Məhkəmə qərarları › İş №e-2(075)-1657/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1657/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1657/2022 06.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsələr Cavabdeh2, Cavabdeh3, zaminlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1965,39 manat məbləğində əsas bоrc, 424,8 manat məbləğində faiz bоrcu və 926,59 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3316,78 manat məbləğində bоrcun və ödənilmiş 53,17 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini belə əsaslandırmışdır ki, Vəliyev Şəfayət Salman oğlu İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3800 (üç min səkkiz yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət borcunu qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1834.61 manat ödəniş etmiş və оnun iddiaçıya 1965.39 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Göstərmişdir ki, cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 471 gün üçün hesablanmış faiz borcu 424.8 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 471 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 926.59 manat təşkil edir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixdə verdiyi arayışdan borclu Vəliyev Şəfayət Salman oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli arayışa əsasən Vəliyev Şəfayət Salman oğlunun adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4432 saylı cavab məktubuna əsasən, xx.xx.2020-ci il tarixində ölmüş Vəliyev Şəfayət Salman oğlunun adına xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmış, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 63 saylı cavab məktubuna əsasən, Vəliyev Şəfayət Salman oğlunun adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi hal-hazırda faktiki olaraq onun ailəsinin istifadəsindədir. Əlavə edilmiş arayışa əsasən, həmin ailə üzvləri Cavabdeh2 və Cavabdeh3dur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx.xx.2021-ci il tarixli, 131048-1221 nömrəli cavab məktubuna əsasən, Vəliyev Şəfayət Salman oğlunun adına olan qeydiyyatda olan və qeydiyyatdan çıxarılan nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışını təqdim etmişdir. Belə ki, faktiki vərəsələr Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini istifadə etməklə, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən adları qeyd olunmuş şəxslər mərhum Vəliyev Şəfayət Salman oğlunun faktiki vərəsəsi hesab edilirlər. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Vəliyev Şəfayət Salman oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Vəliyev Şəfayət Salman oğlu ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Göründüyü kimi Vəliyev Şəfayət Salman oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Hesab etmişlər ki, zaminlər Cavabdeh1, Cavabdeh4 İddiaçı QSC-yə olan kredit borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Həmçinin faktiki vərəsələr, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi hazırda mərhumun adına olan torpaq sahəsini istifadə etdiklərindən miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən Cavabdeh2, Cavabdeh3 Vəliyev Şəfayət Salman oğlunun İddiaçı QSC-yə olan kredit öhdəliyi üzrə cavabdeh kimi cəlb edilməli və müvafiq borc məbləği Cavabdeh2, Cavabdeh3 və zaminlər Cavabdeh1, Cavabdeh4 tutulmalıdır. İddiaçı QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı QSC-nin nümayəndəsi 02 sentyabr 2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək, işə mövcud sübutlar çərçivəsində iştirakları olmadan baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 izahat verərək göstərmişdir ki, qardaşı Vəliyev Şəfayət Salman oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 007A********** saylı uzunmüddətli kredit müqaviləsinə əsasən kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 36 ay müddətinə 3800 (üç min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Vəliyev Şəfayət Salman oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh1 və onun arasında zaminlik müqavilələri bağlanmışdır. Bildirmişdir ki, mərhum Vəliyev Şəfayət Salman oğlu onun qardaşıdır. Kredit müqaviləsi üzrə yaranmış borcunu qəbul edir. Lakin hesab etmişdir ki, cərimə məbləği həddən artıq çox hesablanmışdır. Qardaşının kredit borcunu ödəmək istəmişdir. Lakin vərəsələri və digər zaminlərlə razılığa gələ bilməmişlər. O, öz payına düşən hissəini ödəməyə hazırdır. Qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Vəliyev Şəfayət Salman oğluna aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 36 (otuz altı) ay müddətinə 3800 (üç min səkkiz yüz) manat məbləğində krеdit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 007G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh4 Vəliyev Şəfayət Salman oğlunun bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 007G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Vəliyev Şəfayət Salman oğlunun bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh Vəliyev Şəfayət Salman oğlu götürdüyü 3800 manat məbləğində krediti ona hesablanmış faizləri ilə birlikdə 36 ay meddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 08 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit razılaşması üzrə Vəliyev Şəfayət Salman oğlunun İddiaçı QSCnə xx.xx.2022-ci il tarixinə 1965,39 manat məbləğində əsas borcu, 424,8 manat məbləğində faiz borcu və 926,59 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3316,78 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 11 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Vəliyev Şəfayət Salman oğlunun adına ünvan 1 ünvanda fərdi yaşayış evi xx.xx.1993-cü il tarixdə Xidmətin 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınmışdır. Eyni zamanda Zunud Bələdiyyəsinə məxsus 2.0 ha kənd təsərrüfatı tərinatlı torpaq sahəsini Şəki rayon 2 saylı DNK-nın xx.xx.2018-cı il tarixli, 3M-86 saylı müqaviləyə əsasən icarəyə götürmüşdür. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 3M-465 saylı müqaviləsinə əsasən Vəliyev Şəfayət Salman oğlu sözügedən torpaq sahəsini "xxxx" MMC-nə subicarəyə vermişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə nazirliyi tərəfindən ünvanlanmış 06 noyabr 2021-ci il tarixli, 4432 saylı məktubdan görünür ki, xx.xx.1960-cı il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş və xx.xx.2020-ci il tarixdə ölmüş Vəliyev Şəfayət Salman oğlunun adına xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən ünvanlanmış 21 aprel 2022-ci il tarixli, 63 saylı məktubdan görünür ki, xx.xx.1960-cı il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş və ünvan 5 ünvanında qeydiyyatda olmuş Vəliyev Şəfayət Salman oğlunun adına Şəki şəhəri, F.Abdurahmanov küçəsində yerləşən 25 saylı fərdi yaşayış evi hal-hazırda faktiki olaraq onun ailəsinin istifadəsindədir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 aprel 2022-ci il tarixli, 122 saylı arayışdan görünür ki, ünvan 5 ünvanında hal-hazırda mərhum Vəliyev Şəfayət Salman oğlunun ailə üzvləri – həyat yoldaşı Cavabdeh2 və oğlu Cavabdeh3 yaşayırlar. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Vəliyev Şəfayət Salman oğlu İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında Vəliyev Şəfayət Salman oğluna aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 36 (otuz altı) ay müddətinə 3800 (üç min səkkiz yüz) manat məbləğində krеdit verilmişdir. Cavabdeh1 və Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 007G**********01 saylı və xx.xx.2019-cu il tarixli, 007G**********01 saylı zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh4 borclu Vəliyev Şəfayət Salman oğlunun bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. Əsas kredit götürən şəxs Vəliyev Şəfayət Salman oğlu vəfat etmiş və onun ailə üzvləri – həyat yoldaşı Cavabdeh2 və oğlu Cavabdeh3 vərəsəsi kimi qalaraq mərhumdan ibarət miras əmlakları faktiki olaraq qəbul etmişlər. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehlərə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 926,59 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən Vəliyev Şəfayət Salman oğluna kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh Vəliyev Şəfayət Salman oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin və cavabdehlər Cavabdeh1 və Cavabdeh4 zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Həmçinin iddia ərizəsində də göründüyü kimi əsas borclu Vəliyev Şəfayət Salman oğlu vəfat etdiyindən bank qalıq qalmış kredit borcunun ödənilməsini vərəsələr Cavabdeh2, Cavabdeh3, zaminlər Cavabdeh1 və Cavabdeh4 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 741, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1965,39 manat məbləğində kredit borcu, 424,8 manat məbləğində faiz borcu, 100 manat cərimə borcu və 53,17 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qayadada tutulmalı, iddia qalan hissədə təminn edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1965,39 manat məbləğində əsas kredit borcu, 424,8 manat məbləğində faiz borcu, 100 manat cərimə borcu və 53,17 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar