2022-ci il tarixli, SKLMB-08303 saylı kredit müqaviləsi üzrə cəmi 2123,36 (iki min yüz iyirmi üç manat otuz altı qəpik) manat borcun ödənilməsinə yetərli olmadığı halda qalan borcun cavabdehlər Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı ASC-nin nümayəndəsi X1 xx.xx.2022-ci il tarixində məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SKLMB-08303 saylı kredit müqaviləsinə əsasən illik 28 % (iyirmi səkkiz) faiz dərəcəsi olmaqla 12 (on iki) ay müddətinə 1810 (bir min səkkiz yüz on) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, SKLMB-08303 saylı saxlanc girov müqaviləsi bağlanaraq 1 ədəd Setka üzük – çəkisi – 3,7 qr., əyarı – 583; - 1 ədəd qırmızı qaş üzük– çəkisi – 3,5 qr., əyarı – 583; - 1 cüt uşaq sırğası– çəkisi – 1,3 qr., əyarı – 583; - 1 ədəd tək qaş üzük – çəkisi – 2,6 qr, əyarı – 583; - 1 ədəd kişi üzüyü – çəkisi – 2 qr., əyarı – 585; - 1 ədəd bilərzik – çəkisi – 2 qr., əyarı – 585; - 1 ədəd qaşsız üzük – çəkisi – 2,2 qr., əyarı – 585; - 2 ədəd qaşlı üzük – çəkisi – 4,3 qr., əyarı - 585 - 1 ədəd komplekt – çəkisi – 5,4 qr., əyarı – 583; - 1 ədəd qadın üzüyü – çəkisi – 4,5 qr., əyarı – 750 olmaqla, cəmi çəkisi: 31,5 qr olan qızıl-zinət əşyaları girov qoyulmuş və saxlanc üçün kassaya təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, SKLMB-08303 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SKLMB-08303 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli Kreditin ödəniş cədvəli əsasında, hər ayın 7-dən gec olmayaraq ayda 174,67 manat (bir yüz yetmiş dörd manat 67 qəpik) ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı vaxtında və lazımı qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 4.1. maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 % həcmində dəbbə pulu hesablanır. 05 iyul 2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022ci il tarixli, SKLMB-08303 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1678,25 manat (min altı yüz yetmiş səkkiz manat 25 qəpik), faiz borcuna görə 156,64 manat (yüz əlli altı manat 64 qəpik), dəbbə borcuna görə 288,47 manat (iki yüz səksən səkkiz manat 47 qəpik), borcun cəmi məbləği 2123,36 manat (iki min yüz iyirmi üç manat 36 qəpik) təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh xx.xx.2022-ci il tarixli, SKLMB- 08303 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1678,25 manat (min altı yüz yetmiş səkkiz manat 25 qəpik), faiz borcuna görə 156,64 manat (yüz əlli altı manat 64 qəpik), dəbbə borcuna görə 288,47 manat (iki yüz səksən səkkiz manat 47 qəpik), cəmi 2123,36 manat (iki min yüz iyirmi üç manat 36 qəpik) pul tutulmalıdır və tələblər girov predmetinə yönəldilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SKLMB-08303 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh şəxsi məqsədi ilə illik 28 faiz olmaqla 12 ay müddətində ilə 1810 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, SKLMB-08303 saylı saxlanc girovu müqaviləsinin surətindən görünür ki, tərəflər arasında girov müqaviləsinin predmeti olan Cavabdeh mülkiyyətindəki 1 ədəd 3,7 qram çəkidə setka üzük, 1 ədəd 3,5 qram çəkidə qırmızı qaş üzük, 1 ədəd 1,3 qram çəkidə uşaq sırğası, 1 ədəd 2,6 qram çəkidə tək qaş üzük, 1 ədəd 2 qram çəkidə kişi üzüyü, 1 ədəd 2 qram çəkidə bilərzik, 1 ədəd 2,2 qram çəkidə qaşsız üzük, 2 ədəd 4,3 qram çəkidə qaşlı üzüklər, 1 ədəd 5,4 qram çəkidə komplekt və 1 ədəd 4,5 qram çəkidə qadın üzüyündən ibarət qızıl-zinət əşyaları girov qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixli razılıq ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, SKLMB-08303 saylı kredit müqaviləsinə əsasən götürdüyü kreditin təminatı olaraq saxlanc girova verdiyi qızıl-zinət əşyalarının onun tərəfindən qrafikə uyğun ödənişlərdə gecikmələr olduqda, yaxud kredit müqaviləsinin müddəti bitərsə banka gəlmdiyi halda girov qoyduğu qızıl-zinət əşyalarının bank tərəfindən yenidən bank daxili qiymətləndirmə apararaq bankdaxili satılmasına etirazının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh götürdüyü 1810 manat kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 12 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, SKLMB-08303 saylı kredit müqaviləsi üzrə 1678,25 manat əsas, 156,64 manat faiz, 288,47 manat cərimə borcu olmaqla, cəmi 2123,36 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş 21 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh banka olan borcun ödənilməsi üçün xəbərdar edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SKLMB-08303 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Şəki” filialından illik 28 faiz olmaqla 12 ay müddətində ilə 1810 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq bankla Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, SKLMB-08303 saylı girov müqaviləsi bağlanaraq cavabdehin mülkiyyətindəki 1 ədəd 3,7 qram çəkidə setka üzük, 1 ədəd 3,5 qram çəkidə qırmızı qaş üzük, 1 ədəd 1,3 qram çəkidə uşaq sırğası, 1 ədəd 2,6 qram çəkidə tək qaş üzük, 1 ədəd 2 qram çəkidə kişi üzüyü, 1 ədəd 2 qram çəkidə bilərzik, 1 ədəd 2,2 qram çəkidə qaşsız üzük, 2 ədəd 4,3 qram çəkidə qaşlı üzüklər, 1 ədəd 5,4 qram çəkidə komplekt və 1 ədəd 4,5 qram çəkidə qadın üzüyündən ibarət qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Hazırda Cavabdeh İddiaçı ASC-yə 1678,25 manat əsas, 156,64 manat faiz, 288,47 manat cərimə borcu olmaqla, cəmi 2123,36 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərracda satış yolu ilə realizə edilir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi İddiaçı ASC tərəfindən Rəsulov Araz Elmar oğluna kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh kredit və girov müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhtəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, dəbbə pulu kimi hesablanmış 288,47 manat məbləği tənasübsüz surətdə yüksək məbləğ hesab edir və cərimənin 50 manatadək azaldılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh 07 fevral 2022-ci il tarixli, SKLMB-08303 saylı Kredit müqaviləsinə əsasən 1678.25 manat əsas, 156.64 manat faiz və 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1884.89 manat məbləğində borc və 42 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməli, tələb Cavabdeh məxsus olan 1 ədəd 3,7 qram çəkidə setka üzük, 1 ədəd 3,5 qram çəkidə qırmızı qaş üzük, 1 ədəd 1,3 qram çəkidə uşaq sırğası, 1 ədəd 2,6 qram çəkidə tək qaş üzük, 1 ədəd 2 qram çəkidə kişi üzüyü, 1 ədəd 2 qram çəkidə bilərzik, 1 ədəd 2,2 qram çəkidə qaşsız üzük, 2 ədəd 4,3 qram çəkidə qaşlı üzüklər, 1 ədəd 5,4 qram çəkidə komplekt və 1 ədəd 4,5 qram çəkidə qadın üzüyündən ibarət olmaqla cəmi 31,5 qram qızıl-zinət əşyalarına yönəldilməli, həmin girov predmetləri açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına 1678,25 manat əsas, 156.64 manat faiz və 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1884.89 manat məbləğində borc və 42 manat dövlət rüsumunun ödənilməsi təmin edilməli, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 07 fevral 2022-ci il tarixli, SKLMB-08303 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulmalı, iddia tələbi əsassız olduğundan qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli SKLMB-08303 saylı kredit müqaviləsinə əsasən 1678,25 manat əsas, 156,64 manat faiz, 50 manat cərimə borcu olmaqla ümumilikdə 1884,89 manat məbləğində borc və ödənilmiş 42 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb borcun təminatı olaraq banka girov qoyulmuş Cavabdeh məxsus 1 ədəd 3,7 qram çəkidə setka üzük, 1 ədəd 3,5 qram çəkidə qırmızı qaş üzük, 1 ədəd 1,3 qram çəkidə uşaq sırğası, 1 ədəd 2,6 qram çəkidə tək qaş üzük, 1 ədəd 2 qram çəkidə kişi üzüyü, 1 ədəd 2 qram çəkidə bilərzik, 1 ədəd 2,2 qram çəkidə qaşsız üzük, 2 ədəd 4,3 qram çəkidə qaşlı üzüklər, 1 ədəd 5,4 qram çəkidə komplekt və 1 ədəd 4,5 qram çəkidə qadın üzüyündən ibarət olmaqla cəmi 31,5 qram olan qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları açıq hərracda satılaraq 1678,25 manat əsas, 156,64 manat faiz, 50 manat cərimə borcu olmaqla ümumilikdə 1884,89 manat məbləğində borc və 42 manat dövlət rüsumunun ödənilməsi təmin edilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar