Məhkəmə qərarları › İş №e-2(075)-1698/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1698/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1698/2024 24.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq iclasda baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.963,65 ABŞ dolları əsas, 1.794,57 ABŞ dolları faiz, 4.031,67 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 714,84 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11.504,73 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 148,68 AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədilə cavabdehə illik 28% dərəcəsi ilə, 36 ay müddətinə 8.920 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM-460002533 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7.423,82 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı kapitallaşdırılaraq 9.919,06 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli olmuşdur. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ yaranmışdır. xx.xx.2024-cü il tarixə Cavabdeh1 cəmi borcu 11.504,73 ABŞ dolları təşkil etmişdir. Bundan 4.963,65 ABŞ dolları əsas, 1.794,57 ABŞ dolları faiz, 4.031,67 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 714,84 ABŞ dolları faiz borcu təşkil etmişdir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********415 nömrəli, xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 bu gün, yəni 24 oktyabr 2024-cü ildə məhkəməyə elektron qaydada barışıq sazişi göndərərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 izahat verərək göstərdi ki, o, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə məhkəmədən kənar öz aralarında razılığa gəlmişlər. Belə ki, barışıq sazişinə əsasən kredit müqaviləsi üzrə onun xx.xx.2024-cü il tarixinə BƏS-də 4.963,65 ABŞ dolları əsas, 1.794,57 ABŞ dolları faiz, 3.178,32 ABŞ dolları köçürülmüş faiz borcu, 853,35 ABŞ dolları cərimə olmaqla icra edilməmiş borc öhdəliyi mövcud olmuş, İddiaçı ASC 30 iş günü müddətində ödəniləsi 1.500 manat məbləğində ödənişini ilkin ödəniş kimi qəbul etmiş və qalıq 7.200 manat məbləğində borcun möhlət verilmiş 20 ay müddətinə ödənilməsi öhdəliyini o, öz üzərinə götürmüş, iddiaçı bu sazişin 2.2-ci bəndində göstərilən 7.200 manat borc məbləğinin onun tərəfindən ödənilməsinə 20 ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Göstərildiyi qaydada barışıq sazişinin təsdiq olunmasını və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Mülki işin materiallarından görünür ki, kreditordan krediti Cavabdeh1 götürmüş, digər Cavabdeh2 isə zamin olmuşdur. Hazırda isə həmin kredit müqaviləsinin əsas tərəfləri aralarında barışıq sazışı imzalamaqla üzərlərinə yeni öhdəliklər götürmüş, digər Cavabdeh2 isə barışıq sazişində tərəf olmamaqla üzərinə heç bir öhdəlik götürməmiş, kreditor bu halla razılaşmış, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə barışq sazişinin təsdiq edilməsi ilə bağlı ayrıca məhkəmə aktı qəbul etmişdir. Eyni zamanda Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazimi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə ediməklə məhkəmə baxışında tədqiq edilmiş; Ləğv Prosesində olan «Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında şəxsi istehlak məqsədilə Cavabdeh1 illik 28% dərəcəsi ilə, 36 ay müddətinə 8920 ABŞ dolları məbləğində kredit verilmişdir. 460002533/ZM nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrasında Cavabdeh1 ilə birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşdür. Həmin müqavilənin 5.1.4-cü maddəsində zaminliyin öhdəliyin icrası müddəti çatdıqdan sonra 1 il ərzində qüvvədə olması göstərilmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7.423,82 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır, Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən kredit restrukturizasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı kapitallaşdırılaraq 9.919,06 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. 09 aprel 2024-cü il tarixli, **********415 saylı bildirişdən görünür ki, LPO İddiaçı ASC tərəfindən cavabdehlərə 02 aprel 2024-cü il tarixinə LPO İddiaçı ASC-nə 4.963,65 ABŞ dolları əsas borc, 1.794,57 ABŞ dolları faiz borcu, 4.031,67 ABŞ dolları cərimə borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gicikdirilmiş vaxt üçün hesablanan 695,52 ABŞ dolları fazi borcu olmaqla, ümumilikdə 11.485,41 ABŞ dolları məbləğində borcunun olmağı bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədilə cavabdehə illik 28% dərəcəsi ilə, 36 ay müddətinə 8.920 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM-460002533 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7.423,82 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı kapitallaşdırılaraq 9.919,06 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli olmuşdur. Bundan əlavə, hazırkı iş üzrə əsas borclu ilə bərabər, verilmiş kreditin təmini üsulu kimi xx.xx.2017-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmış və o bank qarşısında tam öhdəlik üzrə borcalanla birgə məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 ilə aralarında barışıq sazişi imzalayaraq həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etdiyindən məhkəmə 24 oktyabr 2024cü il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış barışıq sazişini təsdiq edərək iddia tələbinə Cavabdeh1 münasibətdə xitam versə də, barışıq sazişində bankla digər Cavabdeh2 arasında heç bir razılaşma olmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin hazırki iddia tələbinin hansı cavabdehlərə qarşı yönəldilə biləcəyinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı əsas borclu olan Cavabdeh1 əsas kredit borcunu tələb etməkdə haqlı olsa da, digər Cavabdeh2 tələb etməsində haqlı deyildir. Belə ki, qeyd edilən hala münasibətdə MM-in 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Belə ki, həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarında olan ********* nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi üzrə 02 nömrəli Əlavə sazişin 2.3-cü maddəsində Saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istinsa olmaqla, müqavilənin digər bəndlərinin dəyişdirilmədən öz qüvvəsində saxlanıldığı qeyd edilmişdir. Belə ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi üzrə 02 nömrəli Əlavə sazişin 1.2-ci maddəsinə əsasən Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixə kimi müəyyən edilmişdir. Göründüyü kimi hazırkı zaminlik müqaviləsi üzrə zaminin öhdəliyinin icra müddəti 1 il, yəni, xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. (460002533 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsinin 5.1.4-cü bəndi). Qeyd edilənlərdən müəyyən edilir ki, zaminliklə bağlı öhdəliyin çatma müddəti xx.xx.2021-ci il tarixidir. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndində “Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və təmin etdiyi öhdəlik yerinə yetirələnə qədər qüvvədədir. Qanunvericilik zaminlik müqaviləsinin qüvvədə olduğu 1 ildən sonra müəyyən edilən 5.1.4-cü bəndində (öhdəlik icra edilənədək qüvvədə olur) müddəasına aydınlıq gətirərək (hallardan asılı olaraq 1 il və ya 2 il) müəyyən edilir. Odur ki, Cavabdeh2 qarşı iddia tələbi qanunvericiliyin tələblərinə əsasən qeyd edilən öhdəliyin icrası müddətində qaldırıla bilərdi, bu müəyyən edilmədikdə öhdəliyin icrası müddətinin çadığı vaxtdan 1 il müddətində yəni, xx.xx.2022-ci il tarixədək iddia qaldırıla bilərdi. Lakin iddiaçı zaminə qarşı 2 il sonra yəni xx.xx.2024-cü il tarixdə iddia qaldırmışdır. MM-in 477.0.4-cü maddəsində müəyyən edilən müddətlər (bir illik, hətta iki illik müddət) iddiaçı tərəfindən ötürülmüşdür. Bundan əlavə, tərəflərin zaminlik müqaviləsinin 5.1.4-cü bəndində müəyyən etdiyi qeyri-müəyyən müddət zaminə münasibətdə qanunvericilikdə müəyyən edilən hüquqların məhdudlaşdırılması ilə nəticələnir (MM-in 477.0.4-cü maddəsi). Öhdəlik uzun müddət icra edilməyə bilər. Hətta qanunvericilik kredit müqaviləsi üzrə əsas borclu ilə münasibətdə də müəyyən müddətlərin (öhdəliyin icra vaxtı çatdığı vaxtda 3 illik iddia müddəti) tətbiq edilməsi hallarını istisna etmir. Lakin zaminliyə qarşı 477.0.4-cü maddəsinin normalarının tətbiq edilməməsi və zaminin üzərində öhdəliyin saxlanmasını qeyri-müəyyən müddətdən asılı edilməsi qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Bu səbəbdən MM-in 477.0.4-cü maddəsi ilə müəyyən edilən müddət iddia müddəti deyil, bu normanın tətbiqi üçün tərəfin ərizəsi tələb edilmir və həmin müddətin tətbiqi məhkəmənin özü tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh2 qarşı 4.963,65 ABŞ dolları əsas, 1.794,57 ABŞ dolları faiz, 4.031,67 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 714,84 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 148,68 manat dövlət rüsumunun tutulmasına dair iddiası təmin edilməməli, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 qarşı “borcunun tutulması” tələbinə dair tərəflər arasında bağlanmış barışıq sazisinin təsdiq edilməsi barədə Şəki Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(075)-1698/2024 saylı qərardadı nəzərə alınmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh2 qarşı 4.963,65 ABŞ dolları əsas, 1.794,57 ABŞ dolları faiz, 4.031,67 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 714,84 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 148,68 manat dövlət rüsumunun tutulmasına dair iddiası təmin edilməsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 qarşı “borcunun tutulması” tələbinə dair tərəflər arasında bağlanmış barışıq sazisinin təsdiq edilməsi barədə Şəki Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(075)-1698/2024 saylı qərardadı nəzərə alınsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar