Məhkəmə qərarları › İş №e-2(075)-1663/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1663/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1663/2022 16.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 fevral 2021-ci il tarixli, 106804-729757\1 saylı kredit müqaviləsi üzrə 924,30 manat məbləğində əsas bоrc, 520,89 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 1445,19 manat borcun, 05 iyul 2019-cu il tariхli, 106892-PC********** nömrəli kredit müqaviləsi üzrə 256,94 manat məbləğində əsas bоrcu və 108,43 manat məbləğində cərimə bоrcu оlmaqla, cəmi 365,37 manat borc olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 1810,56 manat məbləğində kredit borcunun və 38,51 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2021-ci il tarixli, 106804- 729757\1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə, illik 22% olmaqla, 1550 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 05 iyul 2019-cu il tariхli, 106892-PC********** nömrəli “Smile kreditxətti müqaviləsi”nə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərəcəsi ilə 500 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Cavabdeh kredit müqavilələri üzrə əsas öhdəliyi lazımınca icra etməmiş və təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Borcalana dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, banka olan borcunu ödəməmişdir. 20 iyun 2022-ci il tarixinə cavabdehin 02 fevral 2021-ci il tarixli, 106804- 729757\1 saylı kredit müqaviləsi üzrə 924.30 manat məbləğində əsas bо 520.89 manat məbləğində faiz bоrcu оlmaqla, ümumilikdə 1445.19 manat məbləğində kredit bоrcu yaranmışdır. 20 iyun 2022-ci il tarixinə cavabdehin 05 iyul 2019-cu il tariхli, 106892- PC********** nömrəli kredit müqaviləsi üzrə 256.94 manat məbləğində əsas bоrcu və 108.43 manat məbləğində cərimə bоrcu оlmaqla, ümumilikdə 365.37 manat məbləğində kredit bоrcu yaranmışdır. 02 fevral 2021-ci il tarixli, 106804-729757\1 nömrəli krеditi müqaviləsinin 4.4.3-cü və 4.4.6-cı bəndinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə Əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 7.1-ci maddəsinə əsasən ödəniş cədvəlində və ya xəbərdarlıqda (pretenziyada) müəyyən edilən müddətlərdə öhdəliklər vaxtında tam icra edilmədikdə kredit gecikdirilmiş hesab edilir. 05 iyul 2019-cu il tariхli, 106892-PC********** nömrəli “Smile kredit xətti müqaviləsi”nin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuşşərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidməthaqlarının Banka ödənilməsini öhdəsinə götürür. Belə ki, cavabdeh krediti müqavilələri üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 02 fevral 2021-ci il tarixli, 106804-729757\1 saylı kredit müqaviləsi üzrə 924,30 manat məbləğində əsas bоrc, 520,89 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 1445,19 manat borc, 05 iyul 2019-cu il tariхli, 106892-PC********** nömrəli kredit müqaviləsi üzrə 256,94 manat məbləğində əsas bоrcu və 108,43 manat məbləğində cərimə bоrcu оlmaqla, cəmi 365,37 manat borc olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 1810,56 manat məbləğində kredit borcu və 38,51 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 02 fevral 2021-ci il tarixli, 106804-729757\1 saylı kredit müqaviləsi üzrə 924,30 manat məbləğində əsas bоrc, 520,89 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 1445,19 manat borc, 05 iyul 2019-cu il tariхli, 106892-PC********** nömrəli kredit müqaviləsi üzrə 256,94 manat məbləğində əsas bоrcu və 108,43 manat məbləğində cərimə bоrcu оlmaqla, cəmi 365,37 manat borc olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 1810,56 manat məbləğində kredit borcu və 38,51 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar