Məhkəmə qərarları › İş №e-2(075)-170/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-170/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-170/2023 11.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı “Bank of Baku" ASC-nin nümayəndəsi X6, Cavabdeh iştirakı ilə İddiaçı “Bank of Baku" ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı “Bank of Baku" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 sentyabr 2014-cü il tarixli, CC/67701/44/13 saylı müqaviləyə əsasən 2081.15 ABŞ dolları əsas, 387.17 ABŞ dolları faiz, 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqaviləyə əsasən 996.57 manat əsas, 49.82 manat faiz borcunun, 07 fevral 2014-cü il tarixli, DK0744013/13D saylı müqaviləyə əsasən 109.8 manat əsas, 8.64 manat faiz borcunun, cəmi 2468.32 ABŞ dolları, 1164.83 manat kredit borcunun və 74 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 ilə İddiaçı ASC arasında bağlanmış 29 sentyabr 2014-cü il tarixli, CC/67701/44/13 saylı müqaviləyə əsasən bank ona 3830 ABŞ dolları, 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqaviləyə əsasən 1000 manat və 07 fevral 2014-cü il tarixli, DK0744013/13D saylı müqaviləyə əsasən 200 manat məbləğində kredit vermişdir. Hazırda mərhum X3 banka 2468.32 ABŞ dolları borcu vardır. X5 27 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh X3 qanuni vərəsəsidir. X5 tərəfindən vərəsəsinə qalan miras əmlak Şəki 10 saylı RQİQ tərəfindən verilmiş 28 oktyabr 1998-ci il tarixli AA N-087608 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ** BC *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi ******* mühərrik nömrəsi ******* olan 1990-cı il tarixdə istehsal olunmuş mərhum X4 məxsus VAZ-21061 minik avtomobildən ibarətdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Bank of Baku" ASC-nin nümayəndəsi X8, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, 2016-cı ildən bu yana kredit müqavilələri üzrə heç bir ödəniş edilməmişdir. Müqavilələr üzrə faizlər dondurulmuşdur. X3 vəfatından sonra ödəniş olunmamışdır. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, atası 2016-cı ildə vəfat etmişdir. Həmin il banka müraciət edərək atasının ölüm kağızını təqdim etmiş və kredit borcları üzrə onunla yeni müqavilə bağlanmasını xahiş etmişdir. Lakin bankın əməkdaşları onunla əlaqə saxlayacaqlarını bildirmişlər. Həmin vaxt işləyərək rəsmi əmək haqqı alırdı Bundan 6 il keçdikdən sonra, yəni 2022-ci ildə bankdan ona zəng edilərək kredit borcunun ödənilməsini tələb etmişlər. Atası vəfatndan etməmişdən əvvəl VAZ-2106 markalı minik avtomobili var idi, özünün sağlığında həmin avtomobili satmışdır. Lakin alqı-satqı müqaviləsi bağlanmadığından avtomobil atasının adında qalmışdır. 2017ci ildə vərəsəlik işi açılaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra həmin avtomobili almış şəxsə yeni, 1 illik etibarnamə vermişdir. Bundan başqa hazırkı iddia ərizəsi verilərkən iddia müddəti ötürülmüşdür. Ona görə də, iddia müddəti tətbiq edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 29 sentyabr 2014-cü il tarixli, CC/67701/44/13 saylı müqavilənin surətindən görünür ki, X4 “Bank of Baku" ASC tərəfindən 36 ay müddətinə, illik 28 faiz olmaqla 3830 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilənin surətindən görünür ki, X4 “Bank of Baku" ASC tərəfindən 1000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 07 fevral 2014-cü il tarixli, DK0744013/13D saylı müqavilənin surətindən görünür ki, X4 “Bank of Baku" ASC tərəfindən 200 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 19 may 2017-ci il tarixli qanun üzrə vrəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh, 27 fevral 2016-cı il tarixdə vəfat etmiş X3 qanuni vərəsəsidir və mərhum X2 vərəsəsinə Şəki 10 saylı RQİQ tərəfindən verilmiş 28 oktyabr 1998-ci il tarixli AA N-087608 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ** BC *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi ******* mühərrik nömrəsi ******* olan 1990-cı il tarixdə istehsal olunmuş VAZ-21061 minik avtomobili miras qalmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Ekspertiza Mərkəzinin 30 yanvar 2023-cü il tarixli ƏEM/Y 39-039/23 saylı rəyindən görünür ki, **-BC-*** dövlət qeydiyyat nişanlı Vaz- 21061 markalı avtomobilin bazar dəyəri 3500 mant təşkil edir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 ilə "Bank of Baku” ASC arasında bağlanmış 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqaviləyə əsasən X4 bank tərəfindən 1000 manat, 07 fevral 2014-cü il tarixli, DK0744013/13D saylı müqaviləyə əsasən 200 manat və 29 sentyabr 2014-cü il tarixli, CC/67701/44/13 saylı müqaviləyə əsasən isə 3830 ABŞ dolları məbləğində kredit verilmişdir. X5 27 fevral 2016cı il tarixdə vəfat etmişdir. X1 banka ümumi olaraq 2468.32 ABŞ dolları və 1164.83 manat borcu qalmışdır. 19 may 2017-ci il tarixli qanun üzrə vrəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh, X3 qanuni vərəsəsidir. İddiaçı qeyd edilən borc məbləğinin X3 vərəsəsi olan Cavabdeh tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia tələbinə etiraz edərək, iddia müddətinin ötürüldüyünü bildirmişdir. Məhkəmə, ilk növbədə iddia tələbinin 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə tələb edilən 996.57 manat əsas, 49.82 manat faiz məbləği hissəsinə və həmin hissədə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, iddia tələbi 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, sözügedən müqavilənin məzmunundan görünür ki, bank tərəfindən X4 verilmiş 1000 manat məbləğində kreditin müddəti 10 il olmaqla, həmin müddət 07 fevral 2024-cü il tarixdə bitəcək. Ona görə də, məhkəmə hesab edir ki, həmin müqavilə üzrə iddiaçı tərəfindən iddia müddəti örürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Cavabdeh mərhum X3 vərəsəsi olduğundan o, iddiaçı bank qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən də İddiaçı ASC 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, İddiaçı ASC 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə 49.82 manat faiz borcunu cavabdehdən tələb etməkdə haqlı deyil. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ABŞ dolları ilə götürülmüş kreditlər üzrə müəyyən güzəştlər edilmiş və kredit götürmüş şəxslərlə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması göstərilmişdir. İş materiallarına əlavə edilmiş preblemli kreditlərin kompensasiyası barədə arayışdan görünür ki, X3 İddiaçı ASC-yə olan 996.57 manat məbləğində kredit borcu restrukturizasiya edilməlidir. Lakin müqavilə üzrə borclu X5 27 fevral 2016-cı il tarixdə vəfat etmiş və onun vərəsəsi müəyyən edilərək Fərmandan irəli gələn tələbləri yerinə yetirmək üçün müddət ötürülmədən yeni müqavilənin bağlanması üçün bank tərəfindən heç bir addım atılmamışdır. Bunun əvəzinə isə kredit borcuna yenidən faiz məbləği hesablamaqla borclunu əlavə maliyyə məsuliyyətinə cəlb etməyə davam etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə 996.57 manat məbləğində kredit borcu Cavabdeh tutulmalıdır. Bundan başqa məhkəmə, iddia tələbinin 29 sentyabr 2014-cü il tarixli, CC/67701/44/13 saylı müqavilə üzrə tələb edilən 2081.15 ABŞ dolları əsas, 387.17 ABŞ dolları faiz və 07 fevral 2014-cü il tarixli, DK0744013/13D saylı müqavilə üzrə tələb edilən 109.8 manat əsas, 8.64 manat faiz məbləği hissəsinə və həmin hissədə cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, iddia müddəti tətbiq edilərək həmin hissələrdə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbаycаn Respublikаsı Konstutsiyа Məhkəməsinin Plenimunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tаrixli qərаrınа əsаsən kredit münаsibətlərindən yаrаnаn məsələlərə Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsində nəzərdə tutulаn üç illik iddiа müddəti tətbiq edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 384.0.4-cü mаddəsində nəzərdə tutulаn əşyа hüquqlаrının müdаfiəsi ilə əlаqədаr tələblərə iddiа müddətinin şаmil edilməməsi kredit müqаvilələrindən yаrаnаn münаsibətlərə аid edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsinə əsаsən müqаvilə tələbləri üzrə iddiа müddəti üç il, dаşınmаz əşyаlаrlа bаğlı müqаvilə tələbləri üzrə iddiа müddəti isə аltı ildir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2 və 377.2-ci mаddələrinin mənаsınа görə kredit müqаviləsində bаşqа hаl nəzərdə tutulmаyıbsа, iddiа müddətinin аxımı bu müqаvilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icrа müddəti bitdikdə bаşlаnır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 07 fevral 2014-cü il tarixli, DK0744013/13D saylı müqavilənin məzmunundan görünüyü kimi həmin müqavilə üzrə kreditdən istifadə müddəti müqavilə imzalandığı 07 fevral 2014-cü ildən etibarən 1788 gün təşkil etməklə, 31 dekabr 2018-ci il tarixədək nəzərdə tutulmuşdur. Həmin müqavilə üzrə iddia qaldırmaq üçün sonuncu gün 31 dekabr 2021-ci il tarix olmuşdur. Eyni zamanda 29 sentyabr 2014-cü il tarixli, CC/67701/44/13 saylı müqavilənin məzmunundan görünüyü kimi həmin müqavilə üzrə kredit 36 ay müddətinə verilməklə müqavilənin müddəti 29 sentyabr 2017-ci il tarixdə bitmişdir. Həmin müqavilə üzrə iddia qaldırmaq üçün sonuncu gün 29 sentyabr 2020-ci il tarix olmuşdur. Beləliklə iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə 04 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət edilməklə 07 fevral 2014-cü il tarixli, DK0744013/13D saylı və 29 sentyabr 2014-cü il tarixli, CC/67701/44/13 saylı kredit müqavilələri üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Ona görə də iddia tələbi həmin müqavilələr üzrə tələb edilən 2081.15 ABŞ dolları əsas, 387.17 ABŞ dolları faiz və 109.8 manat əsas, 8.64 manat faiz borcunun tutulması hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə 996.57 manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 74 manat dövlət rüsumunun 13.75 manat hissəsi cavabdehə, 60.25 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə 996.57 manat məbləğində kredit borcu və 13.75 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 60.25 manat hissəsi iddiaçının özünə aid edilsin. Qiymətləndirmə rəyinə görə 150 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********0000047944, KOD: 505594; SVVİFT: GUNAAZ22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar