Məhkəmə qərarları › İş №e-2(075)-1644/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1644/2023

23.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1644/2023 23.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Uşaqları 24 dekabr 2011-ci il təvəllüdlü X1 və 25 dekabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh alınaraq ona verilən aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat məbləğində müəyyən edilməsi və mediyasiya xərci kimi ödədiyi 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Viləyət oğlu ilə nikahlarını 2010-cu il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş və Cavabdeh Şəki rayonu Baş Zəyzid kəndində yerləşən ata evinə gəlin köçmüşdür. Birgə yaşadıqları dövrdə onlarıb 24 dekabr 2011-ci il tarixdə Aysun və 25 dekabr 2012-ci il tarixdə isə Aylin adında uşaqları anadan olmuşdur. Cavabdehlə bir müddət səmimi ailə münasibətlərində olmuş və sonradan xasiyyətləri uyğun gəlmədiyindən Şəki Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə nikahları pozulmuşdur. Onlar ayrıldıqdan sonra uşaqları azyaşlı olduğundan məhkəmə tərəfindən onun himayəsinə verilmişdir. Şəki Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(075)-264/2020 saylı məhkəmə qətnaməsinə əsasən Cavabdeh Viləyət oğlundan hər ay, hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 manat məbləğində alimentin tutulub iki uşağın saxlanılması üçün mənə ödənilməsi qərara alınmışdır. Cavabdeh təyin edilmiş aliment pulları ilə bağlı hər ay mütəmadi olmasa da, ödənişlər edir. Lakin, həmin məbləğə bir uşağın saxlanılması qeyri mümkündür. Cavabdeh isə ona əlavə maddi yardım göstərmir. Həmin vəsait ona hər ay ödənilsə belə, o, uşağın artan tələbatını heç cür ödəyə bilmir. Uşaq məktəblidir və böyüdükcə zəruri xərcləri artır. Hesab edir ki, ali təhsilli olsaydı o da işləyərək Cavabdeh maddi yardımına ehtiyac bilməzdi. Buna görə də istəyir ki, uşaqları ali təhsil alaraq gələcəkdə öz ayaqları üzərində dura bilsin. Hal-hazırda uşaqların yaxşı təhsil alması üçün onların hər birinə 50 manat olmaqla, cəmi 100 manat verib hazırlığa göndərir. Uşaqların hər ikisi qız uşağı olduğundan istəyir ali təhsil alsınlar. Həmçinin 140 manat pul vəsaitinin alıcılıq dəyəri demək olar ki, yoxdur. Yəni Cavabdeh tərəfindən hər ay ona ödənilən aliment məbləği uşaqların qida, geyim və təhsil xərclərini ödəmir. Bütün ərzaq məhsullarının belə baha olduğu bir vaxtda az miqdarda pulla uşaqların maddi tələbatlarını ödəmək mümkün deyil. Hər kəsin uşaqları kimi o da istəyir ki, uşaqları yaxşı qidalansın. Uşaqları ata qayğısından məhrum olsa da istəmir ki, hər tərəfli ehtiyac işində yaşasın. Cavabdeh üç aydan bir aliment məbləği ödəməsi bir tərəfə uşaqları ilə maraqlanmır. Ona qayğı göstərmir. Hal-hazırda onun uşaqları ata qayğısına möhtacdır. Ona görə də hesab edir ki, müəyyən edilmiş aliment məbləği hazırki şəraitdə həddindən çox azdır. Cavabdeh hal-hazırda fərdi əməklə məşğul olur. Həmin işlərlə o, hər ay kifayət qədər pul qazanır. Onun iki uşağın saxlanması üçün hər ay, hər uşaq üçün 250 (iki yüz əlli) manat ödəməyə maddi imkanı var. Buna baxmayaraq o, uşağın saxlanılması üçün az miqdarda aliment ödəyir. Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, cavabdeh birgə nikahlarından olan uşaqlarının saxlanılması üçün ona heç bir maddi köməklik göstərmir. Uşaqlar böyüdükcə onların maddi ehtiyyacları da artır. Birgə nikahdan olan uşaqlarının saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 16 yanvar 2012-ci il tarixli, AZ-İİ 798268 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 24 dekabr 2011-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 08 yanvar 2013-cü il tarixli, AZ-İİİ 018157 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 25 dekabr 2012-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(075)-264/2020 saylı qətnaməsindən görünür ki, 24 dekabr 2011-ci il təvəllüdlü X5 və 25 dekabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat alimentin tutularaq Zəkəryəyeva (İsayeva) Səfa Fərman qızına ödənilməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 21 aprel 2022-ci il tarixli, AZ-İ 412310 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydləri kitabında 95 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 25 may 2023-cü il tarixli MŞŞ/MT018/2023-01205 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 25 may 2023-cü il tarixdə 11:00-12:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh İlkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 115-ci maddəsində isə işə baxılması ilə əlaqədar məhkəmə məsrəflərinə daxil olan hallar dəqiq olaraq göstərilmişdir. Lakin həmin maddədə mediasiya prosesinə çəkilən xərclər məhkəmə xərclərinə aid edilməmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi mediasiya prosesində iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. İddiaçı mediasiya xərclərini ödədiyi və mediasiya prosesindən keçdiyi üçün onun iddiası məhkəmənin icraatına qəbul edilərək baxılmışdır. Məhkəmə hesab edir ki, 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(075)-264/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 24 dekabr 2011-ci il təvəllüdlü X5 və 25 dekabr 2012ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 24 dekabr 2011-ci il təvəllüdlü X5 və 25 dekabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(075)-264/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 24 dekabr 2011-ci il təvəllüdlü X5 və 25 dekabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(075)-264/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar