Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1699/2022 13.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli Kredit Kartına dair müqaviləyə əsasən 189,97 AZN əsas borc, 62,23 AZN faiz borcu, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 4398,16 AZN əsas borc 821,33 AZN faiz borcunun və 74,71 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 1000 AZN kredit xətti ayrılmış, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 48 ay müddətinə illik 24,21 faiz dərəcəsi ilə 5500 AZN kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixli Kredit Kartına dair müqaviləyə əsasən 189,97 AZN əsas borc 62,23 AZN faiz borcu xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 4398,16 AZN əsas borc, 821,33 AZN faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasına gəlməsini təmin etməmişdir. Lakin, İddiaçı ASC-nin nümayəndəsi Elsəvər Əkbərov xx.xx.2022-ci il tarixdə elektron qaydada məhkəməyə göndərdiyi ərizəsində işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, həqiqətən də onunla İddiaçı ASC ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli, Kredit Kartına dair müqaviləsinə illik 25 faiz dərəcəsi ilə 1000 AZN kredit xətti ayrılmışdır. Bundan başqa onunla İddiaçı ASC ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 24,21 faiz dərəcəsi ilə 5500 AZN kredit verilmişdir. Həmin kredit müqavilələrinə əsasən götürdüyü kreditləri onlara hesablanmış faizləri ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Bildirmişdir ki, o, İ Qarabağ müharibəsi əlilidir. Əlilliyinə görə 475 manat pensiya, həmçinin 350 manat prezident təqaüdü almışdır. Buna görə də Banka olan kredit borclarını 2021-ci ilin oktyabr ayına kimi rahatlıqla ödəmişdir. Lakin 2021-ci ilin oktyabr ayında aldığı pensiyası və prezident təqaüdü kəsilmişdir. Bu səbəbdən kredit borcunu ödəyə bilməmişdir. Hal-hazırda banka olan borcunu ödəməyə maddi imkanı yoxdur. Əlilliyə görə aldığı pensiyasının bərpası üçün aidiyyəti orqanlara müracitə etsə də, pensiyası bərpa edilməmişdir. Maddi imkanı aşağıdır. Qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTKR2500712A170 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh illik 24,21 faiz dərəcəsi ilə 48 ay müddətinə 5500 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli Kredit Kartına dair müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh illik 25 faiz dərəcəsi ilə 1000 AZN kredit xətti ayrılmışdır. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 5500 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 48 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli kredit kartına dair müqavilə üzrə 189,97 manat əsas, 62,23 manat faiz, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4398,16 manat əsas, 821,33 manat faiz borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTKR2500712A170 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 24,21 faiz dərəcəsi ilə 48 ay müddətinə 5500 manat məbləğində kredit verilmişdir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən cavabdehə illik 25 faiz dərəcəsi ilə 1000 AZN kredit xətti ayrılmışdır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh isə maddi imkanının aşağı olmasını bildirərək ona köməklik olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı ASCnin xeyrinə xx.xx.2018-ci il tarixli Kredit Kartına dair müqaviləyə əsasən 189,97 AZN əsas borc, 62,23 AZN faiz borcu, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 4398,16 AZN əsas borc 821,33 AZN faiz borcunun və 74,71 AZN dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli Kredit Kartına dair müqaviləyə əsasən 189,97 AZN əsas borc, 62,23 AZN faiz borcu, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 4398,16 AZN əsas borc 821,33 AZN faiz borcunun və 74,71 AZN dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1699/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1699/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver