Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1690/2022 13.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, GTKR1801747A170 saylı kredit müqaviləsinə əsasən 8602,86 AZN əsas borc, 1581,50 AZN faiz borcu olmaqla, cəmi 10184,36 AZN məbləğində borcun, xx.xx.2020-ci il tarixli, BRED1801750A170 saylı kredit müqaviləsinə əsasən 337,59 AZN əsas borc 90,67 AZN faiz borcu olmaqla, cəmi 428,26 AZN borcu və ödənilmiş 121,84 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR1801747A170 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 24,84 faiz dərəcəsi ilə 12000 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BRED1801750A170 saylı kredit xətt müqaviləsinə əsasən ona 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 400 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nə xx.xx.2020-ci il tarixli, GTKR1801747A170 saylı kredit müqaviləsinə əsasən 8602,86 AZN əsas borcu və 1581,50 AZN faiz borcu olmaqla, cəmi 10184,36 AZN borcu, xx.xx.2020-ci il tarixli, BRED1801750A170 saylı kredit xətt müqaviləsinə əsasən 337,59 AZN əsas borcu və 90,67 AZN faiz borcu olmaqla, cəmi 428,26 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasına gəlməsini təmin etməmişdir. Lakin, İddiaçı ASC-nin nümayəndəsi Elsəvər Əkbərov xx.xx.2022-ci il tarixdə elektron qaydada məhkəməyə göndərdiyi ərizəsində işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, həqiqətəndə onunla İddiaçı ASC ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR1801747A170 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 24,84 faiz dərəcəsi ilə 12000 AZN məbləğində kredit verilmişdir. Bundan başqa onunla İddiaçı ASC ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BRED1801750A170 saylı kredit xətt müqaviləsinə əsasən ona 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 400 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən götürdüyü kreditləri onlara hesablanmış faizləri ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Bildirmişdir ki, o, əvvəllər Baki şəhərində gəmidə aşbaz işləmişdir. Atası ürəkdən əməliyyat olunduğu üçün işə getməkdə məsuliyyətsizlik etmiş, bu səbəbdən işdən çıxarılmışdır. İşdən çıxarlandıqdan sonra maddi imkanı aşağı olduğu üçün borcunu ödəyə bilməmişdir. O, banka olan borclarını qəbul edir. Məhkəmə qətnamə çıxdıqdan sonra borclarını hissə-hissə ödəyəcəkdir. Qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTKR1801747A170 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh illik 24,84 faiz dərəcəsi ilə 48 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli BRED1801750A170 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh illik 25 faiz dərəcəsi ilə 58 ay müddətinə 400 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 12000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 48 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2020-ci il tarixli GTKR1801747A170 saylı kredit müqaviləsi üzrə 8602,86 manat əsas, 1581,50 manat faiz, cəmi 10184,36 manat borcu, xx.xx.2020-ci il tarixli BRED1801750A170 saylı kredit müqaviləsi üzrə 337,59 manat əsas, 90,67 manat faiz, cəmi 428,26 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTKR1801747A170 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 24,84 faiz dərəcəsi ilə 48 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli BRED1801750A170 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25 faiz dərəcəsi ilə 58 ay müddətinə 400 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh isə qanuni qərar çıxarılmasına etiraz etməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı ASCnin xeyrinə xx.xx.2020-ci il tarixli, GTKR1801747A170 saylı kredit müqaviləsinə əsasən 8602,86 AZN əsas borc, 1581,50 AZN faiz borcu olmaqla, cəmi 10184,36 AZN məbləğində borc, xx.xx.2020-ci il tarixli, BRED1801750A170 saylı kredit müqaviləsinə əsasən 337,59 AZN əsas borc, 90,67 AZN faiz borcu olmaqla, cəmi 428,26 AZN borc və ödənilmiş 121,84 AZN dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, GTKR1801747A170 saylı kredit müqaviləsinə əsasən 8602,86 AZN əsas borc, 1581,50 AZN faiz borc, xx.xx.2020-ci il tarixli, BRED1801750A170 saylı kredit müqaviləsinə əsasən 337,59 AZN əsas borc, 90,67 AZN faiz borcu olmaqla, cəmi 428,26 AZN borc və ödənilmiş 121,84 AZN dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1690/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1690/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver