Məhkəmə qərarları › İş №e-2(075)-1666/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1666/2024

28.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1666/2024 28.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı “Atasığorta» ASC-nin Cavabdeh Mövlüd oğluna qarşı «820 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh Mövlüd oğluna qarşı “820 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 820,00 manat sığorta ödənişi məbləğinin və 30,00 manat dövlət rüsumunun, cəmi 850,00 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21063” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21063” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəki şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Opel Vectra” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1020,00 (bir min iyirmi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(075)-15/2019 saylı iş üzrə inzibati xəta haqqında iş üzrə qərarında Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Şəki ŞRPŞ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21063” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Cavabdeh 1020,00 manat sığorta ödənişi məbləğindən 200,00 manat ödəmiş, lakin qalıq məbləğ 820,00 manat bu günədək cəmiyyətə ödənilməmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 820,00 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/723 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. İddiaçı “Atasığorta» ASC məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə Cəmiyyət tərəfindən məhkəmə elektron qaydada ərizə göndərilərək məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh Mövlüd oğlu məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh Mövlüd oğlu izahat verərək və məhkəmə ərizə təqdim edərək "xxxx" ASC ilə X6 arasında sığorta müqaviləsi bağlandığını və “VAZ 21063” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta olunduğunu, həmin avtomobili etibarnamə əsasında idarə etdiyini bildirmişdir. O, xx.xx.2019-cu il tarixdə “VAZ 21063” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəki şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Opel Vectra” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1020,00 (bir min iyirmi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(075)-15/2019 saylı iş üzrə inzibati xəta haqqında iş üzrə qərarında o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. O, 1020,00 manat sığorta ödənişi məbləğindən 200,00 manat ödəmiş, lakin qalıq məbləğ 820,00 manat pulu ödəməmişdir. O, iddiaçı “Atasığorta» ASC tərəfindən ona qarşı qaldırılmış 820 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu tələbinə dair iddia tələbini qəbul etdiyi, iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirmiş və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin ərizələrini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; "xxxx" ASC ilə X6 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış PAA********** saylı sığorta müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən “VAZ 21063” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli, AS-23/723 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar "xxxx" ASC tərəfindən Cavabdeh Mövlüd oğluna pretenziya məktubu göndərilmişdir. “Atasığorta» ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən iddiaçı tərəfindən zərərçəkən X1 “Opel Vectra” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilinin zədələnməsi ilə əlaqədar zərərçəkən və ya faydalanan şəxs statusunda olan X2 1020 manat sığorta ödənişi verilmişdir. xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesablama aktından görünür ki, “Opel Vectra” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1020 manat maddi zərər dəymişdir. 08 fevral 2019-cu tarixli 002188 saylı ödəniş tapşırığına əsasən “Atasığorta» ASC tərəfindən X1 hesabına 1020 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Şəki Rayon Məhkəməsinin 03 yanvar 2019-cu il tarixli, 3(075)-15/2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh Mövlüd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, 1 (bir) ay müddətinə inzibati həbs edilmişdir. 21 yanvar 2019-cu il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixində, saat 18.10-da radələrində Cavabdeh Mövlüd oğlu tərəfindən idarə edilən “VAZ 21063” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil X3 tərəfindən idarə edilən “OPEL VECTRA” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq, nəticədə sonuncu nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. 02 yanvar 2019-cu il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Mövlüd oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında prokol tərtib edilmiş, Cavabdeh həmin protokolu imzamışdır. 02 yanvar 2019-cu il tarixli, 02 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun surətindən görünür ki, Cavabdeh Mövlüd oğlu orta dərəcəli sərxoş olmuşdur. AD seriyalı, 079553 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, “VAZ 21063” minik markalı, (buraxılış ili 1992, rəngi safari., Ban-XTA210630P2927047, tip-Sedan) ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobil X5 adına qeydiyyata alınmışdır. Reyestrdə 7E-37113 nömrəsi ilə qeyd edilmiş 21 oktyabr 2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 AD seriyalı, 079553 nömrəli şəhadətnamə əsasında ona məxsus olan “VAZ 21063” minik markalı, (buraxılış ili 1992, rəngi safari., Ban-XTA210630P2927047, tip-Sedan) ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobilini xx.xx.2019-cu il tarixinədək nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi Cavabdeh Mövlüd oğluna etibar etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə X6 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21063” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21063” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəki şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Opel Vectra” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1020,00 (bir min iyirmi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(075)-15/2019 saylı iş üzrə inzibati xəta haqqında iş üzrə qərarında Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmiş və Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21063” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı müəyyən edilmişdir. Bununla da cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Cavabdeh 1020,00 manat sığorta ödənişi məbləğindən 200,00 manat ödəmiş, lakin qalıq məbləğ 820,00 manat bu günədək cəmiyyətə ödənilməmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 820,00 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb edir. Cavabdeh isə ona qarşı olan iddia tələbini qəbul edərək iddianın təmin olunmasına etirazının olmadığını bildirir. Subroqasiya hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 936-cı maddəsində leqal anlayış verilmişdir. Belə ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-nin 373-cü maddəsinin tələbinə əsasən ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti isə 3 il təşkil edir. Subroqasiya hüququnun qanunvericilikdə nəzərdə tutulmuş yaranması şərtlərinə nəzər salmaqla, həmin hüquqa qeyd olunan müddətlərdən hansının tətbiq edilməli olduğunu aydınlaşdırmaq mümkündür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 25-ci maddəsində icbari sığorta növləri üzrə subroqasiya hüququnun yaranma əsasları təsbit edilmişdir. Eləcə də həmin qanunun 63.1-ci maddəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sürücünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə subroqasiya hüququnun əlavə əsası da müəyyən edilmişdir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 25.1-ci bəndinə əsasən, sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. Subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illik iddia müddəti deyil, zərər vurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Avtonəqliyyat vasitələrinin könüllü sığortası növü üzrə subroqasiya hüququ həmin avtomobilə zərər vurmasına səbəb olmuş şəxslərə, onların mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı istifadə olunur. Ona görə də sığortaçı şirkət ilə iş üzrə cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan (deliktdən) doğan öhdəlik münasibətləridir. Çünki zərərvuran şəxslə sığortaçı arasında bağlanan hər hansı müqavilə bağlanmayıb. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə subroqasiya hüququ bilavasitə sığortalıya və sığorta olunana qarşı yönəlir. Mövcud hüquq münasibətləri isə sığorta müqaviləsinə əsaslanır. Bu halda ümumi iddia müddəti tətbiq olunmalıdır. İcbari avtonəqliyyat sığortası növü üzrə subroqasiya zərər vurmanı ehtiva etmir. MM-də təsbit edilən subroqasiyaya verilmiş anlayış yalnız könüllü sığorta növləri üzrə subroqasiya hüququnun məzmununu ehtiva edir və bu anlayış birtərəfli xarakter daşıyır (baxmayaraq ki, sığorta hüquq münasibətləri üçün ümumi müddəaların anlayışı Mülki Məcəllədə verilmişdir). İcbari sığorta növü üzrə isə təkcə zərər subroqasiyanı şərtləndirmir, əlavə şərtlərin mövcudluğu (idarə etmə hüququnun olmaması, yol-nəqliyyat hadisəsi yerindən yayınma, sərxoş (spirtli içki, narkotik vasitə, psixotrop maddədən istifadə) vəziyyətdə avtomobil idarə etmə) subroqasiya hüququnun yaranması üçün əsasdır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illik iddia müddəti deyil, zərər vurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. MM-nin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-nin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilən Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Buna görə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh Mövlüd oğlu tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində zərərçəkmişə vurulmuş zərərin əvəzi 820 (səkkiz yüz iyirmi) manat manat həcmində pul vəsaiti “Atasığorta» ASC tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən iddiaçı təşkilatın MM-nin 1096-cı, 1097.1-ci və 1114-cü maddələrinin tələblərinə əsasən, Cavabdeh Mövlüd oğlundan həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh Mövlüd oğlundan 820 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 850 (səkkiz yüz əlli) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Mövlüd oğlundan 820 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 850 (səkkiz yüz əlli) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar