Məhkəmə qərarları › İş №e-2(075)-1664/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1664/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1664/2022 13.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3574,06 manat əsas borc, 13,90 manat faiz borcu olmaqla, cəmi 3587,96 manat (üç min beş yüz səksən yeddi manat, 96 qəpik) borcun və ödənilmiş 55,87 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli, 86 saylı qərarının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə Şəki rayon sakini Cavabdeh1 ilə 28 sentyabr 2020-ci il tarixli RDA-029 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının Restrukturizasiya Müqaviləsi” (Restrukturizasiya müqaviləsi) bağlanmışdır. Həmin müqavilə üzrə 4051,89 manat məbləğində vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi imzalandığı tarixdən 5 (beş) il müddətində illik 1 faiz hesablanmaqla ödənilməsinə dair razılıq əldə edilmişdir. Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə Şəki rayon sakinləri Cavabdeh3 və Cavabdeh2 arasında 28 sentyabr 2020-ci il tarixli Z-1 (RDA-029), 28 sentyabr 2020-ci il tarixli Z-2 (RDA-029) saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu 477,83 manat əsas borcdan, 47,17 manat faiz borcundan ödəmişdir. Bununla da cavabdeh Restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış 28 sentyabr 2020-ci il tarixli RDA-029 saylı Restrukturizasiya Müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 3574,06 manat, faiz borcu 2,24 manat, cəmi borcu 3576,30 manat (üç min beş yüz yetmiş altı manat, 30 qəpik) təşkil etmişdir. Cavabdeh1 ilə bağlanmış Restrukturizasiya müqaviləsinin 2.3-cü bəndinə əsasən, restrukturizasiya olunan kredit borcuna illik 1%-lə faiz hesablanır və ödəniş cədvəlinə uyğun olaraq cavabdeh tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi haldaisə gecikdirilmiş borc qalığına illik 2%-lə faiz hesablanır. Borclu Cavabdeh1 və zaminlər Cavabdeh3 və Cavabdeh2 ilə bağlanmış müqavilələrdən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdəliklərinə götürmüşlər. Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan borcu 3574,06 manat əsas borc 13,90 manat faiz borcu olmaqla, cəmi 3587,96 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zaminlərinə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Hesab edir ki, cavabdeh onunla bağlanmış Restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 3587,96 manat məbləğində borc cavabdehlər tərəfindən ödənilməlidir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılması nəhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş 28 sentyabr 2020-ci il tarixli fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi imzalandığı tarixdən "xxxx" ASC tərəfindən Cavabdeh1 verilmiş 4051,89 manat məbləğində güzəştli kredit 5 il müddətədək uzadılmışdır. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş 28 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 İddiaçı QSC BOKT qarşısındakı 28 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş 28 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 Cavabdeh1 İddiaçı QSC BOKT qarşısındakı 28 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 isə zaminlik müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliklərini tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 3574,06 manat əsas borc, 13,90 manat faiz borcu olmaqla, cəmi 3587,96 manat (üç min beş yüz səksən yeddi manat, 96 qəpik) borc və ödənilmiş 55,87 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 3574,06 manat əsas borc, 13,90 manat faiz borcu olmaqla, cəmi 3587,96 manat (üç min beş yüz səksən yeddi manat, 96 qəpik) borc və ödənilmiş 55,87 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar