Məhkəmə qərarları › İş №e-2(075)-1645/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1645/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1645/2025 25.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ İş № e-2(075)-1645/2025 Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki Rayon Məhkəməsi 25 fevral 2026-cı il Şəki şəhəri Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Ləğv Prosesində Olan "xxxx" Açiq Səhmdar Cəmiyyətinin cavabdehlər X1, Cavabdeh2 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X2, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 13.843,11 (on üç min səkkiz yüz qırx üç manat 11 qəpik) manat borc olmaqla – bundan 8.093,16 (səkkiz min doxsan üç manat 16 qəpik) manat əsas, 4.607,55 (dörd min altı yüz yeddi manat 55 qəpik) manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.142,40 (bir min bir yüz qırx iki manat 40 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 131.53 (bir yüz otuz bir manat 53 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması, - tutmanın ipoteka predmeti olan 2007-ci il buraxılşlı, Tip: SEDAN, Ban: WDBUF87X87B181458, Mühərrik: **********4826, Rəngi: BOZ METALİK olan “MERSCEDES BENZ E350” minik markalı, 48BE484 dövlət qeydiyyat nişanlı avtomobilə yönəlməsi, - ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin avtomobilin açıq hərracda satılması, - satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC ləğv prosesində olduğundan iddia onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaldırılmışdır. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 09/0246/KBK saylı kredit müqaviləsinə əsasən borcalana 30 (otuz) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 9.000 (doqquz min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Cavabdeh2 məxsus 2007-ci il buraxılşlı, Tip: SEDAN, Ban: WDBUF87X87B181458, Mühərrik: **********4826, Rəngi: BOZ METALİK olan“MERSCEDES BENZ E350” minik marka, 48BE484 dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bundan əlavə Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 09/0246/KBK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 13.843,11 (on üç min səkkiz yüz qırx üç manat 11 qəpik) AZN təşkil edir. Bundan 8.093,16 (səkkiz min doxsan üç manat 16 qəpik) AZN əsas, 4.607,55 (dörd min altı yüz yeddi manat 55 qəpik) AZN faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 1.142,40 (bir min bir yüz qırx iki manat 40 qəpik) AZN borcu təşkil edir. Məhkəmə iclasında Cavabdeh2 və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina edilməsini xahiş etmişlər. Vəsatəti onunla əsaslndırırlıar ki, iddiaçı tərəf sözü gedən kredit müqailəsi üzrə borc məbləğinin tələbinə dair iddia müddətini keçirmişdir. Tərəflər arasındakı bağlanmış kredit müqaviləsi xx.xx.2019-cu il tarixində bağlanmış və qüvvədə olma müddəti 30 ay nəzərdə tutulmuşdur. Kredit götürüldükdən bir müddət sonra borclunun vəziyyəti pisləşmiş və dünyada olan covid virusu ilə əlaqədar iş yeri bağlanmışdır. Nəticədə əsas borclu Cavabdeh2 kredit üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Həmin qrafik üzrə ödənişlərin bir neçə ayı əsas borclu Cavabdeh2 tərəfindən ödənilsə də, sonradan tələbkar bank bağlanmış və borclu ödənişlərinin ödəməmişdir. Nəticədə 2020-ci ildən bu günə kimi ödəniş edilməmişdir. Ödəniş 2 qrafikinin son müddətindən 5 il sonra bank tərəfindən məhkəməyə müraciət edilmişdir. İş üzrə hesabdan çıxarışdan göründüyü kimi, borclu tərəf 2020-ci ildən bu günə kimi ödəniş etmir və müqavilə üzrə öhdəliklərini pozmuşdur. Bank hüquqların pozulduğunu artıq 2020-cildən bilirdi. Buna görə də hesab edirəm ki, bank müqavilə üzrə öhdəliklərin pozulduğu andan etibarən üç il ərzində məhkəməyə müraciət etməliydi. Cavabdehin vəsatətinə iddiaçının nümayəndəsi etiraz edərək bildirdi ki, idda müddətinin təbiq barədə ərizə əsaslı deyildir. Belə ki, kredit müqaviləsindən göründyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 09/0246/KBK saylı kredit müqaviləsi bağlanmış və borcalana 30 (otuz) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 9.000 (doqquz min) manat məbləğində kredit verilmişdir. Müqavilənin bitmə tarixi 29 May 2022-ci il tarixi əhatə edir. İddia müddəti xx.xx.2025-ci il tarixdə ötürülmüş hesab edilə bilər. İddiaçı isə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi və cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərar qəbul edərkən aşağıdakı sənədlərə istinad edir: İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 09/0246/KBK saylı kredit müqaviləsindən məlum olur ki, borcalana 30 (otuz) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 9.000 (doqquz min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixinə olan şəxsi hesabdan çıxarışda görünür ki, xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən cavabdehə 09/0246/KBK nömrəli kredit müqaviləsi üzrə 9000 manat məbləğində kredit verilmişdir. Hesabdan çıxarışda borclunun son ödənişi xx.xx.2020-ci il tarixdə 300 manat olmuşdur. İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 09/0246/KBK nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2019-cu il tarixli 09/0246/KBK saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi və lazımnca icra banka dəyən zərərin ödənilməsinə görə məsuliyyəti öz üzərinə götürür. İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 09/0246/KBK nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti Cavabdeh2 məxsus Ban: WDBUF87X87B181458, Mühərrik: **********4826, Rəngi: BOZ METALİK olan “MERSCEDES BENZ E350” minik marka, avtomobil ipotekaya qoyulmuş, ipoteka predmetinin ümumi dəyəri 16000 manat müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 banka 8.093,16 (səkkiz min doxsan üç manat 16 qəpik) manat əsas, 4.607,55 (dörd min altı yüz yeddi manat 55 qəpik) manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.142,40 (bir min bir yüz qırx iki manat 40 qəpik) manat faiz borcu olmaqla, cəmi 13.843,11 (on üç min səkkiz yüz qırx üç manat 11 qəpik) manat borcu mövcuddur. AA seriyalı 133366 nömrəli xx.xx.2019-cu il tarixli “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış”ından görünür ki, “MERSCEDES BENZ E350” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixli 09/0246/KBK saylı müqavilənin təminatı olaraq İddiaçı ASC-yə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədədir. X7 ərizəsindən aydın olur ki, Cavabdeh2 tərəfindən avtomobilin ipotekaya qoyulmasına etiraz etməmişdir. AD 642177 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən məlum olur ki, “MERSCEDES BENZ E350” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur. İddiaçı cavabdehlərə xx.xx.2025-ci il tarixdə bildiriş göndərməklə borcun ödənilməsini tələb etmişdir. İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri müqavilənin tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəticədə cavabdehlərin 8.093,16 (səkkiz min doxsan üç manat 16 qəpik) manat əsas, 4.607,55 (dörd min altı yüz yeddi manat 55 qəpik) manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.142,40 (bir min bir yüz qırx iki manat 40 qəpik) manat faiz borcu olmaqla, cəmi 13.843,11 (on üç min səkkiz yüz qırx üç manat 11 qəpik) manat borcu yaranmışdır. Cavabdehlər ipoteka predtmetinə tutma yönəldilməsi və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. İddiaçı tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, “İpoteka haqqında” AR Qanununun 36.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş REC İNVEST MMC tərəfindən tərtib edilmiş ekspert rəyindən aydın olur ki, “MERSCEDES BENZ E350” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 21000 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2026-cı il tarixli 9/5383 saylı məhkəmə mühasibatlıq ekspertiza rəyindən məlum olur ki, xx.xx.2022-ci il tarixə əsas borc 8087,10 manat, faiz borcu üzrə 4080,51 manat; xx.xx.2025-ci il tarixə əsas borc 8087,10 manat, faiz borcu üzrə 4080,51 manat, faiz borcu 5% ilə 1127,70 manat təşkil edir. X8 MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, “MERSCEDES BENZ E350” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 19005 manat, likvid dəyəri 17105 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

274. İpoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, girov qoyulmuş əşyanın mülkiyyətçisinin dəyişməsi girov hüququnu dəyişdirmir.

317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Ödəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (müqavilənin bağlandığı xx.xx.2019-cu il tarixdə qüvvədə olan redaksiyada): 1.0.1. İpoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: - əsas borc; faizlər; - öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. 11.1-11.2. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - ipoteka üqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X4 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il Qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbi faktiki olaraq aşağıdakı hissələrdən ibarətdir: 1. kredit borcunun tutulması. 2. tutmanın ipoteka predmetinə yönəldilməsi. İddia tələbinin “kredit borcunun tutulması” hissəsi ilə bağlı: "xxxx" borcalan Cavabdeh2 9000 manat məbləğində kredit borcunu xx.xx.2019-cu il tarixdə 30 (otuz) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi vermişdir. Həmin kredit müqaviləsi üzrə icra müddəti 30 ay müddətini nəzərə alsaq, xx.xx.2022-ci il tarixədək icra edilməli idi. İddia müddəti də məhz həmin icra müddətinin bitdiyi tarixdən 3 il ərzində hesablanmalıdır. Belə olan halda xx.xx.2025-ci ildə iddia müddəti bitir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin keçməsi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülməmişdir. İşin müəyyən edilmiş halı odur ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən üzərinə götürülən öhdəlik yerinə yetirilərək cavabdehə müqavilə şərtlərinə uyğun kredit verilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun kreditor qarşısında icra edilməmiş kredit öhdəliyi vardır. İddiaçı borclu cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürülən öhdəliyin yerinə yetirilməməsi, ödəniş qrafikinin pozulması ilə əsaslandırmışdır. İddiaçı tərəfindən cavabdehdən 8.093,16 (səkkiz min doxsan üç manat 16 qəpik) manat əsas, 4.607,55 (dörd min altı yüz yeddi manat 55 qəpik) manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.142,40 (bir min bir yüz qırx iki manat 40 qəpik) manat faiz borcu olmaqla, cəmi 13.843,11 (on üç min səkkiz yüz qırx üç manat 11 qəpik) manat borcun tutulması tələbi irəli sürülmüş, həmin məbləğ isə cavabdeh tərəfindən mübahisələndirildiyindən məhkəmə tərəfindən məhkəməmühasibatlıq eskpertizası təyin edilməklə müvafiq rəy alınmışdır. Ekspert rəyinə əsasən əsas borc 8087,10 manat, faiz borcu üzrə 4080,51 manat, faiz borcu 5% ilə 1127,70 manat olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, MM-in 445.7. maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Ekspert rəyi ilə müəyyən edilmiş məbləğ ilə borclu Cavabdeh2 razılaşmadığını bildirsə də, məhkəmə tərəfindən ekspert rəyinin mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən Cavabdeh2 iddiaçının xeyrinə ekspert rəyinə uyğun olaraq 8087,10 manat əsas borc, 4080,51 manat faiz borcu, 1127,70 manat faiz borcu 5% ilə tutulmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borcun təminatı kimi digər cavabdeh X2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, bağlanılmış müqavilənin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı təşkilat iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Buna görə də zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Beləliklə müəyyən edilir ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da iddiaçı zaminə qarşı xx.xx.2023-cü il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bundan başqa zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh X1 dair hissədə əsassız olduğu üçün təmin edilməməlidir. İddia tələbinin “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsi: İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi cavabdehlərə dəfələrlə öhdəliyin icra edilməsi, ipoteka predmetinə tutmanın yönəldiməsi prosesinə başlanılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər tərəfindən “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinin tələblərinin pozulması ilə əsaslandırılmışdır. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinin tələblərinin pozulması işin mübahisəsiz halı olduğundan iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi prosesinə başlanılmasında haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh2 tərəfindən bank ilə bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq 2007-ci il buraxılşlı, Tip: SEDAN, Ban: WDBUF87X87B181458, Mühərrik: **********4826, Rəngi: BOZ METALİK olan “MERSCEDES BENZ E350” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü edildiyindən və sözügedən kredit müqaviləsi üzrə öhdəlik lazımi qaydada icra edilmədiyindən tutma ipoteka predmeti olan nəqliyyat vasitəsinə yönəldilməli, cavabdehə məxsus nəqliyyat vasitəsi açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 8087,10 manat, faiz borcu üzrə 4080,51 manat, faiz borcu 5% ilə 1127,70 manat məbləğində pul iddiaçıya ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pul borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pulun qalan hissəsi Cavabdeh2 verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Məhkəmə tərəfindən ipoteka predmeti olan “MERSCEDES BENZ E350” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiricidən 2 mütəxəssis rəyi alınmışdır. Birinci halda 21000 manat, daha sonra alınan mütəxəssis tərəfindən 190005 manat qiymətləndirilmişdir. Sonuncu mütəxəssis rəyində bazar qiymətinə münasibətdə likvid dəyəri müəyyən etmişdir. Məhkəmə ilkin satış qiyməti kimi bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən, likvid qiyməti olaraq 17105 manat məbləği əsas götürülərək ilkin satış qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Qanunvericiliyin tələbinə əsasən borcun ödənilməsi ipoteka predmeti olan avtomobilinə yönəlməli, açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borc həcmində ödəniş edilməlidir. Lakin məhkəmə iddia tələbinin qalan borc məbləğinin cavabdehdən tutulması hissəsinin təmin edilməməsi qərarına gəlir. Belə ki, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli olduğundan həmin hissədə qətnamə qəbul edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin edilən hissəyə nisbətdə 129,88 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, ekspertiza xərci 100 manat Cavabdeh2 alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, həmçinin ödənilməmiş mütəxəssis rəyinin qiyməti 300 manat Cavabdeh2 alınaraq “X8” MMC-nin hesabına ödənilməlidir.

Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 LPO "xxxx" ASC-nin xeyrinə 8087,10 (səkkiz min səksən yeddi manat, on qəpik) manat əsas, 4080,51 (dörd min səksən manat, əlli bir qəpik) manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1127,70 (min yüz iyirmi yeddi manat, yetmiş qəpik) manat faiz borcu olmaqla, cəmi 13295,31 (on üç min iki yüz doxsan beş manat, otuz bir qəpik) manat pul vəsaiti və iş üzrə ödənilmiş 129,88 (yüz iyirmi doqquz manat, səksən səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. Tutma ipoteka predmeti olan 2007-ci il buraxılşlı, Tip: SEDAN, Ban: WDBUF87X87B181458, Mühərrik: **********4826, Rəngi: BOZ METALİK olan “MERSCEDES BENZ E350” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. İpoteka predmeti açıq hərracda satılsın və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilsin, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pul vəsaitinin qalan hissəsi Cavabdeh2 ödənilsin. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 17105 (on yeddi min yüz beş) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Cavabdeh2 alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı) hesabına, mütəxəssis rəyinin qiyməti 300 manat Cavabdeh2 alınaraq “X8” MMC-nin (Kapitalbank ASC Sahil filialı, KOD 201218, VÖEN **********, Müxbir hesab AZ37NABZ 013501**********1944 SWİFT kod AİİBAZ2X X8 VÖEN ********** hesab AZ64AİİB400900C**********208 saylı) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar