Məhkəmə qərarları › İş №e-2(075)-1661/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1661/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1661/2025 01.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 953,22 manat əsas, 138,48 manat faiz və 24,70 manat cərimə olmaqla, cəmi 1116,40 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 31,17 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC -nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində 35 ay müddətinə illik 27,6% ödəmək şərtilə 1000 manat məbləğində kredit xətti açılmışdır. X1 5.9.1.8-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin buşərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəməyolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli AGİD**********8 nömrəli kredit xətti müqaviləsinə əsasən iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdeh istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,6% ödəmək şərtilə 1000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizə-anket və imza nümunəsini imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertas ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli “Ümumi oferta” müqaviləsinin 5.7.2-ci bəndinə əsasən kredit xəttindən istifadə edildiyi gündən sonrakı gün faizlərin hesablanması başlayır. Faizlər, gündəlik olaraq ötən günün ən çox ssuda borcuna hesablanır. Bu faizlər kredit xəttinin hesabına faktiki xərclənmiş vəsaitlər üçün kredit limitindən istifadə edildiyi hər təqvim günü üçün ildə 360 təqvim günü əsas götürülərək Tariflərdə göstərilən faiz dərəcələri ilə hesablanır. Kreditin faiz dərəcəsi Bank tərəfindən Mobil əlavədə qeyd edilir. Kredit xəttindən tam və ya qismən istifadə olunduğu andan etibarən Borcalan, ödəmə müddəti ərzində, yəni borcun yarandığı ay istisna olmaqla hər növbəti ayın son gününə (son gün daxil olmaqla) qədər tariflərlə müəyyən olunan minimal ödənişi icra etməlidir. Borcun ödənmə müddətində və ya borcun yarandığı ayda tam qaytarılması halında faiz tutulmur və cari dövr güzəşt dövrü hesab olunur. Borcun yarandığı ay üzrə borc məbləği güzəşt dövrü ərzində tam ödənilməyibsə, növbəti ayın ilk günü, Kredit limitindən istifadə olunma tarixindən hesablanan faizlər də ödənilir. Müştəri hesablanan faizləri tam həcmdə ödəmədikdə ödəniləcək faiz məbləği kredit limiti hesabına ödənilir İşdə olan Cavabdeh göndərilmiş elektron bildirişlərin tarixçəsinə əsasən xx.xx.2022-ci il tarixdə kredit limiti 1000 manata qaldırılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh AGİD**********8 nömrəli kredit müqaviləsi üzrə borcu əsas məbləğ üzrə 953,22 manat, faiz borcu üzrə 138,48 manat, cərimə borcu 24,7 manat təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, həmin tarixə Cavabdeh “Ümumi oferta” müqaviləsinə əsasən "xxxx" KB ASC -yə cəmi 1116.4 manat borcunun olması barədə xəbərdarlıq edilmiş, borcun 5 iş günü müddətində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bəyan edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli sürətli poçt qaiməsindən görünür ki, "xxxx" KB ASC tərəfindən göndərilmiş ərizə-anketdə qeyd edilən ünvan 1 ünvanına göndərilmiş məktub “Bakıda yaşayır” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun, faiz məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı UniBank» KB ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 24.70 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimənin məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və 10 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 953,22 manat, faiz borcu üzrə 138,48 manat və 10 manat cərimə olmaqla, cəmi 1101,7 manat pul, dövlət rüsumu olaraq ödənilmiş 31,17 manat məbləğində vəsait tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, müqavilə üzrə yaranmış borc cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 953,22 manat, faiz borcu üzrə 138,48 manat və 10 manat cərimə olmaqla, cəmi 1101,7 manat pul, dövlət rüsumu olaraq ödənilmiş 31,17 manat məbləğində vəsait tutularaq "xxxx" KB ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar