Məhkəmə qərarları › İş №e-2(075)-167/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-167/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-167/2024 23.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı BOKT İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı BOKT İddiaçı QSC iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 414.66 manat əsas borc, 53.09 manat faiz borcu olmaqla, cəmi 467.75 manat (dörd yüz altmış yeddi manat, yetmiş beş qəpik) borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 18 sentyabr 2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 18 oktyabr 2023-cü il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxışı iclası 04 dekabr 2023-cü il tarixdə keçirilmiş, mülki işin növbəti məhkəmə baxışı iclası bu günə, yəni 23 yanvar 2024-cü il tarixə saat 11:20-ə təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin 09 yanvar 2024-cü il tarixdə iddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada 414,66 manat əsas borcun, 53,09 manat faiz borcunun, cəmi 467,75 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasə və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi X1 iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəməyə ərizə ünvanlamış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasına gəlməyərək işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Belə olan halda iddi ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı BOKT İddiaçı QSCnə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı BOKT İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı BOKT İddiaçı QSC-nə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı BOKT İddiaçı QSC-nə qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar